"Məmməd Hacıyev" səhifəsinin versiyaları arasındakı fərqlər
Sətir 35: | Sətir 35: | ||
==Haqqında məlumatlar== | ==Haqqında məlumatlar== | ||
− | 8 may (26 aprel) 1890-cı il tarixdə Nuxada (indiki Şəki) anadan olub. | + | 8 may (26 aprel) 1890-cı il tarixdə [[Nuxa|Nuxada]] (indiki Şəki) anadan olub. |
===Təhsili=== | ===Təhsili=== | ||
Sətir 57: | Sətir 57: | ||
===Vəfatı=== | ===Vəfatı=== | ||
− | 1954-cü ildə − 64 yaşında, Nuxada vəfat edib. | + | 1954-cü ildə − 64 yaşında, [[Nuxa|Nuxada]] (indiki Şəki) vəfat edib. |
===Xatirəsi=== | ===Xatirəsi=== |
14:22, 19 iyul 2021 versiyası
Məmməd Hacıyev | |
---|---|
Hacıyev Məmməd Cəbrayıl oğlu | |
Məmməd Hacıyev. | |
Anadan olub | 8 may 1890 | (26 aprel)
Anadan olduğu yer | Nuxa (indiki Şəki), Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası |
Vəfat edib | 1955 | (64 yaşında)
Vəfat etdiyi yer | Nuxa, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlıq | Rusiya İmperiyası→ SSRİ |
Təhsili | Novorossiya Universiteti (Odessa), tibb fakültəsi (1911–1916) |
Mükafatları |
Əmək qəhrəmanı |
Məmməd Hacıyev (1890–1954) — tanınmış həkim, Əmək qəhrəmanı, Azərbaycan SSR əməkdar həkimi, Nuxa şəhər xəstəxanasının baş həkimi.
Haqqında məlumatlar
8 may (26 aprel) 1890-cı il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili
1903 – 1911-ci illərdə Kerç Aleksandr gimnaziyasında,
1911 – 1916-cı illərdə isə Novorossiya Universitetinin (Odessa) tibb fakültəsində təhsil alıb.
Əmək fəaliyyəti
1916 – 1926-cı illərdə əvvəl iki ay Odessadakı poliklinikalardan birində həkim, sonra Kerç şəhər xəstəxananın baş həkimi vəzifəsində çalışıb. Daha sonra Nəriman Nərimanovun dəvəti ilə Bakıya gəlib və bir-neçə il Bakıdakı xəstəxanaların birində işləyib.
1926 – 1954-cü illərdə isə Nuxa şəhər xəstəxanasının[1] baş həkimi olub.
Hərbi rütbəsi
SSRİ Silahlı Qüvvələrinin ehtiyatda olan tibb xidməti mayoru idi[2].
Təltif və mükafatları
- Əmək qəhrəmanı adı (1928–1938-ci illər arasında);
- Azərbaycan SSR əməkdar həkimi (1942);
- orden və medallar.
Vəfatı
1954-cü ildə − 64 yaşında, Nuxada (indiki Şəki) vəfat edib.
Xatirəsi
1968-ci ildə Şəki Mərkəzi Rayon Xəstəxanasına onun adı verilib. Daha sonralar Şəki Mərkəzi Rayon Xəstəxanası qarşısında büstü qoyulub və Şəkidəki bir küçəyə də adı verilib.
Ailəsi
- Atası: Cəbrayıl Hacı (Əbdül)cabbar oğlu (1855–?) – 2-ci gildiya tacir (bu rütbəni ona 30 dekabr 1910-cu ildə Kerç Şəhər İdarəsi verib).
- Anası: Tutu usta Lətif qızı.
- Oğlu: Fevzi Hacıyev – tanınmış həkim-endokrinoloq,zob xəstəlikləri üzrə mütəxəssis, N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun ümumi cərrahiyyə kafedrasının dosenti.
- Qızları: Faimə Hacıyeva – göz həkimi (uzun müddət Bakı şəhər 4 №-li klinik xəstəxanasında göz xəstəlikləri şöbəsinin müdiri olub), Rəna – müəllim.
Qeydlər
- ↑ Bu illərdə xəstəxana əvvəl “Nuxa Xalq Xəstəxanası”, 7 dekabr 1926-cı il tarixdən “Qədirli adına Nuxa Xalq Xəstəxanası”, 1942-ci ildən Mirzə Fətəli Axundov adına Nuxa şəhər xəstəxanası və s. adlanmışdır (Əsədov Q. (2016). "ŞƏKİNİN SƏHİYYƏ TARİXİ - (II hissə)". www.municipality.shaki.info (azərb.). “Şəki bələdiyyəsi” qəzeti. 3 Nov 2020 tarixində arxivləşdirilib.)
- ↑ Память народа.
Ədəbiyyat
- Гаджиев Мамед Джабраилович : [arx. 19.07.2021] : [rus.] // Память народа. — Müraciət tarixi: 19.07.2021.
- Mete Ə. Ənənələr yaşayır // O torpağın övladları. — Bakı: Nurlan, 2006. — Səhifələrin sayı: 608. — Səh.: 331 – 333. — 500 nüsx.
- Məmmədov Ə., Xalıqov F. Hacıyev Məmməd // Şəki: Alim və ziyalılar. — Bakı: Elm, 2007. — 2 cilddə. — II cild. — Səhifələrin sayı: 428. — Səh.: 152. — 600 nüsx. — ISBN 5-8066-1708-4.
- Mərdanov M.C., Tahirzadə Ə.Ş. HACIYEV Məhəmməd Cəbrayıl oğlu // 1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar (ensiklopedik soraq kitabı). — F – İ hərfləri. — Bakı: Təhsil, 2019. — III cild. — Səh.: 149 – 152.
- M
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış həkimlər
- Şəkidən çıxmış görkəmli şəxslər
- 1890-cı ildə doğulanlar
- 8 mayda doğulanlar
- Mayda doğulanlar
- 1955-ci ildə vəfat edənlər
- Qeyri-müəyyən ayda vəfat edənlər
- Azərbaycan SSR əməkdar həkimləri
- Şəxslər (ad sırası ilə)
- “O torpağın övladları” kitabına istinad olunan məqalələr
- “Şəki: Alim və ziyalılar” kitabına istinad olunan məqalələr