"Aydın Kaşiyev" səhifəsinin versiyaları arasındakı fərqlər
Sətir 36: | Sətir 36: | ||
==Haqqında məlumatlar== | ==Haqqında məlumatlar== | ||
− | 20 aprel 1933-cü il tarixdə | + | 20 aprel 1933-cü il tarixdə Bakıda anadan olub. |
===Təhsili=== | ===Təhsili=== | ||
Sətir 59: | Sətir 59: | ||
===Vəfatı=== | ===Vəfatı=== | ||
− | 22 avqust 2000-ci il tarixdə – 67 yaşında, Bakıda vəfat edib. Şəkidə dəfn olunub. | + | 22 avqust 2000-ci il tarixdə – 67 yaşında, Bakıda vəfat edib. [[Şəki|Şəkidə]] dəfn olunub. |
===Ailəsi=== | ===Ailəsi=== |
13:50, 21 avqust 2021 versiyası
Aydın Kaşiyev | |
---|---|
Kaşiyev Aydın Rizvan oğlu | |
Aydın Kaşiyev, 1997-ci il. | |
Anadan olub | 20 aprel 1933 |
Anadan olduğu yer | Bakı, Azərbaycan SSR, ZSFSR, SSRİ |
Vəfat edib | 22 avqust 2000 (67 yaşında) |
Vəfat etdiyi yer | Şəki, Azərbaycan SSR, SSRİ |
Dəfn yeri | Şəki, Sona qəbiristanlığı |
Uşağı | Ləman Kaşiyeva |
Atası | Rizvan Kaşiyev |
Anası | Rübabə Hüseynova |
Təhsili |
Azərbaycan Politexnik İnstitutu (–1956) Sov.İKP yanında Ali Partiya Məktəbi (–1964) |
Mükafatları |
Aydın Kaşiyev (1933–2000) — Azərbaycan sovet partiya və dövlət məmuru. 1967–1970-ci illərdə Azərbaycan KP Nuxa/Şəki şəhər komitəsinin birinci katibi olmuş, həmçinin, 1967-ci ildə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir.
Haqqında məlumatlar
20 aprel 1933-cü il tarixdə Bakıda anadan olub.
Təhsili
1956-cı ildə Azərbaycan Politexnik İnstitutunu,
1964-cü ildə isə Sov.İKP yanında Ali Partiya Məktəbini bitirib.
Əmək fəaliyyəti
1956 – 1959-cu illərdə Azərbaycan dəmir yolunda stansiya növbətçisi, dispetçer, stansiya rəisinin baş köməkçisi, mühəndis vəzifələrində işləyib.
1960-ci ildə Azərbaycan KP MK-ya, təlimatçı vəzifəsinə irəli çəkilib.
1964 – 1967-ci illərdə Azərbaycan KP MK-nın partiya orqanları şöbəsində əvvəl məsul təşkilatçı, sonra isə inspektor vəzifəsində çalışıb.
17 fevral 1967-ci il tarixdən 1970-ci ilin oktyabrına qədər Nuxa/Şəki şəhər komitəsinin birinci katibi olub.
İctimai aktivliyi
Azərbaycan dəmir yolunda işləyərkən (1956 – 1959) bir neçə dəfə ilk komsomol və partiya təşkilatlarına katib seçilib.
1967-ci ildə Nuxa rayonundan Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib. Ali Sovetdə sənaye, nəqliyyat və rabitə komissiyasının üzvü olub.
Vəfatı
22 avqust 2000-ci il tarixdə – 67 yaşında, Bakıda vəfat edib. Şəkidə dəfn olunub.
Ailəsi
Atası Rizvan Kaşiyev Nuxada və Bakıda uzun müddət müəllim işləmişdir.
Anası Rübabə Hüseynova həkim olub.
Qızı Ləman Kaşiyeva Azərbaycan Dövlət İqtisad Universitetinin dosentidir.
Həmçinin, bax:
Ədəbiyyat
- Birinci katib (azərb.) // İpəkçi : qəzet. — Nuxa, 1967. — В. 11 mart. — № 8 (874). — Səh. 1.
- Məmmədov Ə., Xalıqov F. Kaşiyev Aydın // Şəki: Alim və ziyalılar. — Bakı: Elm, 2007. — 2 cilddə. — II cild. — Səhifələrin sayı: 428. — Səh.: 212 – 213. — 600 nüsx. — ISBN 5-8066-1708-4.
- A
- Şəxslər (familiya sırası ilə)
- 1933-cü ildə doğulanlar
- 20 apreldə doğulanlar
- Apreldə doğulanlar
- 22 avqustda vəfat edənlər
- Avqustda vəfat edənlər
- 2000-ci ildə vəfat edənlər
- Vladimir İliç Leninin anadan olmasının 100 illiyi ilə əlaqədar yubiley medalı ilə təltif edilənlər
- Şəxslər (ad sırası ilə)
- “Şəki: Alim və ziyalılar” kitabına istinad olunan məqalələr