Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

"Şahid Əbdülkərimov" səhifəsinin versiyaları arasındakı fərqlər

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Sətir 3: Sətir 3:
 
  |Adı                =  Şahid Əbdülkərimov
 
  |Adı                =  Şahid Əbdülkərimov
 
  |Tam adı            =  Əbdülkərimov Şahid Qədir oğlu
 
  |Tam adı            =  Əbdülkərimov Şahid Qədir oğlu
  |Şəkil              =  Şahid Əbdülkərimov.jpg
+
  |Şəkil              =  Şahid_Əbdülkərimov2.jpg
 
  |Şəklin izahı        =  Şahid Əbdülkərimov
 
  |Şəklin izahı        =  Şahid Əbdülkərimov
 
  |Şəklin ölçüsü      =  290  
 
  |Şəklin ölçüsü      =  290  

19:27, 4 sentyabr 2021 versiyası

Şahid Əbdülkərimov
Əbdülkərimov Şahid Qədir oğlu
Şahid Əbdülkərimov
Şahid Əbdülkərimov
Şəxsi məlumatlar
Doğum tarixi 30 oktyabr 1938(1938-10-30)
Doğum yeri Nuxa, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat tarixi 17 iyul 2003 (64 yaşında)
Vəfat yeri Şəki, Flag of Azerbaijan.svg Azərbaycan
Dəfn yeri Şəki, Flag of Azerbaijan.svg Azərbaycan
Peşəsi bəstəkar
Təhsili

Bakı Mədəni-Maarif Texnikumunu, xor dirijorluğu şöbəsi (1957–1960)

M.A.Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutu (indiki Mədəniyyət və İncəsənət Universiteti), mədəni-maarif fakültəsi (1961–1966)

Şahid Əbdülkərimov (1938–2003) — tanınmış mədəniyyət işçisi, həvəskar bəstəkar, xor dirijoru, aktyor, müğənni və tarzən. “Hanı bəs vəfan sənin”, “Təki sən səslə məni” və s. bu kimi məşhur mahnıların musiqilərini bəstələmişdir.

Haqqında məlumatlar

30 oktyabr 1938-ci il tarixdə Nuxa (indiki Şəki) anadan olub.

Təhsili

1948-ci ildən Nuxa şəhər pionerlər evində ustad sənətkar İbad Salmanovdan tar dərsi almağa başlayıb.

1957-ci ildə Nuxa şəhər 12 №-li orta məktəbini bitirib.

1957 – 1960-cı illərdə Bakı Mədəni-Maarif texnikumunun xor dirijorluğu şöbəsində,

1961 – 1966-cı illərdə M.A.Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun (indiki Mədəniyyət və İncəsənət Universiteti) mədəni-maarif fakültəsinin axşam şöbəsində təhsil alıb.

Əmək fəaliyyəti

1960-cı ildən Xırdalan qəsəbə 1 №-li orta məktəbində musiqi müəllimi işləyib.

1976-cı ildə Şəki Şəhər Tibb İşçiləri Mədəniyyət Evinin direktoru vəzifəsinə təyin edilib.

Yaradıcı fəaliyyəti

Hələ 1956-cı ildə Nuxa rayon mədəniyyət evinin direktoru, tanınmış teatr xadimi, Azərbaycan SSR əməkdar artisti Məmmədkəbir Hacıoğlu Şahid Əbdülkərimovu şəhər mədəniyyət evində fəaliyyət göstərən dram dəməyinə qəbul edib. Bundan sonra Şahid Əbdülkərimov konsertlərdə tar çalmaqla yanaşı, həm də aktyorluq fəaliyyəti ilə məşğul olub.

Bütün ömrü boyu 100-dən artıq mahnı bəstələyib. “Hanı bəs vəfan sənin” mahnısı Ümumittifaq səsyazma fondunda, patefon valına yazılıb.

Vəfatı

1988-ci ildən Şəkidə yaşayıb. Ömrünün son illərində Şəkinin Qışlaq hissəsindəki məsciddə din xadimi kimi fəaliyyət göstərib.

17 iyul 2003-cü il tarixdə – 64 yaşında, Şəkidə vəfat edib.

Ədəbiyyat

  1. Təhmirazqızı S. Şahid Əbdülkərimov // Şəkinin musiqi folkloru. — Bakı: Nərgiz, 2016. — Səhifələrin sayı:  144. — Səh.: 134-135. — 500 nüsx.
  2. Kərimov M. “Təki sən səslə məni”, – Şahid Əbdülkərimov // İpəkçi : qəzet. — Azərbaycan, 2011. — В. 15 mart. — № 2 (2276). — Səh. 3. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 4 sentyabr 2021.