Qurban Cəlilov

Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir.
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.
Şəki Ensiklopediyası səhifəsi
Qurban Cəlilov
Cəlilov Qurban Nizaməddin oğlu
Qurban Cəlilov
Qurban Cəlilov.
Doğum tarixi 27 oktyabr 1927(1927-10-27)
Doğum yeri Qışlaq, Nuxa (indiki Şəki), Şəki qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi 1 oktyabr 2000 (72 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Vətəndaşlıq SSRİ Azərbaycan
Elmi dərəcəsi texnika elmləri doktoru
Elmi adı professor
Təhsili

S.M.Kirov adına Azərbaycan Dövlət Uni­versiteti, riyaziyyatçı ixtisası (–1950)

Azər­baycan SSR Elmlər Akademiyası Fizika və Riyaziyyat İnstitutu, aspirantura (1950–)
Uşaqları Rəhimə Cəlilova, Nizaməddin Cəlilov
Mükafatları Vladimir İliç Leninin anadan olmasının 100 illiyi ilə əlaqədar yubiley medalı

Qurban Cəlilov (1927–2000) — texnika elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, AMEA Dərin Neft və Qaz Yataqları Problemləri İnstitutunun yeraltı hid­ro­dinamika şöbəsinin rəhbəri.

Haqqında digər məlumatlar[Vizual redaktə | HTML redaktə]

27 oktyabr 1927-ci ildə Nuxanın (indiki Şəki) Qışlaq kən­­dində anadan olub.

Təhsili[Vizual redaktə | HTML redaktə]

1934 – 1945-ci illərdə orta təhsil alıb.

1950-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Uni­versitetini riyaziyyatçı ixtisası üzrə biti­rib və Azər­baycan SSR Elmlər Akademiyası Fizika və Riyaziyyat İnstitutunun aspiranturasına daxil olub.

Elmi fəaliyyəti[Vizual redaktə | HTML redaktə]

1954-cü ildə “Neft konturunun hərəkəti və quyunun sulaşması ilə əlaqədar bəzi məsələlərin hidrodi­namik tədqiqi” mövzusunda namizədlik,

1963-cü ildə isə “Neftdaşıma (neftlilik) konturunun yerdəyişməsi, quyuların sulaşması və süzülmənin fəza məsə­lələri” mövzusunda doktorluq dissertasiyası mü­dafiə edib.

1966-cı ildə professor elmi adını alıb.

1972-ci ildə “Neft, qaz və qaz­kondensat yataqlarının işlənməsi və istis­marı” ixtisası üzrə Azərbaycan SSR EA-nın müxbir üzvü,

1989-cu ildə isə “Neft və qaz yataqlarının işlənməsi” ixtisası üzrə Azərbaycan SSR EA-nın həqiqi üzvü seçilib.

1980-cı ildən Azərbaycan Milli Elmlər Akademiyasının Yer haqqında elmlər bölməsinin akademik-katibinin müavini olub.

220-dən çox elmi əsərin, 4 monoqrafiyanın və 2 müəlliflik şəhadətnaməsinin müəllifidir.

2 elm­lər doktorunun elmi məsləhətçisi və 24 elmlər namizədinin elmi rəh­bəri olub.

Əmək fəaliyyəti[Vizual redaktə | HTML redaktə]

1954 – 1958-ci illərdə Azərbaycan SSR EA-nın Neft Ekspedi­si­yasında,

1958 – 1960-cı illərdə Azərbaycan SSR EA-nın Elmi-Tədqiqat Neftçıxarma İnstitutunda bö­yük elmi işçi vəzifəsində çalışıb.

1960-cı ildən Azərbaycan SSR EA Dərin Neft və Qaz Yataqları Problemləri İnstitutunda işləyib; o cümlədən,

1961 – 2000-cı illərdə yeraltı hid­ro­dinamika şöbəsinə rəh­bər­lik edib və həmçinin,

1974 — 1988-ci illərdə institutun elmi işlər üzrə direktor müavini vəzifəsində çalışıb.

İkinci iş yerləri[Vizual redaktə | HTML redaktə]

Azərbaycan Texniki Universitetində, Bakı Dövlət Universitetində və “Təfəkkür” universitetində mühazirələr oxuyub.

Təltif və mükafatları[Vizual redaktə | HTML redaktə]

Digər[Vizual redaktə | HTML redaktə]

Azər­baycan Sovet Ensiklopediyasının Texnika Elmləri Redaksiyası üzrə elmi məsləhətçisi, SSRİ EA-da neft-qaz yataqlarının işlənməsi üzrə elmi şuranın, Beynəlxalq Neftçi-Mühəndislər Cəmiyyətinin, Azərbaycan SSR EA Dərin Neft və Qaz Yataqları Problemləri İnstitutunda və Azərbaycan Dövlət Neft Akademiyasında ixtisaslaşdırılmış elmi şuraların, Azərbaycan Neft Ensiklopediyasının redaksiya heyətinin üzvü idi.

Vəfatı[Vizual redaktə | HTML redaktə]

1 oktyabr 2000-ci il tarixdə – 72 yaşında, Bakıda vəfat edib.

Ailəsi[Vizual redaktə | HTML redaktə]

  • Qızı: Rəhimə Cəlilova – fizika-riyaziyyat elmləri namizədi, hesablama riyaziyyatı ixtisası üzrə dosent, Azərbaycan Dövlət Pedaqoji Universitetinin hesablama riyaziyyatı və informatika kafedrasının dosenti.
  • Oğlu: Nizaməddin Cəlilov – ədliyyə general-mayorudur (2013) və 2016-cı ildən Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev Adına Akademiyasının rəis müavini vəzifəsində çalışır.
  • Nəvəsi: Arzu Cəlilova – Azərbaycan bədii gimnastı, bədii gimnastika üzrə gənclər arasında I Dünya Çempionatının (Moskva, Rusiya Federasiyası, 2019-cu il) gümüş və bürünc, Avropa Çempionatının (Quadalaxara, İspaniya, 2018-ci il) bürünc medalçısıdır.

Ədəbiyyat[Vizual redaktə | HTML redaktə]

  1. Məmmədov Ə., Xalıqov F. Cəlilov Qurban // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 88-90. — 1.000 nüsx.
  2. "Vəfat etmiş həqiqi üzvlər/Cəlilov Qurban Nizaməddin oğlu". http://science.gov.az (azərb.). Azərbaycan Milli Elmlər Akademiyası. 28 Mar 2018 – 9 Aug 2020 tarixində arxivləşdirilib.
  3. CƏLİLOV QURBAN NİZAMƏDDİN OĞLU // Azərbaycan Milli Ensiklopediyası : ensiklopediya  : [25 cilddə] (tiraj: 25 000; 592 s.). — Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2014. —V  c. — Səh. 271. — ISBN 978-9952-441-10-9.
  4. Professor Qurban Cəlilovun materialları muzeydə qorunur : [arx. 01.10.2023] // Milli Azərbaycan Tarixi Muzeyi. — 2022. — 27 oktyabr. — Müraciət tarixi: 01.10.2023.