"Nurməmməd Məmmədov" səhifəsinin versiyaları arasındakı fərqlər
Sətir 55: | Sətir 55: | ||
===Əmək fəaliyyəti=== | ===Əmək fəaliyyəti=== | ||
− | + | 1973 – 1975-ci illərdə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun, | |
− | 1977-ci | + | 1975 – 1977-ci illərdə, yeni yaradılmış Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun birləşmiş qazanxanasının növbə rəisi vəzifəsində işləyib. |
− | 1994 – 2001-ci illərdə mühəndis sistemləri və | + | 22 sentyabr 1977-ci ildə müsabiqə yolu ilə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun İstilik-qaz təchizatı və ventilyasiya kafedrasında assistent vəzifəsinə seçilib. |
+ | |||
+ | 1993-cü ildən Azərbaycan Memarlıq və İnşaat Universitetinin istilik-qaz təchizatı və ventilyasiya kafedrasında əvvəlcə baş müəllim, sonra isə dosent, | ||
+ | |||
+ | 1994 – 2001-ci illərdə sanitariya texnikası fakültəsinin dekanı və istilik-qaz təchizatı və ventilyasiya kafedrasının dosenti, | ||
+ | |||
+ | 2001 – 2013-cü illərdə istilik-qaz təchizatı və ventilyasiya kafedrasının dosenti, | ||
+ | |||
+ | 2013-cü ilin may ayından ictimai əsaslarla həmin kafedranın müdir əvəzi vəzifəsində çalışıb. | ||
+ | |||
+ | 2014-cü ilin mart ayında müsabiqə yolu ilə istilik-qaz təchizatı və ventilyasiya kafedrasına müdir vəzifəsinə seçilib. | ||
+ | |||
+ | 2016-cı ilin sentyabr ayından yeni yaradılan mühəndis sistemləri və qurğularının tikintisi kafedrasının müdiridir. | ||
===Ailəsi=== | ===Ailəsi=== |
12:04, 4 noyabr 2021 versiyası
Nurməmməd Məmmədov | |
---|---|
Məmmədov Nurməmməd Yaşar oğlu | |
Nurməmməd Məmmədov ANS televiziyasının “İqtisadi forum” verilişində çıxış edərkən (11.12.2011) | |
Doğum tarixi | 7 sentyabr 1951 | (70 yaş)
Doğum yeri | Baş Zəyzid, Nuxa (indiki Şəki) rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
İş yeri | Azərbaycan Memarlıq və İnşaat Universiteti, |
Elmi dərəcəsi | memarlıq elmləri namizədi |
Elmi adı | professor |
Təhsili | Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutu, inşaat fakültəsi (1968–1973) |
Nurməmməd Məmmədov — memarlıq elmləri namizədi, Azərbaycan Memarlıq və İnşaat Universitetin professoru və mühəndis sistemləri və qurğuları kafedrasının müdiri, universitetin elmi şurasının və “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunun Elmi-Texniki Şurasının üzvü.
Haqqında məlumatlar
7 sentyabr 1951-ci il tarixdə Nuxa (indiki Şəki) rayonu Baş Zəyzid kəndində anadan olub.
Təhsili
1958 – 1966-cı illərdə Baş Zəyzid kənd səkkizillik məktəbində,
1966 – 1968-ci illlərdə Orta Zəyzid kənd orta məktəbində
1968 – 1973-cü illərdə Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunun inşaat fakültəsində təhsil alıb.
Elmi fəaliyyəti
1985-ci ildə V.V.Kuybişev adına Moskva İnşaat Mühəndisləri İnstitutunun nəzdindəki ixtisaslaşdırılmış Elmi Şurada “İqlim göstəricilərinə görə qaz tələbatı reyimlərinin proqnoz edilməsi” mövzusunda dissertasiya müdafiə edərək texnika elmləri namizədi elmi dərəcəsi alıb.
2016-ci ildə professor elmi adını alıb.
80-dən çox elmi əsərin, o cümlədən 5 dərsliyin, 4 dərs vəsaitinin, 14 metodik vəsaitin müəllifidir. Rəhbərliyi altında dörd nəfər namizədlik dissertasiyası müdafiə edib.
Əmək fəaliyyəti
1973 – 1975-ci illərdə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun,
1975 – 1977-ci illərdə, yeni yaradılmış Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun birləşmiş qazanxanasının növbə rəisi vəzifəsində işləyib.
22 sentyabr 1977-ci ildə müsabiqə yolu ilə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun İstilik-qaz təchizatı və ventilyasiya kafedrasında assistent vəzifəsinə seçilib.
1993-cü ildən Azərbaycan Memarlıq və İnşaat Universitetinin istilik-qaz təchizatı və ventilyasiya kafedrasında əvvəlcə baş müəllim, sonra isə dosent,
1994 – 2001-ci illərdə sanitariya texnikası fakültəsinin dekanı və istilik-qaz təchizatı və ventilyasiya kafedrasının dosenti,
2001 – 2013-cü illərdə istilik-qaz təchizatı və ventilyasiya kafedrasının dosenti,
2013-cü ilin may ayından ictimai əsaslarla həmin kafedranın müdir əvəzi vəzifəsində çalışıb.
2014-cü ilin mart ayında müsabiqə yolu ilə istilik-qaz təchizatı və ventilyasiya kafedrasına müdir vəzifəsinə seçilib.
2016-cı ilin sentyabr ayından yeni yaradılan mühəndis sistemləri və qurğularının tikintisi kafedrasının müdiridir.
Ailəsi
Ailəlidir, iki övladı və dörd nəvəsi var.
Ədəbiyyat
- Məmmədov Ə., Xalıqov F. Məmmədov Nurməmməd // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 396-397. — 1.000 nüsx.
- Miriyev A. Günəş enerjisindən istifadənin yeni layihəsi hazırlanıb // Palitra : qəzet. — Bakı, 2009. — В. 23 dekabr. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 3 noyabr 2021.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |