"Məmməd Adilov" səhifəsinin versiyaları arasındakı fərqlər
Sətir 98: | Sətir 98: | ||
== İstinadlar == | == İstinadlar == | ||
<references/> | <references/> | ||
+ | |||
{{Yaxşı məqalə}} | {{Yaxşı məqalə}} | ||
+ | |||
[[az:Məmməd Adilov]] | [[az:Məmməd Adilov]] |
20:39, 21 iyul 2021 versiyası
Məmməd Adilov | |
---|---|
Adilov Məmməd Musa oğlu | |
Məmməd Adilov | |
Doğum tarixi | 18 noyabr 1953 |
Doğum yeri | Nuxa, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | 16 oktyabr 2011 (57 yaşında) |
Vəfat yeri | Şəki, Azərbaycan |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
İş yeri | AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu |
Elmi dərəcəsi | Filologiya elmləri doktoru |
Elmi adı | direktor |
Təhsili | S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, şərqşünaslıq fakültəsi (–1976) |
Mükafatları |
Məmməd Adilov (1953–2011) — ədəbiyyatşünas alim, filologiya elmləri doktoru. 2003–2011-ci illərdə AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun direktoru vəzifəsində çalışıb.
Haqqında məlumatlar
18 noyabr 1953-cü il tarixdə Nuxa şəhərində anadan olub.
Təhsili
1971-ci ildə Şəki şəhər 10 №-li orta məktəbi,
1976-cı ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsini bitirib.
Əmək fəaliyyəti
1976 – 1977-ci illərdə Şəki şəhərindəki orta peşə məktəbində müəllim,
1977 – 1982-ci illərdə Azərbaycan Radiosunda və “Bakı” qəzetində müxbir,
1981 – 1989-cu illərdə Azərbaycan Xarici Dillər İnstitutunun ikiillik ərəb dili kurslarında müəllim,
1982 – 1984-cü illərdə sovet ordusunda tərcüməçi zabit vəzifəsində çalışıb.
1984-cü ildən Azərbaycan SSR EA Əsaslı Kitabxanasında baş redaktor[1], elə həmin ildən Azərbaycan EA Əlyazmalar İnstitutunda baş laborant, daha sonralar kiçik elmi işçi, elmi işçi, elmi katib, direktor müavini vəzifələrində çalışıb.
1993 – 1995-ci illərdə Lənkəran Dövlət Universitetində,
1995 – 1998-ci illərdə isə Bakı İslam Universiteti Sumqayıt filialında müəllimlik edib.
1995 – 2011-ci illərdə AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun direktor əvəzi,
1995 – 2011-ci illərdə isə AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun direktoru vəzifəsində çalışıb.
Elmi-ictimai fəaliyyəti
1986-cı ildə “Azərbaycan dilində ixtisar sözlər” mövzusunda namizədlik,
2004-cü ildə “Azərbaycan paleoqrafiyası və tarixi orfoqrafiyası” mövzusunda doktorluq dissertasiyası müdafiə edib.
İkisi xarici ölkədə olmaqla 170-ə yaxın elmi əsəri nəşr olunub, 100-dən artıq kitabın nəşrə hazırlanmasında iştrak edib.
İSESKO-nun Rabatda (1993) və Qahirədə (1996) keçirilmiş simpoziumlarında iştirak edib, həmçinin, Moskvada, İstanbulda, Tehranda, Vilnüsdə, Aşqabadda, Məkkədə, Konyada, Urmiyada, Qazanda, Türküstanda elmi ezamiyyətlərdə olub.
1999-cu ildə “Kitabi-Dədə Qorqud”un yazıya alınmasının 1300 illik yubileyini, 2003-cü ildə isə Xacə Nəsirəddin Tusinin 800 illik yubileyini keçirən dövlət komissiyalarının üzvü olub.
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının filologiya elmləri üzrə ekspert şurasının üzvü və "Əlyazmalar xəzinəsində" jurnalının baş redaktoru olub.
Əsas elmi nailiyyətləri
- Azərbaycan paleoqrafiyasının elmi-nəzəri və təcrübi məsələlərinin tədqiqi;
- Azərbaycan orfoqrafiyası tarixinin tədqiqi;
- Orta əsr türk mətninin transfoneliterasiya prinsiplərinin müəyyənləşdirilməsi;
- Orta əsr əlyazma kitabı anlayışının dəqiqləşdirilməsi;
- Ədəbi və tarixi abidələrinin, arxiv materiallarının nəşri;
- Müasir Azərbaycan dili problemləri ilə bağlı tədqiqatlar: İxtisar sözlər, onomastika, terminologiya, frazeologiya, leksikoqrafiya, nitq mədəniyyəti məsələləri.
Əsas elmi əsərləri
- Azərbaycan paleoqrafiya və tarixi orfoqrafiyası. – Bakı, Nurlan, 2002, 200 s.
- Türk mətninin transfoneliterasiyası problemləri. – Bakı, Nurlan, 2003, 120 s.
- Azərbaycan əlyazmalarında filiqranlar (A.Məmmədbağıroğlu ilə). Bakı, Tural-Ə, 2001, 56 s.
- Rəşid bəy Axundov. Məktublar, sənədlər, tərcümələr, məqalələr. – Bakı: Nurlan, 2003, 467 s. (H.Ə.Həsənovla)
- İsmail bəy Qasprinski. Türküstan üləması. – Bakı: Örnək, 2001, 55 s.
- Azərbaycan paleoqrafiyası. Bakı: Elm, 2009.
Təltif və mükafatları
- 2003-cü ildə AMEA-nın fəxri fərmanı (2003);
- “Tərəqqi” medalı (2005).
Vəfatı
16 oktyabr 2011-ci il tarixdə toy ziyafətində iştirak etmək üçün Şəki şəhərinə gəlmiş, toyda iştrak etmiş, lakin toydan getdikdən sonra həmin gecə, Şəki şəhərində qəflətən dünyasını dəyişmişdir.
Ədəbiyyat
- Məmmədov Ə., Xalıqov F. Adilov Məmməd // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: səhifənin nömrəsi. — 1.000 nüsx.
- ADİLOV Məmməd Musa oğlu // Azərbaycan Milli Ensiklopediyası : ensiklopediya : [25 cilddə] (tiraj: 10 000; 608 s.). — Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2009. —I c. — Səh. 95. — ISBN 978-9952-441-02-4.
- Əli Məmmədbağıroğlu (2013.- 17 noyabr). "TANINMIŞ PALEOQRAF ALİM/Filologiya elmləri doktoru Məmməd Musa oğlu Adilov dünyasını dəyişəndə 58 yaşı hələ tamam olmamışdı". http://www.anl.az/ (azərb.). "Respublika" qəzeti. 16 Oct 2020 tarixində arxivləşdirilib.
İstinadlar
- ↑ Məmməd Adilovun ölümü ilə bağlı Əlyazmalar İnstitutun saytında dərc olunmuş nekroloqda belə yazılıb, bu M.Adilovun vaxtilə, özünün yazdığı tərcümeyi-halından götürülmüşdür. İndiki Azərbaycan MEA-nın mərkəzi kitabxanasına Sovet dövründə "əsaslı kitabxana" deyilirdi, orada sovet zamanında redaktor vəzifəsi mövcud olub.
- M
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış alimlər
- Şəkidən çıxmış jurnalistlər
- Şəkidən çıxmış pedaqoqlar
- 1953-cü ildə doğulanlar
- 18 noyabrda doğulanlar
- Noyabrda doğulanlar
- 16 oktyabrda vəfat edənlər
- Oktyabrda vəfat edənlər
- 2011-ci ildə vəfat edənlər
- "Tərəqqi" medalı ilə təltif edilənlər
- Alimlər
- Şəxslər (ad sırası ilə)
- “Şəki: Alim və ziyalılar” kitabına istinad olunan məqalələr
- AME məqaləsinə istinad olunan məqalələr