"Söhrab Arabov" səhifəsinin versiyaları arasındakı fərqlər
Sətir 11: | Sətir 11: | ||
|Vəfat tarixi = | |Vəfat tarixi = | ||
|Vəfat yeri = | |Vəfat yeri = | ||
+ | |Uşağı = [[Rəvanə Qurbanova]] | ||
|Vəfat səbəbi = | |Vəfat səbəbi = | ||
|Dəfn yeri = | |Dəfn yeri = |
18:01, 9 oktyabr 2021 versiyası
Söhrab Arabov | |
---|---|
Arabov Söhrab Əfəndi oğlu | |
Söhrab Arabov | |
Söhrab Arabov, Azərbaycan Rəssamlar İttifaqının sərgi salonu, 20 dekabr 2010-cu il. | |
Doğum tarixi | 10 noyabr 1945 |
Doğum yeri | Nuxa, Nuxa rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı | SSRİ→ Azərbaycan |
Təhsili | Əzim Əzimzadə adına Rəssamlıq Məktəbi |
Janrı | teatr-rəssamlığı |
Üslub | avanqard |
Uşağı | Rəvanə Qurbanova |
Söhrab Arabov — tanınmış teatr rəssamı, Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrının quruluşçu rəssamı.
Haqqında ətraflı məlumat
10 noyabr 1945-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili
1965-ci ildə Nuxa şəhər 10 №-li orta məktəbini bitirib.
1971-ci ildə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbinə daxil olub; lakin 1973-cü ildə təhsilini yarımçıq buraxıb.
Əmək fəaliyyəti
1976-cı ildən Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında quruluşçu rəssam işləyir.
Yaradıcılığı
1989-cu ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.
Müxtəlif illərdə Azərbaycan Mədəniyyət Nazirliyi tərəfindən təşkil olunmuş sərgilərdə, həmçinin Moskvadakı “Mona Liza” (1995), İstanbuldakı “Bilim” (1997) qalereyalarının, Bakıdakı “Səttar Bəhlulzadə” qalereyasının (2008) və Muzey Mərkəzinin (2007, 2008) sərgilərində iştirak edib.
Əsərləri Azərbaycanın müxtəlif rəsm fondlarında, muzeylərdə, o cümlədən 60-dan çox əsəri ABŞ, Almaniya, Fransa, Norveç, Rusiya, Türkiyə və başqa ölkələrdə şəxsi kolleksiyalarda saxlanılır.
2002-ci ildə quruluşçu rəssamı olduğu teatr tamaşası “Qızıl Dərviş” mükafatına layiq görülüb.
2010-cu ilin 20 dekabr – 28 dekabr tarixləri arasında isə Bakıda – Azərbaycan Rəssamlar İttifaqının sərgi salonda, onun yaradıcılığına həsr olunmuş fərdi sərgisi təşkil edilib. Bu sərgidə Söhrab Arabovun avanqard üslubda, yağlı boya ilə kətan üzəridə işlədiyi 55 rəsm əsəri nümayiş etdirilib. Sərginin açılışında Mədəniyyət Nazirliyinin bir sıra rəsmiləri, bəzi xarici ölkə səfirliklərinin işçiləri, bir çox görkəmli mədəniyyət və incəsənət xadimləri, o cümlədən, Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, Azərbaycan Respublikasının xalq artisti, bəstəkar Xəyyam Mirzəzadə və digər şəxslər iştirak ediblər.
Ədəbiyyat
- Məmmədov A. Şəkili rəssam Söhrab Arabovun çəkdiyi rəsmlər dekabrın 20-dən 27-ə qədər Bakıda – Azərbaycan Rəssamlar İttifaqının sərgi salonda, nümayiş etdiriləcəkdir : [arx. 03.02.2018] : [azərb.] // İpəkçi. — Müraciət tarixi: 08.09.2021.
- Şəkili rəssam Söhrab Arabovun çəkdiyi rəsmlər dekabrın 20-dən 29-na qədər Bakıda – Azərbaycan Rəssamlar İttifaqının sərgi salonda, nümayiş etdirilmişdir (azərb.) // Aydın Məmmədov İpəkçi : qəzet. — Şəki: Azərbaycan, 2011. — В. 18 yanvar. — № 1 (2275). — Səh. 4. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 23 Mar 2019 - 08 Sep 2021.
- Rəhimli İ. Söhrab Arabov // Şəki teatrı. — Bakı: Qanun, 2016. — Səhifələrin sayı: 383. — Səh.: 375-377. — 500 nüsx. — ISBN 978-9952-36-230-5.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- S
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış rəssam və heykəltəraşlar
- Şəkidən çıxmış teatr xadimləri
- İşləməyən fayl keçidləri olan səhifələr
- 10 noyabrda doğulanlar
- Noyabrda doğulanlar
- 1945-ci ildə doğulanlar
- Rəssam və heykəltəraşlar
- Şəxslər (ad sırası ilə)
- “Şəki teatrı” kitabına istinad olunan məqalələr
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə