Arzu Cəlilova
Arzu Cəlilova | |
---|---|
Cəlilova Arzu Natiq qızı | |
Arzu Cəlilova. | |
Doğum tarixi | 4 iyul 2004 |
Doğum yeri | Bakı |
01.09.2019 tarixində yenilənib. |
Arzu Cəlilova — bədii gimnastika üzrə gənclər arasında I Dünya Çempionatının (Moskva, Rusiya Federasiyası, 2019-cu il) gümüş və bürünc, Avropa Çempionatının (Quadalaxara, İspaniya, 2018-ci il) bürünc medalçısı. Həmçinin, bədii gimnastika üzrə bir çox yerli, yaxud beynəlxalq əhəmiyyətli turnirlərin də mükafatçısıdır.
Haqqında məlumatlar[redaktə | HTML redaktə]
4 iyul 2004-cü il tarixdə Bakıda – neft mühəndisləri ailəsində doğulub (lakin Arzu Cəlilovanın anadan olmasından əvvəl atası Natiq Cəlilov avtomobil qəzasında həlak olmuşdu, o, akademik Qurban Cəlilovun oğlu idi).
Arzu Cəlilova 4 yaşında olarkən anası Nigar Cəlilova onu “Neftçi” İdman Klubunun bədii gimnastika bölməsinə yazdırıb. Amma anasının işi çox olduğundan onu məşqlərə ana babası Eyvaz Hüseynov və ana nənəsi Rübabə Hüseynova aparıb-gətirdi. 8 yaşından şəhər, respublika və beynəlxalq miqyaslı yarışlarda çıxış etməyə başlayıb.
Uğurları[redaktə | HTML redaktə]
- 2012-ci ilin fevral ayı – bədii gimnastika üzrə acıq Bakı birinciliyində səkkizyaşlı gimnastlar arasında 2-ci yer.
- 2012-ci ilin iyul ayı – bədii gimnastika üzrə İtaliyanın Turin şəhərində keçirilən beynəlxalq turnirdə topla hərəkətlərin icrasına görə qızıl medal.
- 2012-ci ilin oktyabr ayı — bədii gimnastika üzrə XIX Bakı çempionatında 2004-cü il təvəllüdlü ən azyaşlı bədii gimnastlar arasında 2-ci yer.
- 2012-ci ilin noyabr ayı – bədii gimnastika üzrə XIX Azərbaycan birinciliyində 2004-cü il təvəllüdlü idmançılar arasında 3-cü yer.
- 2013-cü ilin noyabr ayı – bədii gimnastika üzrə Budapeştdə keçirilən yeniyetmələr arasında beynəlxalq turnirdə çoxnövçülük və alətsiz hərəkətlərdə birinci yer, iplə hərəkətlərdə isə ikinci yer.
- 2014-cü ilin dekabr ayı – bədii gimnastika üzrə Azərbaycan Birinciliyi və Bakı Çempionatında 2004-cü il təvəllüdlü gimnastlar arasında birinci yer.
- 2016-cı ilin fevral ayı – Estoniyanın Tartu şəhərində ənənəvi olaraq hər il təşkil olunan bədii gimnastika üzrə “Miss Valentine” adlı beynəlxalq turnirin yeniyetmələr proqramında gümüş medal.
- Azərbaycan Gimnastika Federasiyası 2016-cı ilin yekunlarına görə Arzu Cəlilovanın adını ilin “10 ən yaxşı gimnastı” reytinq siyahısına daxil edib.
- 2017-ci ilin avqust ayı – Bədii gimnastika üzrə XXIV Açıq Azərbaycan Çempionatında 3-cü yer.
- 2018-ci ilin aprel ayı – Bakıda ilk dəfə keçirilən gənclər arasında bədii gimnastika üzrə “AGF Junior Trophy” yarışının komanda hesabında bürünc medal.
- 2018-ci ilin mart ayı – Riqada (Latviya) bədii gimnastika üzrə baş tutan iki beynəlxalq yarışda Dərya Farşbafşəhriyari ilə birlikdə fərdi proqramda çıxışlarının ümumi nəticələrinə əsasən bürünc medal.
- 2018-ci ilin may ayı – Quadalaxara şəhərində (İspaniya) bədii gimnastika üzrə beynəlxalq turnirdə Nərminə Səmədova ilə birlikdə bürünc medal.
- 2018-ci ilin iyun ayı – İspaniyanın Quadalaxara şəhərində baş tutmuş bədii gimnastika üzrə Avropa Çempionatında fərdi proqramda topla hərəkətlərin icrasına görə bürünc medal.
- 2019-cu ilin aprel ayı – bədii gimnastika üzrə Varşavada (Polşa) keçirilən “İrina Cup” adlı beynəlxalq turnirdə iplə hərəkətlərin icrasına görə gümüş medal.
- 2019-cu aprel ayı – Bakıda bədii gimnastika üzrə gənclər arasında AGF Junior Trophy beynəlxalq yarışında bürünc medal.
- 2019-cu ilin mart ayı – Fransanın Korbel-Esson şəhərində bədii gimnastika üzrə beynəlxalq turnirdə Gənclər arasında fərdi proqramda lent və gürzlərlə hərəkətlərin icrasına görə iki bürünc medal.
- 2019-cu ilin iyun ayı – Polşanın Qdınya şəhərində bədii gimnastika üzrə beynəlxalq turnirdə Gənclər arasında fərdi proqramda topla hərəkətlərin icrasına görə gümüş, gürzlərlə kompozisiyasına görə isə bürünc medal'.
- 2019-cu ilin iyul ayı – Moskvada bədii gimnastika üzrə gənclər arasında I Dünya Çempionatında iplə kompozisiyasına görə bürünc, topla hərəkətlərin icrasına görə gümüş medal.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |