"Süleyman bəy Əbdürrəhmanbəyov" səhifəsinin versiyaları arasındakı fərqlər
Sətir 54: | Sətir 54: | ||
1901-ci ildən Bakı şəhər məktəbində ştatlı müəllim vəzifəsində işləməyə başlayıb. | 1901-ci ildən Bakı şəhər məktəbində ştatlı müəllim vəzifəsində işləməyə başlayıb. | ||
− | 1917-cu ilin sonlarında Bakı 3-cü ali ibtidai məktəbinin müəllimi vəzifəsində çalışarkən, Bakı Şəhər İdarəsi məktəblər komissiyasının sədrinə ərizə ilə müraciət edərək xidmətdən çıxmış sayılmasını və 16 illik şəhər | + | 1917-cu ilin sonlarında Bakı 3-cü ali ibtidai məktəbinin müəllimi vəzifəsində çalışarkən, Bakı Şəhər İdarəsi məktəblər komissiyasının sədrinə ərizə ilə müraciət edərək xidmətdən çıxmış sayılmasını və 16 illik şəhər xidmətinin qarşılığında ona təqaüd təyin edilməsi üçün Şəhər Duması qarşısında vəsatət qaldırılmasını xahiş edib. |
===İctimai-siyasi aktivliyi=== | ===İctimai-siyasi aktivliyi=== |
15:48, 27 sentyabr 2021 versiyası
Süleyman bəy Əbdürrəhmanbəyov (1860–+1921) — XIX əsrin sonuncu rübündə və XX əsrin birinci rübündə, müxtəlif illərdə indiki Azərbaycan Respublikasının bir neçə kənd məktəbində, həmçinin Nuxa və Bakı şəhər məktəblərində dərs demiş tanınmış pedaqoq. Ədəbi-publisistik yaradıcılığa da meyl etmiş və dövri-mətbuatda yazıları çap olunmuşdur.
Haqqında məlumatlar
8 avqust (27 iyul) 1860-cı il tarixdə Nuxa qəzasının Qarabaldır kəndində anadan olub.
Təhsili
1878 – 1883-cü illərdə Nuxa şəhər üçsinifli məktəbində,
1883 – 1887-ci illərdə Tiflis Aleksandr Müəllimlər İnstitutundan təhsil alıb.
Əmək fəaliyyəti
1887-ci ildən Şuşa qəzasının Tuğ kəndinə müəllim,
1888 – 1899-cu illərdə Xaçmaz (indiki Oğuz rayonunda), Bum (indiki Qəbələ rayonunda), Gülablı (indiki Ağdam rayonunda) və Padar (indiki Oğuz rayonunda) kənd məktəblərində müdir işləyib.
1899-cu ildə Nuxa şəhər 1-ci ictimai rus-tatar məktəbinə müəllim keçirilib.
1901-ci ildən Bakı şəhər məktəbində ştatlı müəllim vəzifəsində işləməyə başlayıb.
1917-cu ilin sonlarında Bakı 3-cü ali ibtidai məktəbinin müəllimi vəzifəsində çalışarkən, Bakı Şəhər İdarəsi məktəblər komissiyasının sədrinə ərizə ilə müraciət edərək xidmətdən çıxmış sayılmasını və 16 illik şəhər xidmətinin qarşılığında ona təqaüd təyin edilməsi üçün Şəhər Duması qarşısında vəsatət qaldırılmasını xahiş edib.
İctimai-siyasi aktivliyi
1906-cı ildə keçirilmiş Azərbaycan müəllimlərinin birinci qurultayında ən çox fəallıq göstərən müəllimlərdən biri olub.
1910-cu ildə Müsəlman Maarif Cəmiyyətinin “Nicat” qəzetinin redaksiya heyətinə üzv seçilib.
Ədəbi-publisistik fəaliyyəti
“Dəbistan” pedaqoji jurnalında “Qüreyş tərlanı” adlı məqaləsi (26 aprel 1907) və “Dil millətin həyatına vasitədir” məqaləsi (10 mart 1908), “Nicat” qəzetində bir hekayəsi (1911-ci il, № 12) və Mirzə Fətəli Axundzadənin yubileyi haqqında məqaləsi (1911-ci il, № 56) çap olunub.
Maraqlı
Məşhur müəllim və uşaq yazıçısı Süleyman bəy Axundov özünü fərqləndirməkdən ötrü “Süleyman Sani” (“ikinci Süleyman”) adı götürmüş və özünün məhz Süleyman bəy Əbdürrəhmanbəyzadədən sonra ikinci olduğunu nəzərə çarpdırmaq istəmişdir.
Həyatının son illəri
1 iyul 1921-ci il tarixdə Azərbaycan SSR Xalq Maarif Komissarlığının Kollegiya iclasında Maarif və Sosialist Mədəniyyəti İşçiləri Birliyinin həmin vaxt iflic vəziyyətində və hədsiz ağır maddi durumda olan 35 il xidmət etmiş müəllim Süleyman bəy Əbdürrəhmanbəyova birdəfəlik 1 000 000 manat məbləğində yardım verilməsi və ona özəl sosial təminat kəsilməsi haqqında xahişinə baxılmışdır. Kollegiya həmin məbləği ödəməyi qərara almış və Xalq Komissarları Şurası qarşısında Süleyman bəy Əbdürrəhmanbəyova müəllimlərin orta əməkhaqqı hesabı ilə aylıq sosial yardım göstərilməsi haqqında vəsatət qaldırmışdır.
Ədəbiyyat
- Mərdanov M., Tahirzadə Ə. ƏBDÜRRƏHMANBƏYZADƏ (HACIƏBDÜRRƏHMANBƏYZADƏ) Süleyman bəy Səlim bəy oğlu // 1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar (ensiklopedik soraq kitabı). — Bakı: Təhsil, 2019. — II cild. — Səh.: 172-178. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 28 avqust 2021.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |