"Əli Əliyev" səhifəsinin versiyaları arasındakı fərqlər
Sətir 26: | Sətir 26: | ||
|Fəaliyyət illəri = | |Fəaliyyət illəri = | ||
|Tanınır = | |Tanınır = | ||
− | |Mükafatları = {{"Şərəf Nişanı" ordeni}} {{Vladimir İliç Leninin anadan olmasının 100 illiyi ilə əlaqədar yubiley medalı}} | + | |Mükafatları = {{"Şərəf Nişanı" ordeni}}{{Vladimir İliç Leninin anadan olmasının 100 illiyi ilə əlaqədar yubiley medalı}} |
|İmzası = | |İmzası = | ||
|Saytı = | |Saytı = |
15:27, 9 oktyabr 2021 versiyası
Əli Əliyev | |
---|---|
Əliyev Əli Yusif oğlu | |
Əli Əliyev | |
Əli Əliyev, 1975-ci il. | |
Anadan olub | 10 oktyabr 1930 |
Anadan olduğu yer | Nuxa (indiki Şəki), Azərbaycan SSR, ZSFSR, SSRİ |
Vəfat edib | 6 noyabr 2001 (71 yaşında) |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
İxtisası | mühəndis-energetik |
Təhsili | Azərbaycan Sənaye İnstitutu, energetika şöbəsi (1947–1953) |
Mükafatları |
Əli Əliyev (1930–2001) — energetik-mühəndis, 1957–1985-ci illərdə fasiləsiz olaraq Azərenerjidə işləmiş, o cümlədən, 1964-cü ildən Nuxa/Şəki Elektrik Şəbəkəsi İdarəsinin rəisi olmuşdur. Daha sonra əmək fəaliyyətini V.İ.Lenin adına Şəki İstehsal İpək Birliyində davam etdirib.
Haqqında məlumatlar
10 oktyabr 1930-cu il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili
1937 – 1947-ci illərdə Nuxa şəhər 10 №-li orta məktəbində,
1947 – 1952-ci illərdə Azərbaycan Sənaye İnstitutunun energetika şöbəsində təhsil alıb.
Əmək fəaliyyəti
1952-ci ildə təyinatla Mingəçevir SES-in tikintisinə göndərilib; əvvəl enerqokombinatın elektrik laboratoriyasının rəisi, sonra 35 kv-luq yarımstansiyanın rəisi,
1953-cü ildən elektrik şəbəkəsi rəisi,
1955-ci ildə SES istismara verildikdən sonra isə bir müddət istismar şöbəsində böyük mühəndis vəzifəsində çalışıb.
1955-ci ildə Azərenerjinin Nuxa Rayonlararası İstismar Şöbəsinə texniki rəhbər (texnoruk),
1957-ci ildə Azərenerjinin Qərb Elektrik Şəbəkəsindəki 110 kv-luq Nuxa yarımstansiyasına rəis,
1964-cü ildə isə yeni yaradılmış Nuxa Elektrik Şəbəkəsi idarəsinə direktor təyin olunub.
1985-ci ilin sentyabr ayından əmək fəaliyyətini V.İ.Lenin adına Şəki İstehsal İpək Birliyində davam etdirib; əvvəl baş energetikin müavini, sonra isə mexanika və energetika şöbəsinin rəisi olub.
Təltif və mükafatları
- “Şərəf nişanı” ordeni;
- Vladimir İliç Leninin anadan olmasının 100 illiyi ilə əlaqədar yubiley medalı;
- SSRİ Energetika Nazirliyinin və Həmkarlar Şurasının fəxri fərmanı.
Vəfatı
6 noyabr 2001-ci il tarixdə Şəkidə vəfat edib.
Ailəsi
Bir qızı, iki oğlu var. Qızı və bir oğlu həkim, digər oğlu isə energetik-mühəndisdir.
Ədəbiyyat
- Məmmədov Ə., Xalıqov F. Əliyev Əli // Şəki: Alim və ziyalılar. — Bakı: Elm, 2007. — 2 cilddə. — II cild. — Səhifələrin sayı: 428. — Səh.: 91-92. — 600 nüsx. — ISBN 5-8066-1708-4.
- Ə
- Şəxslər (familiya sırası ilə)
- İşləməyən fayl keçidləri olan səhifələr
- 1930-cu ildə doğulanlar
- 10 oktyabrda doğulanlar
- Oktyabrda doğulanlar
- 6 noyabrda vəfat edənlər
- Noyabrda vəfat edənlər
- 2001-ci ildə vəfat edənlər
- "Şərəf Nişanı" ordeni laureatları
- Vladimir İliç Leninin anadan olmasının 100 illiyi ilə əlaqədar yubiley medalı ilə təltif edilənlər
- Şəxslər (ad sırası ilə)
- “Şəki: Alim və ziyalılar” kitabına istinad olunan məqalələr