"Kərim ağa Şəkixanov" səhifəsinin versiyaları arasındakı fərqlər
Sətir 39: | Sətir 39: | ||
== Haqında məlumatlar == | == Haqında məlumatlar == | ||
− | |||
1788-ci ildə anadan olub. | 1788-ci ildə anadan olub. | ||
Sətir 59: | Sətir 58: | ||
14 aprel 1853-cü il tarixdə (digər mənbələrdə – maddeyi-tarixlərdə, 1842/1843) Nuxada böyük yanğın baş vermiş, Nuxa bazarı, [[Xan məscidi (Şəki)|Birinci Cümə məscidi]] və həmin ətrafdakı evlər yanğına məruz qalmışdır. Yanğından sonra Kərim ağa Şəkixanov Birinci Cümə məscidini bərpa etdirməyə başlamış, lakin bəzi yerlərini, – minarənin başını, pilləkənlərini və yanğına məruz qalmış digər yerlərini bərpa və təmir etdirməyə onun ömrü çatmamışdır. | 14 aprel 1853-cü il tarixdə (digər mənbələrdə – maddeyi-tarixlərdə, 1842/1843) Nuxada böyük yanğın baş vermiş, Nuxa bazarı, [[Xan məscidi (Şəki)|Birinci Cümə məscidi]] və həmin ətrafdakı evlər yanğına məruz qalmışdır. Yanğından sonra Kərim ağa Şəkixanov Birinci Cümə məscidini bərpa etdirməyə başlamış, lakin bəzi yerlərini, – minarənin başını, pilləkənlərini və yanğına məruz qalmış digər yerlərini bərpa və təmir etdirməyə onun ömrü çatmamışdır. | ||
+ | |||
+ | ===Vəfatı=== | ||
+ | 10 dekabr 1858-ci il tarixdə – 70 yaşında, vəfat edib. Şəki [[Xan qəbiristanlığı|Xan qəbiristanlığında dəfn edilib]]. | ||
===Ailəsi=== | ===Ailəsi=== | ||
Sətir 69: | Sətir 71: | ||
== İstinadlar == | == İstinadlar == | ||
{{İstinad siyahısı}} | {{İstinad siyahısı}} | ||
− | |||
− | |||
− | |||
− | |||
==Ədəbiyyat== | ==Ədəbiyyat== | ||
Sətir 121: | Sətir 119: | ||
}} | }} | ||
− | {{ | + | == Həmçinin bax == |
+ | * [[Şəki Xan qəbiristanlığındakı epiqrafik abidələr]]. | ||
+ | * [[Mustafa ağa Şəkixanov]] | ||
+ | |||
+ | {{Yoxlanılmış məqalə}} | ||
[[az:Kərim ağa Fateh]][[en:Karim agha Shakikhanov]] | [[az:Kərim ağa Fateh]][[en:Karim agha Shakikhanov]] |
14:29, 9 dekabr 2021 versiyası
Kərim ağa Şəkixanov | |
---|---|
Şəkixanov Kərim ağa Fətəli xan oğlu | |
Kərim ağa Şəkixanovun qəbri üstündəki baş daşı. | |
Təxəllüsü | Fateh |
Doğum tarixi | ≈ 1788 |
Doğum yeri | Nuxa, Şəki xanlığı |
Vəfatı | 10 dekabr 1858 (70 yaşında) |
Vəfat yeri | Nuxa, Nuxa qəzası, Kaspi vilayəti, Rusiya İmperiyası |
Dəfn yeri | Xan qəbiristanlığı |
Atası | Fətəli xan |
Vətəndaşlığı | Şəki xanlığı→ Rusiya İmperiyası |
Kərim ağa Şəkixanov (1888–1858) — Şəki xan nəslinin davamçılarından biri, Şəki xanlığının tarixinə dair əsərin müəllifi; həmçinin, “Fateh” təxəllüsü ilə şeirlər də yazıb.
Haqında məlumatlar
1788-ci ildə anadan olub.
Fars və ərəbcə yaxşı savad alıb[1].
Atası Fətəli xan öz qardaşı (Kərim ağanın əmisi) Məhəmmədhəsən xan tərəfindən kor edilsə də 1805-ci ildə 1 aya yaxın Şəki xanı olmuşdur. Elə həmin vaxt – 1 fevral 1805-ci il tarixdə[2], oğlu Kərim ağanı girov və təhlükəsizlik məqsədi ilə Şamaxı xanı Mustafa xanın yanına göndərib. Kərim ağa 7 il Şamaxıda, Mustafa xanın yanında saxlanılıb.
Kərim ağa 1829-cu ildə Şəki xanlığının tarixinə dair kiçik bir tarix əsəri qələmə alıb. Həmin əsər ilk dəfə 1858-ci ildə Sankt-Peterburqda “Şəki xnalarının ixtisar üzrə tarixi” adı ilə azərbaycan dilində çap edilib.
“Fateh” ədəbi təxəllüsü ilə şeirlər yazırdı.
Əl işləri də olub, ağacda oymalar açaraq naqqaşkarlıq edir, ağacdan bıçaqla qaşıq yonurdu.
Nuxa qəzasında irsi mülkiyyətində olan bir neçə kiçik kəndi vardı.
1837-ci ilin payızında rus çarı I Nikolay Tiflisə gələrkən, onu qarşılamağa dəvət edilmiş müsəlman əsilzadələr arasında olub.
Dindar olub, Tiflisdə – I Nikolayla görüşdə, namaz vaxtı, namaz qılmaq üçün məclisi tərk edib.
14 aprel 1853-cü il tarixdə (digər mənbələrdə – maddeyi-tarixlərdə, 1842/1843) Nuxada böyük yanğın baş vermiş, Nuxa bazarı, Birinci Cümə məscidi və həmin ətrafdakı evlər yanğına məruz qalmışdır. Yanğından sonra Kərim ağa Şəkixanov Birinci Cümə məscidini bərpa etdirməyə başlamış, lakin bəzi yerlərini, – minarənin başını, pilləkənlərini və yanğına məruz qalmış digər yerlərini bərpa və təmir etdirməyə onun ömrü çatmamışdır.
Vəfatı
10 dekabr 1858-ci il tarixdə – 70 yaşında, vəfat edib. Şəki Xan qəbiristanlığında dəfn edilib.
Ailəsi
Müxtəlif vaxtlarda 3 arvadla evli olub; 10 övladı doğulmuş, lakin 5-i sağlığına vəfat etmişdir.
- Birinci arvadı Mollazadələrdən olub, bu arvaddan 7 uşağı doğulub, 3-ü sağlığında vəfat edib, 4-ü qalıb: Əbdülhəmid ağa, Mustafa ağa, İsmayıl ağa və Cəfər ağa.
- İkinci arvadı əmisi qızı dul Tuti ağa olub, bu arvaddan uşağı olmayıb, boşanıb.
- Üçüncü arvadı öz qarabaşlarından biri olub, bu arvaddan 3 oğlu doğulub, 2-si sağlığında vəfat edib, sonuncu oğlu Məmməd ağa, Kərim ağa vəfat edərkən sağ idi və 1 yaşı vardı.
İstinadlar
- ↑ Tahirzadə Ə.Ş., 2005, s. 12.
- ↑ Tahirzadə Ə.Ş., 2005, s. 90.
Ədəbiyyat
- Tahirzadə Ə.Ş. Şəkinin tarixi qaynaqlarda. — Bakı: “Master” nəşriyyatı, 2005.
- Məmmədov A.S. Ədalət Tahirzadənin “Şəkinin tarixi qaynaqlarda” kitabı (azərb.) : “İpəkçi” qəzetinin saytı. — 2006.
Həmçinin bax
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- K
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış şair və yazıçılar
- Şəkinin tarixi haqqında məlumat verən müəlliflər
- Şəkidən çıxmış rəssam və heykəltəraşlar
- Şəki xan qəbiristanlığında dəfn olunanlar
- 1788-ci ildə doğulanlar
- Qeyri-müəyyən ayda doğulanlar
- 10 dekabrda vəfat edənlər
- Dekabrda vəfat edənlər
- 1858-ci ildə vəfat edənlər
- Şair və yazıçılar
- Şəxslər (ad sırası ilə)
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə