"Nailə Bədəlova" səhifəsinin versiyaları arasındakı fərqlər
Sətir 14: | Sətir 14: | ||
|Dəfn yeri = | |Dəfn yeri = | ||
|Vətəndaşlığı = | |Vətəndaşlığı = | ||
− | |Həyat yoldaşı = | + | |Həyat yoldaşı = Salman Lətifov |
|Uşağı = Fərid Bədəlov və Sevil Bədəlova | |Uşağı = Fərid Bədəlov və Sevil Bədəlova | ||
|Partnyoru = | |Partnyoru = |
14:39, 21 sentyabr 2021 versiyası
Nailə Bədəlova | |
---|---|
Bədəlova Nailə Məmməd qızı | |
Nailə Bədəlova. | |
Anadan olub | 8 mart 1913 |
Anadan olduğu yer | Nuxa (indiki Şəki), Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası |
Vəfat edib | 27 may 2000 (87 yaşında) |
Vəfat etdiyi yer | Bakı, Azərbaycan |
Həyat yoldaşı | Salman Lətifov |
Uşaqları | Fərid Bədəlov və Sevil Bədəlova |
Təhsili | Kinomexaniklər kursu (Bakı, –1939) |
Mükafatları |
Nailə Bədəlova (1913–2000) — ilk azərbaycanlı qadın kinomexanik.
Haqqında məlumatlar
8 mart 1913-cü il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili
1939-cu ildə Bakıda kinomexaniklər kursunu bitirib.
Əmək fəaliyyəti
17 aprel 1939-cu il tarixdən Bakıdakı «Bakkommuna» kinoteatrında təcrübəçi kimi əmək fəaliyyətinə başlayıb və
1 yanvar 1940-cı il tarixdən kinomexanik vəzifəsinə keçirilib.
1945 – 1946-cı illərdə Bakı kinostudiyasında,
1948-ci ildə «Bakı» kinoteatrında,
1949 – 1972-ci illərdə Bakıdakı Nizami adına kinoteatrda kinomexanik işləyib.
Təltif və mükafatları
- Fəxri fərman – əmək nailiyyətlərinə görə (08.03.1958);
- Fəxri fərman – əmək nailiyyətlərinə görə (05.11.1966);
- "Əmək igidliyinə görə" medalı (20.11.1967).
Vəfatı
27 may 2000-ci il tarixdə – 87 yaşında, Bakıda vəfat edib.
Digər
Böyük Vətən müharibəsi iştirakçısıdır.
Azərbaycan sovet sənədli filmlər rejissoru Niyazi Bədəlovun (1909–1997) qardaşının həyat yoldaşıdır.
2010-cu ildə haqqında məqalə dərc olunmuş bir jurnal və bir qəzet, təltif olunduğu 2 fəxri fərmanın özü və bir medalın vəsiqəsi, 1 fotoşəkli, kinomexanik vəsiqəsi və kinostudiyaya buraxılış vəsiqəsi qızı Sevil Bədəlova tərəfindən Azərbaycan Dövlət Film Fonduna təhvil verilib.
Ədəbiyyat
- Cəbrayılov M., Ziyadov B. Qanadlanan arzular // Bakı : qəzet. — 1968. — В. 20 may. — Səh. 3.
- (Nailə Bədəlova haqqında məqalə) // Təşviqatçı : jurnal. — 1967. — В. noyabr.
- Azərbaycanın ilk qadın kino-mexaniki Nailə Bədəlovanın və kinoşünas Arzu Bağırovun şəxsi arxiv materialları Dövlət Film Fonduna təqdim edilib : [arx. 20.09.2021] // APA. — 2010. — 15 iyul. — Müraciət tarixi: 20.09.2021.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- N
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış kino xadimləri
- Şəkidən çıxmış Böyük Vətən müharibəsi iştirakçıları
- 1913-cü ildə doğulanlar
- 8 martda doğulanlar
- Martda doğulanlar
- 27 mayda vəfat edənlər
- Mayda vəfat edənlər
- 2000-ci ildə vəfat edənlər
- SSRİ-nin "Əmək igidliyinə görə" medalı ilə təltif edilənlər
- Şəxslər (ad sırası ilə)
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə