"Qüdrət Bəkirov" səhifəsinin versiyaları arasındakı fərqlər
Sətir 67: | Sətir 67: | ||
===Təltif və mükafatları=== | ===Təltif və mükafatları=== | ||
− | * AMEA-nın fəxri fərmanı – | + | * AMEA-nın fəxri fərmanı – AMEA Şəki Regional Elmi Mərkəzinin 40 illik yubileyi münasibəti ilə (2012). |
===Ailəsi=== | ===Ailəsi=== |
14:02, 11 sentyabr 2021 versiyası
Qüdrət Bəkirov | |
---|---|
Bəkirov Qüdrət Məmməd oğlu | |
Qüdrət Bəkirov. | |
Doğum tarixi | 11 iyun 1961 |
Doğum yeri | Nuxa (indiki Şəki) rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
Elm sahəsi | biologiya |
İş yeri | AMEA Şəki Regional Elmi Mərkəzi, tut ipəkqurdunun seleksiyası şöbəsi (müdir) |
Elmi dərəcəsi | biologiya üzrə fəlsəfə doktoru |
Elmi adı | dosent |
Təhsili | V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutu, kimya–biologiya fakültəsi, qiyabi şöbə (1983–1988) |
facebook səhifəsi |
Qüdrət Bəkirov — biologiya üzrə fəlsəfə doktoru, dosent, AMEA Şəki Regional Elmi Mərkəzinin tut ipəkqurdunun seleksiyası şöbəsinin müdiri.
Haqqında məlumatlar
11 iyun 1961-ci il tarixdə Nuxa (indiki Şəki) rayonunun Oxud kəndində anadan olub.
Təhsili
1968 – 1978-ci illərdə Oxud kənd orta məktəbində,
1983 – 1988-ci illərdə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun kimya-biologiya fakültəsinin qiyabi şöbəsində təhsil alıb.
Hərbi xidmət
1979 – 1981-ci illərdə Almaniya Demokratik Respublikasında hərbi xidmətdə olub.
Elmi fəaliyyəti
1994-cü ildən AMEA Şəki Regional Elmi Mərkəzin ipəkçilik laboratoriyasında “Yerli və introduksiya olunmuş cinslər arasında hibridlərdə heterozis qüvvəsinin öyrənilməsi” mövzusunda elmi tədqiqat işi aparıb,
2013-cü ildə həmin mövzu üzrə dissertasiya işini müdafiə edib.
2014-cü ildə biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini,
2018-ci ildə dosent elmi adını alıb.
48 elmi məqalənin müəllifi, 12 Müəlliflik şəhadətnaməsinin, 12 patentin həmmuəllifidr.
2018-ci ildə AMEA Şəki Regional Elmi Mərkəzin Elmi Şurasında “Azərbaycan şəraitində intraduksiya olunmuş cinslərin heterozis qüvvəsinin öyrənilməsi” doktorluq işinin mövzusu təsdiq olunub.
Əmək fəaliyyəti
1985-ci ildən Şəki Zona Elmi bazasında laborant vəzifəsində işləməyə başlayıb.
1993-cü ildən AMEA Şəki Regional Elmi Mərkəzinin “İpəkçilik” laboratoriyasının rəhbəri olub[qeyd 1].
Təltif və mükafatları
- AMEA-nın fəxri fərmanı – AMEA Şəki Regional Elmi Mərkəzinin 40 illik yubileyi münasibəti ilə (2012).
Ailəsi
Evlidir, üç övladı var.
Qeydlər
- ↑ 6 aprel 1995-ci il tarixdə elmi bazaya “AMEA Şəki Regional Elmi Mərkəzi” adı (statusu) verilmiş, 2014-cü ildən AMEA-nın yeni nizamnaməsinə uyğun olaraq, mərkəzin laboratoriyaları şöbə adlandırılmış və adlarında isə bəzi dəyişikliklər edilmişdir. Bunlara görə Qüdrət Bəkirovun vəzifəsinin adı da dəyişmişdir. O, hal-hazırda AMEA Şəki Regional Elmi Mərkəzinin tut ipəkqurdunun seleksiyası şöbəsinin müdiridir.
Ədəbiyyat
- Şəki REM-in fəlsəfə doktorları : Bəkirov Qüdürət Məmməd oğlu : [arx. 11.09.2021] // Azərbaycan Milli Elmlər Akademiyası. — Müraciət tarixi: 11.09.2021.
- Tut ipəkqurdunun seleksiyası şöbəsi : [arx. 27 Jul 2017 - 10 Sep 2018] // Azərbaycan Milli Elmlər Akademiyası Şəki Regional Elmi Mərkəzi. — Müraciət tarixi: 11.09.2021.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |