"Musa İslamov" səhifəsinin versiyaları arasındakı fərqlər
Sətir 37: | Sətir 37: | ||
|vikianbar = | |vikianbar = | ||
}} | }} | ||
− | '''Musa İslamov''' (1924–1999) — filologiya elmləri doktoru, professor | + | '''Musa İslamov''' (1924–1999) — filologiya elmləri doktoru, professor, Nəsimi adına Dilçilik İnstitutunun Azərbaycan dialektologiyası şöbəsinin müdiri. |
== Haqqında məlumatlar == | == Haqqında məlumatlar == |
16:31, 2 yanvar 2022 versiyası
Musa İslamov | |
---|---|
Musa İsa oğlu İslamov | |
Fayl:Musa İslamov.JPG | |
Musa İslamov. | |
Doğum tarixi | 1924 |
Doğum yeri | Baş Göynük, Nuxa qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ |
Vəfat tarixi | 3 yanvar 1999 | (75 yaşındı)
Vəfat yeri | Bakı, Azərbaycan |
Elmi dərəcəsi | filologiya elmləri doktoru |
Elmi adı | professor |
Təhsili |
• S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, filologiya fakültəsi (1944–1949) • Azərbaycan SSR EA Nizami adına Ədəbiyyat və Dil İnstitutu, aspirantura (1954–) |
Musa İslamov (1924–1999) — filologiya elmləri doktoru, professor, Nəsimi adına Dilçilik İnstitutunun Azərbaycan dialektologiyası şöbəsinin müdiri.
Haqqında məlumatlar
1924-cu ildə Nuxa qəzasının Baş Göynük kəndində anadan olub.
Təhsili
Baş Göynük kənd orta məktəbini bitirib.
1944 – 1949-cu illərdə ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb.
1954-cü ildə Azərbaycan SSR EA Nizami adına Ədəbiyyat və Dil İnstitutunun əyani aspiranturasına qəbul olunub.
Əmək fəaliyyəti
Otuz ildən artıq müddətdə Nəsimi adına Dilçilik İnstitutunda Azərbaycan dialektologiyası şöbəsinin müdiri olub.
Elmi fəaliyyəti
1961-ci ildə “Nuxa dialekti” mövzusunda namizədlik,
1973-cü ildə isə “Türk dillərində əvəzliklər” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.
100-dən çox elmi məqalənin və bir neçə monoqrafiyanın müəllifidir. Rəhbərliyi altında 9 nəfər namizədlik, 2 nəfər isə doktorluq dissertasiyası müdafiə edib.
Redaktorluğu və iştirakı ilə “Azərbaycan dilinin dialektoloji atlası” və ikicildlik “Azərbaycan dilinin dialektoloji lüğəti” hazırlanıb çapa verilib. Sovet dövründə hazırlanan “SSRİ-dəki türk dillərinin dialektoloji atlası”nın Azərbaycan üzrə icraçısı və Qafqaz zonası üzrə rəhbəri olub.
Elmi-ictimai aktivliyi
Azərbaycan SSR Ali və Orta İxtisas Təhsili Nazirliyi nəzdində Elmi-Metodik Şuranın,
S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin İxtisaslaşdırılmış Doktorluq Müdafiə Şurasının üzvü olub.
Vəfatı
3 yanvar 1999-cu il tarixdə – 75 yaşında, Bakıda vəfat edib.
Ədəbiyyat
- Məmmədov Ə., Xalıqov F. İslamov Musa // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 281. — 1.000 nüsx.
- Mete Ə. Görkəmli dilçi alim // O torpağın övladları. — Bakı: Nurlan, 2006. — Səhifələrin sayı: 608. — Səh.: 199-201. — 500 nüsx.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- M
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış alimlər
- Şəkidən çıxmış pedaqoqlar
- İşləməyən fayl keçidləri olan səhifələr
- 1924-cü ildə doğulanlar
- Qeyri-müəyyən ayda doğulanlar
- 1999-cu ildə vəfat edənlər
- 3 yanvarda vəfat edənlər
- Yanvarda vəfat edənlər
- Alimlər
- Şəxslər (ad sırası ilə)
- “Şəki: Alim və ziyalılar” kitabına istinad olunan məqalələr
- “O torpağın övladları” kitabına istinad olunan məqalələr
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə