"Nazim Hacıyev" səhifəsinin versiyaları arasındakı fərqlər
Sətir 21: | Sətir 21: | ||
}} | }} | ||
− | ''' Nazim Hacıyev''' (1924–1962) — Azərbaycan {{KP MK}}-nın ideoloji işlər üzrə katibi; 1940-cı illərin ikinci yarısından 1960-cı illərin əvvəllərinədək Azərbaycan SSR-də | + | ''' Nazim Hacıyev''' (1924–1962) — Azərbaycan {{KP MK}}-nın ideoloji işlər üzrə katibi; 1940-cı illərin ikinci yarısından 1960-cı illərin əvvəllərinədək Azərbaycan SSR-də yüksək komsomol və partiya vəzifələri tutmuş, həmçinin, {{ÜLKGİ}} {{MK}}-nın büro üzvü seçilmiş, bir müddət isə {{Sov.İKP MK}}-nın əvvəlcə məsul təşkilatçısı, sonra isə sektor müdiri vəzifəsində çalışmışdır. |
== Haqında məlumatlar == | == Haqında məlumatlar == | ||
Sətir 48: | Sətir 48: | ||
1956 − 1958-ci illərdə Azərbaycan SSR {{KP MK}}-nın elm və təhsil şöbəsinin müdiri, | 1956 − 1958-ci illərdə Azərbaycan SSR {{KP MK}}-nın elm və təhsil şöbəsinin müdiri, | ||
− | 1958-ci ildən isə {{Sov.İKP MK}}-nın | + | 1958-ci ildən isə {{Sov.İKP MK}}-nın əvvəlcə məsul təşkilatçısı, sonra isə sektor müdiri, |
1960-cı ildə Azərbaycan SSR KP MK-nın ideoloji işlər üzrə katibi olub. | 1960-cı ildə Azərbaycan SSR KP MK-nın ideoloji işlər üzrə katibi olub. | ||
Sətir 55: | Sətir 55: | ||
1952-ci ildə keçirilmiş {{ÜİK(b)P}}-nin XIX qurultayında<ref>{{cite web|url=http://www.knowbysight.info/2_KPSS/07919.asp|title=Делегаты XIX съезда ВКП(б) 5—14.10.1952|publisher=Справочник по истории Коммунистической партии и Советского Союза 1898—1991|accessdate=2012-05-18|archiveurl=http://www.webcitation.org/6AplE9F5U|archivedate=2012-09-21}}</ref>, | 1952-ci ildə keçirilmiş {{ÜİK(b)P}}-nin XIX qurultayında<ref>{{cite web|url=http://www.knowbysight.info/2_KPSS/07919.asp|title=Делегаты XIX съезда ВКП(б) 5—14.10.1952|publisher=Справочник по истории Коммунистической партии и Советского Союза 1898—1991|accessdate=2012-05-18|archiveurl=http://www.webcitation.org/6AplE9F5U|archivedate=2012-09-21}}</ref>, | ||
− | 1956-cı ildə keçirilmiş Sov.İKP-nin XX qurultayında Azərbaycan SSR-i təmsil edən nümayəndələrdən biri olub. | + | 1956-cı ildə keçirilmiş {{Sov.İKP}}-nin XX qurultayında Azərbaycan SSR-i təmsil edən nümayəndələrdən biri olub. |
− | 1956-ci ildə | + | 1956-ci ildə {{ÜLKGİ}} {{MK}}-nın büro üzvü seçilib. |
=== Vəfatı === | === Vəfatı === |
12:27, 5 iyun 2021 versiyası
Nazim Hacıyev | |
---|---|
Hacıyev Nazim Məmmədiyə oğlu | |
Nazim Hacıyev | |
Doğum tarixi | 6 iyun 1924 |
Doğum yeri | Nuxa, Şəki qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ |
Vəfat tarixi | 30 iyul 1962 (38 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı | SSRİ→ Azərbaycan |
Həyat yoldaşı | Bədəlova Ziba Səttar qızı |
Uşağı | Aydın Hacıyev |
Təhsili | S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti (1940–1941; 1944–1948) |
Nazim Hacıyev (1924–1962) — Azərbaycan KP MK-nın ideoloji işlər üzrə katibi; 1940-cı illərin ikinci yarısından 1960-cı illərin əvvəllərinədək Azərbaycan SSR-də yüksək komsomol və partiya vəzifələri tutmuş, həmçinin, ÜLKGİ MK-nın büro üzvü seçilmiş, bir müddət isə Sov.İKP MK-nın əvvəlcə məsul təşkilatçısı, sonra isə sektor müdiri vəzifəsində çalışmışdır.
Haqında məlumatlar
6 iyun 1924-cü il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili
1940-cı ildə Nuxada peşə məktəbini bitirib.
1940–1941 və 1944–1948-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb.
Əmək fəaliyyəti
1941−1943-cü illərdə, müxtəlif vaxtlarda “Nuxa fəhləsi” qəzetində ədəbi işçi, Huxa 12 №-li orta məktəbində dil və ədəbiyyat müəllimi, Baş Küngüt kənd orta məktəbində dərs hissə müdiri, Nuxa rayon xalq maarifi şöbəsində metodist vəzifəsində çalışıb.
1943 − 1944-cü illərdə “Nuxa fəhləsi” qəzetinin məsul katibi olub.
1944 − 1947-ci illərdə Azərbaycan SSR Xalq Daxili İşlər Komissarlığında işləyib.
1947 − 1950-ci illərdə Bakı şəhər Komsomol Komitəsinin katibi,
1950 − 1952-ci illərdə, əvvəl Azərbaycan KP Bakı Şəhər Komitəsinin təbliğat şöbəsində təlimatı, sonra isə Azərbaycan Dövlət Tibb İnstitutunda partiya komitəsinin katibi olub.
1951-ci ildə Azərbaycan LKGİ-nın XIX qurultayında LKGİ MK-nın katibi,
1952-ci ildə isə Azərbaycan LKGİ MK-nın birinci katibi seçilib.
1956 − 1958-ci illərdə Azərbaycan SSR KP MK-nın elm və təhsil şöbəsinin müdiri,
1958-ci ildən isə Sov.İKP MK-nın əvvəlcə məsul təşkilatçısı, sonra isə sektor müdiri,
1960-cı ildə Azərbaycan SSR KP MK-nın ideoloji işlər üzrə katibi olub.
Digər fəaliyyəti
1952-ci ildə keçirilmiş ÜİK(b)P-nin XIX qurultayında[1],
1956-cı ildə keçirilmiş Sov.İKP-nin XX qurultayında Azərbaycan SSR-i təmsil edən nümayəndələrdən biri olub.
1956-ci ildə ÜLKGİ MK-nın büro üzvü seçilib.
Vəfatı
30 iyul 1962-ci il tarixdə – 38 yaşında, Bakıda vəfat edib. Bakıda – Fəxri Xiyabanda, dəfn olunub[2].
Xatirəsi
Bakıda (keçmiş 6-cı Alatava küçəsi) və Şəkidə adına küçə var.
Sovet dövründə Şəkinin mərkəzi istirahət klubu, Şəki rayonunun İnçə kəndində sovxoz və Baş Küngüt kəndində orta məktəb onun adını daşıyıb.
2000 və 2009-cu illərdə oğlu Aydın Hacıyevin atası haqqında yazdığı “Hər şeyi başa düşmək, lakin bağılamamaq” (rus.: «Все понять, но не всепростить») adlı kitabı çap olunub.
2019-cu ildə “Aranfilm” Yaradıcılıq Mərkəzində Nazim Hacıyevin həyatından bəhs edən “Bir qəsdin tarixi” sənədli filmi istehsal edilmişdir.[3]
Əsərləri
- Гаджиев Н. М. Из практики работы по интернациональному воспитанию трудящихся. — М.: Знание, 1961. — 36 с. — 2000 экз.
- Гаджиев Н. М. Французские встречи: [Путевые заметки участника Делегации советской молодёжи во Францию в 1955 г.]. — Баку: Детюниздат, 1956. — 130 с. — 6000 экз.
İstinadlar
- ↑ "Делегаты XIX съезда ВКП(б) 5—14.10.1952". Справочник по истории Коммунистической партии и Советского Союза 1898—1991. 2012-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-05-18.
- ↑ "Fəxri Xiyabanda dəfn olunanlar". Azerbaijan.az. 2012-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-05-18.
- ↑ Эльмира Ахундова (06.06.2019). "Смертельная схватка Анастаса Микояна и Назима Гаджиева" (русский). 1news. İstifadə tarixi: 2019-06-06.
Ədəbiyyat
- Məmmədov Ə., Xalıqov F. Гаджиев Назим Мамедия оглы // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 312 – 314. — 1.000 nüsx.
- N
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış görkəmli şəxslər
- Şəkidən çıxmış dövlət xadimləri
- 1924-cü ildə doğulanlar
- 6 iyunda doğulanlar
- İyunda doğulanlar
- 30 iyulda vəfat edənlər
- İyulda vəfat edənlər
- 1962-ci ildə vəfat edənlər
- Dövlət xadimləri
- Şəxslər (ad sırası ilə)
- “Şəki: Alim və ziyalılar” kitabına istinad olunan məqalələr