"Mikayıl Cəbrayılov" səhifəsinin versiyaları arasındakı fərqlər
Sətir 43: | Sətir 43: | ||
Ailəli idi. Bir övladı var. | Ailəli idi. Bir övladı var. | ||
− | Ölümündən sonra SSRİ-nin “Qırmızı Ulduz” ordeninə və daha sonra “Azərbaycan Respublikasının Milli | + | Ölümündən sonra SSRİ-nin “Qırmızı Ulduz” ordeninə və daha sonra “Azərbaycan Respublikasının Milli Qəhrəmanı” adına layiq görülüb. |
Şəki rayonunun Oxud kəndində dəfn edilib. | Şəki rayonunun Oxud kəndində dəfn edilib. | ||
Sətir 52: | Sətir 52: | ||
<gallery widths="210px" heights="130px" caption="Mikayıl Cəbrayılov şəhid olarkən, üstündə olmuş şəxsi əşyaları" class="center"> | <gallery widths="210px" heights="130px" caption="Mikayıl Cəbrayılov şəhid olarkən, üstündə olmuş şəxsi əşyaları" class="center"> | ||
− | Photos of Mikayil Jabrayilov 2.JPG|Şəki şəhərindəki tarix-diyarşünaslıq muzeyində Mikayıl | + | Photos of Mikayil Jabrayilov 2.JPG|Şəki şəhərindəki tarix-diyarşünaslıq muzeyində Mikayıl Cəbrayılovla bağlı stend |
Notebook of Mikayil Jabrayilov in Historical Museum of Shaki.JPG|Bloknot | Notebook of Mikayil Jabrayilov in Historical Museum of Shaki.JPG|Bloknot | ||
Money of Mikayil Jabrayilov in Historical Museum of Shaki.JPG|Pul | Money of Mikayil Jabrayilov in Historical Museum of Shaki.JPG|Pul |
03:20, 27 aprel 2020 versiyası
Mikayıl Cəbrayılov | |
---|---|
Mikayıl Cəbrayılov Əhmədiyyə oğlu | |
Anadan olub | 27 aprel 1952 |
Anadan olduğu yer | Oxud, Nuxa rayonu, Azərbaycan SSR, SSRİ, |
Vəfat edib | 15 dekabr 1990 (38 yaşında) |
Vəfat etdiyi yer | Mikayıllı kəndi, Xocalı rayonu, Azərbaycan |
Vəfat səbəbi | şəhid olub |
Dəfn yeri | Oxud, Şəki rayonu, Azərbaycan, SSRİ |
Atası | Əhmədiyyə Cəbrayılov |
Anası | Sürayyə Cəbrayılova |
Mükafatları | "Şablon:Qırmızı Ulduz" ordeni |
Mikayıl Cəbrayılov(Cəbrayılov Mikayıl Əhmədiyə oğlu; d. 27 aprel 1952-ci il — ö. 15 dekabr 1990-cu il) — azərbaycanlı milis zabiti, Azərbaycanın milli qəhrəmanı, Fransa partizan hərəkatının əfsanəvi döyüşçüsü Əhmədiyyə Cəbrayılovun oğlu.
Haqqında məlumatlar
1952-ci ildə Nuxa rayonunun Oxud kəndində anadan olub.
1959 – 1967-ci illərdi Oxud kənd məktəbində səkkizillik təhsil alıb.
1967 – 1969-cu illərdə Şəki (Nuxa) şəhər 5 saylı fəhlə-gənclər məktəbində oxuyub.
1969-cu ildə V.İ.Lenin adına Şəki ipək kombinatında əmək fəaliyyətinə başlayıb.
1971-ci ildə Şəki şəhər Daxili İşlər şöbəsinə milis nəfəri vəzifəsinə qəbul edilib.
1976 – 1978-cı illərdə Milis Məktəbində oxuyur və milis leytenantı rütbəsi alır.
1978-ci ildən Şəki şəhərində sahə müvəkkili işləyirdi.
12 dekabr 1990-cı il tarixdə dörd nəfər milis əməkdaşı ilə Qarabağa ezam olunub; onlar Cəmilli kəndinin müdafiəsini təşkil etməli idilər. Mikayıl Cəbrayılov dekabrın 15-də mühasirədə qalmış Cəmilli kəndinin əhalisi üçün ayrılmış 4 ton taxılı gətirmək üçün 15 nəfərlik dəstə ilə Kosalar kəndinə yola düşüb. Cəmilli – Kosalar kəndləri arasında ermənilər qəflətən hücuma keçiblər. Snayper gülləsi bir milis serjantını yaralayıb. Az sonra Mikayıl Cəbrayılov da çiynindən yaralanıb. O, maşından yerə atılıb yoldaşlarının həyatını xilas etmək üçün atışmağa başlayıb; ermənilərin hücumunun qarşısını qəhrəmanlıqla alsa da, son anda döyüş meydanında özü həlak olub.
Ailəli idi. Bir övladı var.
Ölümündən sonra SSRİ-nin “Qırmızı Ulduz” ordeninə və daha sonra “Azərbaycan Respublikasının Milli Qəhrəmanı” adına layiq görülüb.
Şəki rayonunun Oxud kəndində dəfn edilib.
Şəki şəhərində adına küçə var.
Həlak olduğu kənd onun adını daşıyır.
Mənbə
- Vüqar Əsgərov Azərbaycanın Milli Qəhrəmanları / Redaktor: Kamil İsmayılov. — Bakı: Qapp-poliqraf, 2005. — Səhifələrin sayı: 250. — Səh.: 25.