Elvin Nuri
Elvin Nuri | |
---|---|
Nuri Elvin Elşən oğlu | |
Elvin Nuri. | |
Doğum tarixi | 15 iyul 1999 |
Doğum yeri | Şəki, Azərbaycan |
Təhsili |
• Bakı Xoreoqrafiya Akademiyası, subbakalavr pilləsi, quruluşçu xoreoqraf ixtisası (2012–2017) • Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, teatr sənəti fakültəsi, bakalavriat, aktyor sənəti ixtisası (2017–2021) • Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, teatr sənəti fakültəsi, dram rejissoru ixtisası, 2-ci kursdan (2021–) |
Teatr | Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrı |
facebook səhifəsi |
Elvin Nuri — gənc şair və yazıçı, Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrının baletmeyster-xoreoqrafı.
Haqqında məlumatlar[redaktə | HTML redaktə]
15 iyul 1999-cu il tarixdə Şəkidə anadan olub.
Təhsili[redaktə | HTML redaktə]
2005 – 2012-ci illərdə Şəki şəhər 11 saylı tam orta məktəbində oxuyub.
2012 – 2017-ci illərdə Bakı Xoreoqrafiya Akademiyasının xalq şöbəsində quruluşçu xoreoqraf ixtisası üzrə subbakalavr,
2017 – 2021-ci illərdə isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatr sənəti fakültəsində aktyor sənəti ixtisası üzrə bakalavr təhsili alıb.
2021-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatr sənəti fakültəsində dram rejissoru ixtisası üzrə təhsil alır.
2016 – 2017-ci illərdə Azərbaycan Yazıçılar Birliyi Gənc Ədiblər Məktəbinin müdavimi olub.
Əmək fəaliyyəti[redaktə | HTML redaktə]
2020-ci ilin sentyabr ayından Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında baletmeyster-xoreoqraf vəzifəsində işləyir.
Ədəbi-bədii yaradıcılığı[redaktə | HTML redaktə]
2011-ci ildən ədəbi-bədii yaradıcılığa başlayıb.
2016-cı ilin yanvar ayından Azərbaycan Yazıçılar Birliyi Gənc Ədiblər Məktəbinin üzvüdür.
Dövrü mətbuatda, bir sıra ədəbi-bədii saytlarda, həmçinin “Gənc yazarların vətənpərvərlik mövzusunda şeirlər toplusu”nda (2017), “Bölgədən səslər-3” toplusunda (2017) və Ramiz Orsərin “Şəkidən gələn səslər” toplusunda şeirləri çap olunub.
1 şeir kitabının, 2 mənsur şerin, 2 poemanın, 13 pyesin, 2 ssenarinin, yüzlərlə şeirin müəllifidir. 20-dən çox türkcə əsəri azərbaycan dilinə tərcümə edib.
1 İyun 2017-ci il tarixdə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Məlikməmməd” tamaşasının xoreoqrafı olub.
28 sentyabr 2021-ci il tarixdə Şəki Regional Mədəniyyət İdarəsi M.F.Axundzadə adına Şəhər Mədəniyyət Mərkəzi nəzdində fəaliyyət göstərən Xalq Teatrında Vətən müharibəsinin başlanmasının ildönümünə həsr etdiyi “Yollar qaytarar səni” adlı birpərdəli dramatik pyesi tamaşaya qoyulub.
Təltif və mükafatları[redaktə | HTML redaktə]
- Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin fəxri fərmanı — “Bölgələrdən səslər-3” layihəsi çərçivəsində fəal iştirakına görə (29.06.2017);
- Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Yasamal Rayon Gənclər və İdman İdarəsinin fəxri fərmanı — 2 fevral – “Azərbaycan Gənclər Günü” münasibətilə və Dövlət Gənclər siyasətinin həyata keçirilməsində göstərdiyi səmərəli fəaliyyətə görə (31.01.2019-cu il);
- Yeni Azərbaycan Partiyası ilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin fəxri fərmanı — Yeni Azərbaycan Partiyası ilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin 2019-2020-ci illər üzrə birgə Fəaliyyət Planı və 2019-cu il “Nəsimi ili” çərçivəsində böyük Azərbaycan şairi İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyi ilə əlaqədar tədbirin təşkili və keçirilməsində fəal iştirakına görə (20.06.2019).
Ədəbiyyat[redaktə | HTML redaktə]
- Orsər R. Elvin Nuri // Şəkidən gələn səslər. — Bakı: Elm və təhsil, 2018. — I cild. — Səhifələrin sayı: 856. — Səh.: 840-844. — 500 nüsx. — ISBN 978-9952-8176-5-2.
- Dadaşov M. 'Şəki Şəhər Mədəniyyət Mərkəzində yeni tamaşaya ictimai baxış olub' : [arx. 28.09.2021] // AZƏRTAC. — 2021. — 28 sentyabr. — Müraciət tarixi: 28.09.2021.
- 'Gənc şair və yazıçı, Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrının baletmeyster-xoreoqrafı Elvin Nurinin tərcümeyi-halı' : [arx. 29.09.2021] // “İpəkçi” qəzeti. — 2021. — 29 sentyabr. — Müraciət tarixi: 29.09.2021.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- E
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış şair və yazıçılar
- Şəkidən çıxmış aktyorlar
- 15 iyulda doğulanlar
- İyulda doğulanlar
- 1999-cu ildə doğulanlar
- Teatr xadimləri
- Şəxslər (ad sırası ilə)
- “Şəkidən gələn səslər” kitabına istinad olunan məqalələr
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə