"Elvin Nuri" səhifəsinin versiyaları arasındakı fərqlər
(Səhifəni '[[Kateqoriya:{{padleft:|1|{{PAGENAME}}}}]]{{Əvvəlcə familiya|{{PAGENAME}}}}Kateqoriya:Şəkidən çıxmış şair v...' ilə yarat) |
(Fərqli deyil)
|
02:00, 29 sentyabr 2021 versiyası
Elvin Nuri | |
---|---|
Nuri Elvin Elşən oğlu | |
Elvin Nuri. | |
Doğum tarixi | 1999 |
Əsərlərinin dili | azərbaycanca |
səhifəsi |
Elvin Nuri — gənc şair, yazıçı və Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrının baletmeyster-xoreoqrafı.
Haqqında məlumatlar
1999-cu ildə Şəkidə anadan olub.
Təhsili
2005 – 2012-ci illərdə Şəki şəhər 11 saylı tam orta məktəbində təhsil alın.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin aktyorluq fakültəsini, Baki Xoreoqrafiya Məktəbini və Baki Xoreoqrafiya Akademiyasını bitirib.
Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alır.
Əmək fəaliyyəti
Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrıda baletmeyster-xoreoqraf vəzifəsində işləyir.
Ədəbi-bədii yaradıcılığı
Ədəbi-bədii yaradıcılığa 2011-ci ildən başlayıb.
2016-cı ilin yanvar ayından Azərbaycan Yazıçılar Birliyi Gənc Ədiblər Məktəbinin üzvüdür.
Bir sıra mətbuat vasitələrində və “Bölgədən səslər-5” toplusunda və Ramiz Orsərin “Şəkidən gələn səslər” toplusunda şeirləri çap olunub.
28 sentyabr 2021-ci il tarixdə Şəki Regional Mədəniyyət İdarəsi M.F.Axundzadə adına Şəhər Mədəniyyət Mərkəzi nəzdində fəaliyyət göstərən Xalq Teatrında “Yollar qaytarar səni” adlı birpərdəli dramatik pyesi tamaşaya qoyulmuşdur.
Təltif və mükafatları
Gənclər və İdman Nazirliyinin Fəxri fərmanı.
Ədəbiyyat
- Orsər R. Elvin Nuri // Şəkidən gələn səslər. — Bakı: Elm və təhsil, 2018. — I cild. — Səhifələrin sayı: 856. — Səh.: 840-844. — 500 nüsx. — ISBN 978-9952-8176-5-2.
- Dadaşov M. Şəki Şəhər Mədəniyyət Mərkəzində yeni tamaşaya ictimai baxış olub : [arx. 28.09.2021] // AZƏRTAC. — 2021. — 28 sentyabr. — Müraciət tarixi: 28.09.2021.