"Arzu Cəlilova" səhifəsinin versiyaları arasındakı fərqlər
Sətir 38: | Sətir 38: | ||
==Həyat və fəaliyyəti== | ==Həyat və fəaliyyəti== | ||
− | 2004-cü | + | 4 iyul 2004-cü il tarixdə Bakıda anadan olub. Hər iki valideyni neft mühəndisi idi. Lakin Arzu Cəlilovanın anadan olmasından əvvəl atası Natiq Cəlilov avtomobil qəzasında dünyasını dəyişmişdi. Natiq Cəlilov Şəkidən çıxmış görkəmli alimlərdən biri − [[Qurban Cəlilov|akademik Qurban Cəlilovun]] oğlu idi. |
Arzu Cəlilova 4 yaşında olarkən anası Nigar Cəlilova onu “Neftçi” İdman Klubunun bədii gimnastika seksiyasına yazdırıb. Amma anasının işi çox olduğundan onu məşqlərə ana babası Eyvaz Hüseynov və ana nənəsi Rübabə Hüseynova aparıb-gətirdi. 8 yaşından şəhər, respublika və beynəlxalq miqyaslı yarışlarda çıxış etməyə başlayıb. | Arzu Cəlilova 4 yaşında olarkən anası Nigar Cəlilova onu “Neftçi” İdman Klubunun bədii gimnastika seksiyasına yazdırıb. Amma anasının işi çox olduğundan onu məşqlərə ana babası Eyvaz Hüseynov və ana nənəsi Rübabə Hüseynova aparıb-gətirdi. 8 yaşından şəhər, respublika və beynəlxalq miqyaslı yarışlarda çıxış etməyə başlayıb. |
21:58, 3 iyul 2021 versiyası
Arzu Cəlilova | |
---|---|
Cəlilova Arzu Natiq qızı | |
Arzu Cəlilova. | |
Doğum tarixi | 4 iyul 2004 |
Doğum yeri | Bakı |
01.09.2019 tarixində yenilənib. |
Arzu Cəlilova — bədii gimnastika üzrə gənclər arasında I Dünya Çempionatının (Moskva, Rusiya Federasiyası, 2019-cu il) gümüş və bürünc, Avropa Çempionatının (Quadalaxara, İspaniya, 2018-ci il) bürünc medalçısı. Həmçinin, bədii gimnastika üzrə bir çox yerli, yaxud beynəlxalq əhəmiyyətli turnirlərin də mükafatçısıdır.
Həyat və fəaliyyəti
4 iyul 2004-cü il tarixdə Bakıda anadan olub. Hər iki valideyni neft mühəndisi idi. Lakin Arzu Cəlilovanın anadan olmasından əvvəl atası Natiq Cəlilov avtomobil qəzasında dünyasını dəyişmişdi. Natiq Cəlilov Şəkidən çıxmış görkəmli alimlərdən biri − akademik Qurban Cəlilovun oğlu idi.
Arzu Cəlilova 4 yaşında olarkən anası Nigar Cəlilova onu “Neftçi” İdman Klubunun bədii gimnastika seksiyasına yazdırıb. Amma anasının işi çox olduğundan onu məşqlərə ana babası Eyvaz Hüseynov və ana nənəsi Rübabə Hüseynova aparıb-gətirdi. 8 yaşından şəhər, respublika və beynəlxalq miqyaslı yarışlarda çıxış etməyə başlayıb.
Uğurları
- 2012-ci ilin fevral ayı – bədii gimnastika üzrə acıq Bakı birinciliyində səkkizyaşlı gimnastlar arasında 2-ci yer[1].
- 2012-ci ilin iyul ayı – bədii gimnastika üzrə İtaliyanın Turin şəhərində keçirilən beynəlxalq turnirdə topla hərəkətlərin icrasına görə qızıl medal[2].
- 2012-ci ilin oktyabr ayı — bədii gimnastika üzrə XIX Bakı çempionatında 2004-cü il təvəllüdlü ən azyaşlı bədii gimnastlar arasında 2-ci yer[3].
- 2012-ci ilin noyabr ayı – bədii gimnastika üzrə XIX Azərbaycan birinciliyində 2004-cü il təvəllüdlü idmançılar arasında 3-cü yer[4].
- 2013-cü ilin noyabr ayı – bədii gimnastika üzrə Budapeştdə keçirilən yeniyetmələr arasında beynəlxalq turnirdə çoxnövçülük və alətsiz hərəkətlərdə birinci yer, iplə hərəkətlərdə isə ikinci yer[5].
- 2014-cü ilin dekabr ayı – bədii gimnastika üzrə Azərbaycan Birinciliyi və Bakı Çempionatında 2004-cü il təvəllüdlü gimnastlar arasında birinci yer[6].
- 2016-cı ilin fevral ayı – Estoniyanın Tartu şəhərində ənənəvi olaraq hər il təşkil olunan bədii gimnastika üzrə “Miss Valentine” adlı beynəlxalq turnirin yeniyetmələr proqramında gümüş medal[7].
- Azərbaycan Gimnastika Federasiyası 2016-cı ilin yekunlarına görə Arzu Cəlilovanın adını ilin “10 ən yaxşı gimnastı” reytinq siyahısına daxil edib[8].
- 2017-ci ilin avqust ayı – Bədii gimnastika üzrə XXIV Açıq Azərbaycan Çempionatında 3-cü yer[9].
- 2018-ci ilin aprel ayı – Bakıda ilk dəfə keçirilən gənclər arasında bədii gimnastika üzrə “AGF Junior Trophy” yarışının komanda hesabında bürünc medal[10].
- 2018-ci ilin mart ayı – Riqada (Latviya) bədii gimnastika üzrə baş tutan iki beynəlxalq yarışda Dərya Farşbafşəhriyari ilə birlikdə fərdi proqramda çıxışlarının ümumi nəticələrinə əsasən bürünc medal[11].
- 2018-ci ilin may ayı – Quadalaxara şəhərində (İspaniya) bədii gimnastika üzrə beynəlxalq turnirdə Nərminə Səmədova ilə birlikdə bürünc medal[12].
- 2018-ci ilin iyun ayı – İspaniyanın Quadalaxara şəhərində baş tutmuş bədii gimnastika üzrə Avropa Çempionatında fərdi proqramda topla hərəkətlərin icrasına görə bürünc medal[13].
- 2019-cu ilin aprel ayı – bədii gimnastika üzrə Varşavada (Polşa) keçirilən “İrina Cup” adlı beynəlxalq turnirdə iplə hərəkətlərin icrasına görə gümüş medal[14].
- 2019-cu aprel ayı – Bakıda bədii gimnastika üzrə gənclər arasında AGF Junior Trophy beynəlxalq yarışında bürünc medal[15].
- 2019-cu ilin mart ayı – Fransanın Korbel-Esson şəhərində bədii gimnastika üzrə beynəlxalq turnirdə Gənclər arasında fərdi proqramda lent və gürzlərlə hərəkətlərin icrasına görə iki bürünc medal[16].
- 2019-cu ilin iyun ayı – Polşanın Qdınya şəhərində bədii gimnastika üzrə beynəlxalq turnirdə Gənclər arasında fərdi proqramda topla hərəkətlərin icrasına görə gümüş, gürzlərlə kompozisiyasına görə isə bürünc medal[17].
- 2019-cu ilin iyul ayı – Moskvada bədii gimnastika üzrə gənclər arasında I Dünya Çempionatında iplə kompozisiyasına görə bürünc, topla hərəkətlərin icrasına görə gümüş medal[18].
İstinadlar
- ↑ AGF: Qarlı hava və çovğun Bakı yarışına mane ola bilmədi!.. – 06.02.2012.
- ↑ AGF: Medal coğrafiyası – 02.07.2012.
- ↑ AGF: Yusifova, Durunda, Piriyeva, Həsənzadə, Səfərova və Kramarenko – bədii gimnastika üzrə Bakı çempionları – 12.10.2012.
- ↑ AGF: İlin son birinciliyi – 19.11.2012.
- ↑ AGF: Bədii gimnastlar İtaliya və Macarıstanda – 04.11.2013.
- ↑ AGF: Bakıda bədii gimnastika üzrə yarışlar keçirilir – 11.12.2014.
- ↑ AGF:Azərbaycanın gənc bədii gimnastlarının 3 “gümüş” və 3 “bürüncü” – 15.02.2016
- ↑ AGF:2016-cı ilin yekunları – 29.12.2016
- ↑ AGF: Azərbaycan çempionları bəlli oldu – 18.08.2017.
- ↑ AGF: Bədii gimnastlarımız komanda hesabında 3-cü oldu – 23.04.2018.
- ↑ AGF: Bədii gimnastlarımız vətənə 4 medalla qayıtdı – 06.03.2018.
- ↑ AGF: Yeniyetmə gimnastlarımız uğur qazanmaqda davam edir – 11.05.2018.
- ↑ AGF: İnkişaf mərhələləri – iyun, 2018.
- ↑ AGF: Gənc bədii gimnastlarımız Polşada 5 medal qazandılar – 07.04.2019.
- ↑ AGF: 6 medal sevinci və Himn izdihamı! – 21.04.2019.
- ↑ AGF: Bədii gimnastımız 2 bürünc medal qazandı – 25.03.2019.
- ↑ AGF: Bədii gimnastlarımız beynəlxalq turnirdə 10 medal qazandı – 23.06.2019.
- ↑ AGF: Arzu Cəlilova ikiqat Dünya mükafatçısı oldu – 21.07.2019.