"Rauf Qədimov" səhifəsinin versiyaları arasındakı fərqlər
Sətir 38: | Sətir 38: | ||
==Haqqında məlumatlar== | ==Haqqında məlumatlar== | ||
− | 17 oktyabr 1942-ci il tarixdə Nuxada (Şəkidə) anadan olub. | + | 17 oktyabr 1942-ci il tarixdə [[Nuxa|Nuxada]] (indiki Şəkidə) anadan olub. |
===Təhsili=== | ===Təhsili=== |
05:22, 16 oktyabr 2021 versiyası
Rauf Qədimov | |
---|---|
Qədimov Rauf Mustafa oğlu | |
Rauf Qədimov. | |
Doğum tarixi | 17 oktyabr 1942 |
Doğum yeri | Nuxa (indiki Şəki), Azərbaycan SSR, SSRİ |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
Elm sahəsi | texnika |
İş yeri | AMEA İdarəetmə Sistemləri İnstitutu (ümumi işlər üzrə direktor müavini) |
Elmi dərəcəsi | texnika elmləri namizədi |
Elmi adı | dosent |
Təhsili | M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutu, istehsal proseslərinin avtomatlaşdırılması fakültəsi, avtomatika və telemexanika ixtisası (1959–1964) |
Atası | Mustafa Qədimov |
Anası | Nazan Əliabbas qızı |
facebook səhifəsi |
Rauf Qədimov — texnika elmləri namizədi, dosent, AMEA İdarəetmə Sistemləri İnstitutunun ümumi işlər üzrə direktor müavini.
Haqqında məlumatlar
17 oktyabr 1942-ci il tarixdə Nuxada (indiki Şəkidə) anadan olub.
Təhsili
1959-cu ildə Nuxa şəhər M.Füzuli adına 3 №-li orta məktəbini qızıl medalla,
1964-cü ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun istehsal proseslərinin avtomatlaşdırılması fakültəsini (avtomatika və telemexanika ixtisası üzrə) fərqlənmə diplomu ilə bitirib.
Əmək fəaliyyəti
1964-cü ildən Azərbaycan SSR EA Hesablama Mərkəzində/AMEA Kibernetika İnstitutunda işləyir; o cümlədən, əvvəl laborant, sonra baş laborant, daha sonra mühəndis, böyük mühəndis, elmi işçi, qrup rəhbəri, laboratoriya müdiri vəzifələrində çalışmış, 2002-ci ildən ümumi işlər üzrə institutun direktor müavini olmuşdur.
İkinci iş yerləri
2003-cü ildən Azərbaycan Memarlıq və İnşaat Universitetinin informasiya texnologiyaları və sistemləri kafedrasında,
2013-cü ildən Azərbaycan Texniki Universitetinin kompüter sistemləri və şəbəkələri kafedrasında dosent vəzifəsində (0,5 ştat) çalışır.
Elmi fəaliyyəti
1989-cu ildə “Diskretləmə addımını avtomatik təyin etməklə kəsilməz siqnalları çevirən, sıxan və ötürən çoxkanallı ölçmə sistemi” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı 46, xaricdə çıxmış elmi əsərlərinin sayı 5, müəlliflik şəhadətnamələrinin və patentlərin sayı 46-dır.
Ədəbiyyat
- Məmmədov Ə., Xalıqov F. Qədimov Rauf // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 329-330. — 1.000 nüsx.
- "İdarəetmə Sistemləri İnstitutu fəlsəfə doktorları/Qədimov Rauf Mustafa oğlu". http://www.science.gov.az/ (azərb.). Azərbaycan Milli Elmlər Akademiyası. 24 Jun 2017 – 16 Feb 2020 tarixində arxivləşdirilib.
- Göyçəli M. Mustafa Qədimov / Nəsillərə nümunə şərəfli ömür yolu // XX-XXI əsrin yaradıcı və ziyalı insanları. — Bakı, 2014. — X hissə cild. — Səh.: 200.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |