"Qurbanəli Mustafayev" səhifəsinin versiyaları arasındakı fərqlər
(→Vəfatı) |
|||
Sətir 65: | Sətir 65: | ||
===Vəfatı=== | ===Vəfatı=== | ||
16 fevral 1998-ci il tarixdə, 71 yaşında, Bakıda vəfat edib. | 16 fevral 1998-ci il tarixdə, 71 yaşında, Bakıda vəfat edib. | ||
+ | |||
+ | ===Xatirəsi=== | ||
+ | [[Şəki|Şəkidə]] bir küçəyə adı verilib. | ||
== Ədəbiyyat == | == Ədəbiyyat == |
15:45, 25 sentyabr 2021 versiyası
Qurbanəli Mustafayev | |
---|---|
Mustafayev Qurbanəli Abdurəhim oğlu | |
Qurbanəli Mustafayev | |
Doğum tarixi | 25 sentyabr 1926 |
Doğum yeri | Nuxa (indiki Şəki), Şəki qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ |
Vəfat tarixi | 16 fevral 1998 (71 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
Elmi dərəcəsi | geologiya-mineralogiya elmləri doktoru |
Təhsili |
• S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, geologiya fakültəsi (1948–1953) • Ümumittifaq Geofiziki-Kəşfiyyat Üsulları Elmi-Tədqiqat İnstitutu, aspirantura (Moskva) |
Elmi rəhbəri | M.K.Polşkov |
Qurbanəli Mustafayev (1926–1998) — geologiya-mineralogiya elmləri doktoru, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti GMG İB-nin “AzərGeofizika” Elmi-Tədqiqat İnstitutunun laboratoriya müdiri.
Haqqında məlumatlar
25 sentyabr 1926-cı il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili
Nuxa şəhər 7 №-li orta məktəbini bitirib.
1948 – 1953-cü illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin geologiya fakültəsində təhsil alıb; institutu fərqlənmə diplomu ilə bitirib. Daha sonra Moskvada – Ümumittifaq Geofiziki-Kəşfiyyat Üsulları Elmi-Tədqiqat İnstitutunun aspiranturasına daxil olub.
Əmək fəaliyyəti
1960 – 1965-ci illərdə Azərbaycan SSR EA Geologiya İnstitutunda işləyib.
1965-ci ildən Ümumittifaq Geofiziki Kəşfiyyat Üsulları Elmi-Tədqiqat İnstitutunda laboratoriya müdiri olub.
Vəfat edərkən, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti GMG İB-nin “AzərGeofizika” Elmi-Tədqiqat İnstitutunda laboratoriya müdiri idi.
Elmi fəaliyyəti
1959-cu ildə Moskvada “Seysmik məlumatların geoloji interpretasiyasının yeni imkanları” mövzusunda namizədlik dissertasiyasını,
1975-ci ildə isə “Neft-qaz yataqlarının birbaşa axtarışının seysmik metodları” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.
60-dan çox elmi əsərin, 11 ixtiranın, çoxsaylı elmi hesabat və tövsiyələrin müəllifidir.
4 elmlər namizədinin elmi rəhbəri olub.
Vəfatı
16 fevral 1998-ci il tarixdə, 71 yaşında, Bakıda vəfat edib.
Xatirəsi
Şəkidə bir küçəyə adı verilib.
Ədəbiyyat
- Məmmədov Ə., Xalıqov F. Mustafayev Qurbanəli // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 429-430. — 1.000 nüsx.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- Q
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış alimlər
- 1926-cı ildə doğulanlar
- 25 sentyabrda doğulanlar
- Sentyabrda doğulanlar
- 16 fevralda vəfat edənlər
- Fevralda vəfat edənlər
- 1998-ci ildə vəfat edənlər
- Alimlər
- Şəxslər (ad sırası ilə)
- “Şəki: Alim və ziyalılar” kitabına istinad olunan məqalələr
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə