"Adil Qeybulla" səhifəsinin versiyaları arasındakı fərqlər
(6 intermediate revisions by 3 users not shown) | |||
Sətir 8: | Sətir 8: | ||
|Şəklin izahı = Adil Qeybulla, 2020. | |Şəklin izahı = Adil Qeybulla, 2020. | ||
|Doğum tarixi = {{Doğum tarixi və yaşı|1962|2|4}} | |Doğum tarixi = {{Doğum tarixi və yaşı|1962|2|4}} | ||
− | |Doğum yeri = [[Kiş]], [[Nuxa rayonu]], {{AzSSR}}, {{SSRİ}} | + | |Doğum yeri = [[Kiş]], [[Nuxa rayonu|Nuxa]] (indiki Şəki) rayonu, {{AzSSR}}, {{SSRİ}} |
|Vəfat tarixi = | |Vəfat tarixi = | ||
|Vəfat yeri = | |Vəfat yeri = | ||
Sətir 42: | Sətir 42: | ||
==Haqqında məlumatlar== | ==Haqqında məlumatlar== | ||
− | 4 fevral 1962-ci il tarixdə Nuxa rayonunun [[Kiş]] kəndində anadan olub. | + | 4 fevral 1962-ci il tarixdə [[Nuxa rayonu|Nuxa]] (indiki Şəki) rayonunun [[Kiş]] kəndində anadan olub. |
===Təhsili=== | ===Təhsili=== | ||
Sətir 92: | Sətir 92: | ||
===Üzv olduğu elmi-tibbi qurumlar=== | ===Üzv olduğu elmi-tibbi qurumlar=== | ||
− | *Rusiya Cərrahlar | + | * Rusiya Cərrahlar Cəmiyyəti; |
− | *Rusiya Plastik, Rekonstruktiv və Estetik Cərrahlar | + | * Rusiya Plastik, Rekonstruktiv və Estetik Cərrahlar Cəmiyyəti; |
− | *Ümumdünya Plastik və Estetik Cərrahlar Cəmiyyəti. | + | * Ümumdünya Plastik və Estetik Cərrahlar Cəmiyyəti. |
===Digər=== | ===Digər=== | ||
Sətir 105: | Sətir 105: | ||
==Ədəbiyyat== | ==Ədəbiyyat== | ||
− | # {{ŞAZ|1|337 | + | # {{ŞAZ|1|337-339|Qeybullayev Adil Əbülfət oğlu}} |
# {{məqalə | # {{məqalə | ||
| müəllif = | | müəllif = | ||
Sətir 137: | Sətir 137: | ||
I cərrahi xəstəliklər kafedrası/Tibb ü.e.d., prof. Qeybulla A.Ə.|author= |date= |website=amu.edu.az |publisher=amu.edu.az |language=az |accessdate= |archiveurl =https://web.archive.org/web/20200731161902/http://www.amu.edu.az/az/cafedra/30/61/2600?cafedra=2601&cafedra_s=4420 |archivedate =31 Jul 2020 }} | I cərrahi xəstəliklər kafedrası/Tibb ü.e.d., prof. Qeybulla A.Ə.|author= |date= |website=amu.edu.az |publisher=amu.edu.az |language=az |accessdate= |archiveurl =https://web.archive.org/web/20200731161902/http://www.amu.edu.az/az/cafedra/30/61/2600?cafedra=2601&cafedra_s=4420 |archivedate =31 Jul 2020 }} | ||
− | {{ | + | {{Yoxlanılmış məqalə}} |
+ | |||
+ | {{Ən çox oxunan altı məqalədən biri}} |
20:51, 3 sentyabr 2021 versiyası
Adil Qeybulla | |
---|---|
Qeybulla (Qeybullayev) Adil Əbülfət oğlu | |
Adil Qeybulla, 2020. | |
Doğum tarixi | 4 fevral 1962 |
Doğum yeri | Kiş, Nuxa (indiki Şəki) rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
Elm sahəsi | tibb |
Elmi dərəcəsi | tibb üzrə elmlər doktoru |
Elmi adı | professor |
Təhsili |
N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutu, müalicə-profilaktika fakültəsi (1978–1984) N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutu, aspirantura (1986–1988) N.N.Bloxin adına Rusiya Onkoloji Elmi Mərkəzi, doktorantura (1989–1992) |
facebook hesabı |
Adil Qeybulla (Qeybullayev) — tanınmış həkim-cərrah, tibb üzrə elmlər doktoru, Azərbaycan Tibb Universitetinin I cərrahi xəstəliklər kafedrasının professoru.
Haqqında məlumatlar
4 fevral 1962-ci il tarixdə Nuxa (indiki Şəki) rayonunun Kiş kəndində anadan olub.
Təhsili
1978-ci ildə Kiş kənd orta məktəbini qızıl medalla bitirib.
1978 – 1984-cü illərdə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsində təhsil alıb; təhsil müddətində Lenin təqaüdçüsü olub.
1984 – 1985-ci illərdə Bakı Şəhər Kliniki Təcili Tibb Yardımı Xəstəxanasında cərrahlıq ixtisası üzrə birillik internatura keçib.
1986 – 1988-cı illərdə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun aspiranturasında,
1989 – 1992-ci illərdə N.N.Bloxin adına Rusiya Onkoloji Elmi Mərkəzinin doktorantura təhsilini artırıb.
2005-ci ilin yanvar-fevral aylarında Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində Diplomdansonrakı Tibb Təhsili Akademiyasında (MAPO) pekonstruktiv, plastik və estetik cərrahlıq üzrə tsikli bitirib.
Əmək fəaliyyəti
1985 – 1988-ci illərdə M.A.Topçubaşov adına Elmi-Tədqiqat Klinik və Eksperimental Cərrahlıq İnstitutunun (Respublika Cərrahlıq Elmi Mərkəzi – RCEM) mikrocərrahlıq şöbəsində həkim-cərrah,
1989 – 1992-ci illərdə Rusiya Onkoloji Elmi mərkəzində onkoloq vəzifəsində çalışıb.
1988 – 1990-cı illərdə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun II ümumi cərrahlıq kafedrasında işləyib.
1990-cı il fevralında Topçubaşov adına Elmi-Tədqiqat Klinik və Eksperimental Cərrahlıq İnstitutunun torakal cərrahlıq şöbəsinə elmi işçi vəzifəsinə keçirilib.
1992-ci ilin may – sentyabr aylarında Bakı Travmatologiya və Ortopediya İnstitutunun plastik cərrahlıq və irinli-sümük infeksiyası şöbəsində baş elmi işçi vəzifəsində çalışıb.
1992-ci ilin sentyabrından Azərbaycan Tibb Universitetinin cərrahi xəstəliklər kafedrasının professoru olub.
1992 – 2016-cı illərdə Azərbaycan Tibb Universitetinin I cərrahi xəstəliklər kafedrasında cərrah vəzifəsində çalışıb.
2005-ci ilin martından sentyabrına kimi «Ömür» özəl-tibb mərkəzində estetik-plastik cərrahlıq şöbəsinə rəhbərlik edib. Daha sonra “Loğmed” özəl klinikanın baş həkimi vəzifəsində işləyib.
Elmi fəaliyyəti
1988-ci ilin oktyabrında professor V.C.Seyidovun rəhbərliyi ilə vaxtından 1 il əvvəl namizədlik dissertasiyasını müdafiə edib.
Elmi-tədqiqat işinin nəticəsi kimi qida borusunun rekonstruktiv-bərpaedici operasiyaları zamanı operasiyaönü, intraoperasion və operasiyadan sonrakı yaxın dövrlərin aparılmasının yeni üsulunu işləyib hazırlayıb və müəlliflik şəhadətnaməsi alıb. Bu məqsədlə həmin işi davam etdirmək və başa çatdırmaq üçün 1990-cı il fevralında Topçubaşov adına institutun torakal cərrahlıq şöbəsinə elmi işçi vəzifəsinə keçirilib.
1991-ci ilin başlanğıcında həmin iş üzrə fermentlərin başa çatdırılması və doktorluq dissertasiyasının müdafiəsi üçün SSRİ Tibb Elmləri Akademiyasının Ümumittifaq Onkoloji Elmi Mərkəzinin torakal cərrahlıq şöbəsinə elmi ezamiyyətə göndərilib.
1 elmlər namizədi hazırlayıb. Respublikada ilk dəfə onun rəhbərliyi ilə Azərbaycan Neft Akademiyası və Bakı Dövlət Universiteti ilə müştərək tibdə, xüsusilə də cərrahlıqda kibernetik sistemlərin (diaqnostik ekspert sistemləri, fəsadların və ölüm hallarının proqnozlaşdırılmasının riyazi modelləşdirilməsi) öyrənilməsi üçün mütəxəssislər qrupu yaradılıb. Həmin qrupda doktorluq və namizədlik işləri yerinə yetirilir.
120-dən çox çap olunmuş elmi işi var, o cümlədən 5 monoqrafiya, 1 dərs vəsaiti, 1 dərslik, 1 elmi-kütləvi kitab və 10 metodik tövsiyələr və 2 ixtirası var. Dəfələrlə beynəlxalq elmi-tibbi simpoziumlarda, konqreslərdə, qurultaylarda və konfranslarda məruzə ilə çıxış edib.
Üzv olduğu elmi-tibbi qurumlar
- Rusiya Cərrahlar Cəmiyyəti;
- Rusiya Plastik, Rekonstruktiv və Estetik Cərrahlar Cəmiyyəti;
- Ümumdünya Plastik və Estetik Cərrahlar Cəmiyyəti.
Digər
2001-ci ildə avtomobil qəzası törətməkdə ittiham edilərək məhkəmə hökmü ilə azadlığı məhdudlaşdırılıb. 2003-cü ilin yanvarında prezident fərmanı ilə əfv olunub.
2010-cu ildə 115 saylı Şəki Kənd İkinci Seçki Dairəsindən Azərbaycan Respublikasının Milli Məclisinə namizədliyini irəli sürmüş, Dairə Seçki Komissiyası onun namizədliyinin qeydə alınmaması barədə qərar qəbul etsə də Mərkəzi Seçki Komissiyası DSK-nın qərarını ləğv etmişdir. Seçkidə iştirak etmək hüququ əldə etsə də seçilməmişdir.
Ailəsi
Evlidir, iki övladı var.
Ədəbiyyat
- Məmmədov Ə., Xalıqov F. Qeybullayev Adil Əbülfət oğlu // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 337-339. — 1.000 nüsx.
- 115 saylı Şəki kənd ikinci seçki dairəsindən deputatlığa namizəd – Qeybulla Adil Əbülfət oğlu (azərb.) // İpəkçi : qəzet. — Azərbaycan, 2010. — В. 18 oktyabr. — № 9 (2273). — Səh. 1.
- "Bizim həkimlər/T.E.D./Professor Adil Qeybulla". atu-tck.edu.az (azərb.). atu-tck.edu.az. 2 Jul 2017 – 26 Jan 2020 tarixində arxivləşdirilib.
- "I cərrahi xəstəliklər kafedrası/Tibb ü.e.d., prof. Qeybulla A.Ə." amu.edu.az (azərb.). amu.edu.az. 31 Jul 2020 tarixində arxivləşdirilib.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |