"Rauf Qədimov" səhifəsinin versiyaları arasındakı fərqlər
(Səhifəni '[[Kateqoriya:{{padleft:|1|{{PAGENAME}}}}]]{{Əvvəlcə familiya|{{PAGENAME}}}}Kateqoriya:Şəkidən çıxmış alimlə...' ilə yarat) |
(Fərqli deyil)
|
22:42, 16 may 2021 versiyası
Rauf Qədimov | |
---|---|
Qədimov Rauf Mustafa oğlu | |
Rauf Qədimov. | |
Doğum tarixi | 17 oktyabr 1942 |
Doğum yeri | Nuxa (indiki Şəki), Azərbaycan SSR, SSRİ |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
Elm sahəsi | texnika |
İş yeri | AMEA İdarəetmə Sistemləri İnstitutu (ümumi işlər üzrə director müavini) |
Elmi dərəcəsi | texnika elmləri namizədi |
Elmi adı | dosent |
Təhsili | M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutu, istehsal proseslərinin avtomatlaşdırılması fakültəsi, avtomatika və telemexanika ixtisası (1959–1964) |
Atası | Mustafa Qədimov |
Rauf Qədimov — texnika elmləri namizədi, dosent, AMEA İdarəetmə Sistemləri İnstitutunun ümumi işlər üzrə director müavini.
Haqqında məlumatlar
17 oktyabr 1942-ci il tarixdə Nuxada (Şəkidə) anadan olub.
Təhsili
1959-cu ildə Nuxa şəhər M.Füzuli adına 3 №-li orta məktəbini,
1964-cü ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun istehsal proseslərinin avtomatlaşdırılması fakültəsini (avtomatika və telemexanika ixtisası üzrə) bitirib.
Əmək fəaliyyəti
1964-cü ildə Azərbaycan SSR EA Hesablama Mərkəzində baş laborant vəzifəsinə işə götürülüb.
2021-ci il üçün AMEA İdarəetmə Sistemləri İnstitutunun ümumi işlər üzrə director müavinidir.
İkinci iş yerləri
Azərbaycan Memarlıq və İnşaat Universitetinin informasiya texnologiyaları və sistemləri kafedrasında və Azərbaycan Texniki Universitetinin kompüter sistemləri və şəbəkələri kafedrasında dosent vəzifəsində (0,5 ştat) çalışır.
Elmi fəaliyyəti
1989-cu ildə “Diskretləmə addımını avtomatik təyin etməklə kəsilməz siqnalları çevirən, sıxan və ötürən çoxkanallı ölçmə sistemi” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı 46, xaricdə çıxmış elmi əsərlərinin sayı 5, müəlliflik şəhadətnamələrinin və patentlərin sayı 46-dır.
Ədəbiyyat
- Məmmədov Ə., Xalıqov F. Qədimov Rauf // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 329 – 330. — 1.000 nüsx.
- "İdarəetmə Sistemləri İnstitutu fəlsəfə doktorları/Qədimov Rauf Mustafa oğlu". http://www.science.gov.az/ (azərb.). Azərbaycan Milli Elmlər Akademiyası. 24 Jun 2017 – 16 Feb 2020 tarixində arxivləşdirilib.