"Albert Mustafayev" səhifəsinin versiyaları arasındakı fərqlər
Sətir 37: | Sətir 37: | ||
== Haqqında məlumatlar == | == Haqqında məlumatlar == | ||
− | [[Şəkil:Albert Mustafayev 2019b.jpg| | + | [[Şəkil:Albert Mustafayev 2019b.jpg|200px|thumb|left|Albert Mustafayev ata-baba yurdunda, – Şəki, 25 avqust 2019.]] |
26 yanvar 1931-ci il tarixdə [[Nuxa|Nuxada]] (indiki Şəki) anadan olub. | 26 yanvar 1931-ci il tarixdə [[Nuxa|Nuxada]] (indiki Şəki) anadan olub. | ||
23:53, 19 aprel 2022 versiyası
Albert Mustafayev | |
---|---|
Mustafayev Albert Zaman oğlu | |
Albert Mustafayev öz emalatxanasında - “Şəki xanı Məhəmmədhüseyn xan Muştaq” heykəlinin eskizini hazırlayarkən, 2009-cu il. | |
Doğum tarixi | 26 yanvar 1931 |
Doğum yeri | Nuxa (indiki Şəki), Şəki dairəsi, Azərbaycan SSR, ZSFSR, SSRİ |
Vəfat tarixi | 4 mart 2022 (91 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Dəfn yeri | Çöl qəbiristanlığı, Şəki |
Vətəndaşlığı | SSRİ→ Azərbaycan |
Təhsili |
• Əzim Əzimzadə adına Rəssamlıq Məktəbi • SSRİ Rəssamlıq Akademiyası nəzdində İlya Repin adına Leninqrad Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutu (1956–1960) |
Mükafatları |
Albert Mustafayev (1931–2022) — tanınmış heykəltəraş, Azərbaycan SSR əməkdar rəssamı, Bakının simvollarından biri olan “Bəhram Gur əjdahanı öldürür” fontan-kompozisiyasının həmmüəllifi.
Həmçinin, həvəskar fotoaparatlar vasitəsi ilə peşəkar fotoşəkillər çəkməsi ilə də tanınır.
Haqqında məlumatlar
26 yanvar 1931-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili
4-cü sinfə qədər Nuxadakı rus məktəbində oxuyub, sonra ailəsinin Bakıya köçməsi ilə əlaqədar olaraq orta təhsilini Bakıda davam etdirib.
Daha sonra əvvəlcə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində,
1956 – 1960-cı illərdə isə SSRİ Rəssamlıq Akademiyası nəzdində İlya Repin adına Leninqrad Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunda təhsil alıb.
Əmək fəaliyyəti
1966 – 1975-ci illərdə əvvəl Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunun təsviri sənət kafedrasında assistent, sonra müəllim,
1975 – 2020-ci illərdə Azərbaycan İnşaat Mühəndislər İnstitutunun/Azərbaycan Memarlıq və İnşaat Universitetinin təsviri incəsənət kafedrasına əvvəl baş müəllim, 1983-cü ildən dosent, daha sonra isə professor vəzifəsində çalışıb.
Yaradıcılığı
Heykəltəraşlıq fəaliyyəti
“Bəhram Gur əjdahanı öldürür” fontan-kompozisiyasının həmmüəllifi
Hələ 1959-cu ildə – Leninqrad Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunda oxuyarkən, kurs işi olaraq gildən hündürlüyü cəmi 30 santimetr olan “Bəhram Gur əjdahanı öldürür” kompozisiyasını hazırlamışdı. 1960-cı ildə isə həmin vaxt Moskva Ali Rəssamlıq-Sənaye Məktəbində təhsil alan Aslan Rüstəmov və Tbilisi Rəssamlıq Akademiyasını yenicə bitirmiş Qorxmaz Sücaəddinovla birlikdə qərara gəlirlər ki bu kompozisiyanı yenidən işləyib Bakının fontan-heykəllərinin hazırlanması üzrə müsabiqəyə təqdim etsinlər. “Bəhram Gur əjdahanı öldürür” fontan-kompozisiyası üç gənc heykəltəraşın birgə əsəri kimi müsabiqəyə təqdim olunur. Bakı Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri Əliş Ləmbəranski gənc heykəltəraşların hazırladıqları eskizi çox bəyənir. Heykəl bürüncdən tökülür və Bakının ən görməli yerlərindən birində ucaldılır.
Digər heykəltəraşlıq işləri
Bakıda: Nizami Gəncəvi Kino Mərkəzinin baş fasadındakı “Nizami Gəncəvi” heykəli; Lütfəli Abdullayevin xatirə lövhəsi, Lətif Kərimovun xatirə lövhəsi; Şəkidə: Böyük Vətən müharibəsində həlak olmuş şəkililərin döyüş şöhrətinin əbədiləşdirilməsi üçün 1974-cü ildə yaradılmış “Xatirə ansamblı”nın ərazisindəki “Ana heykəli”. Mingəçevirdə: V.İ.Leninin heykəli. Şuşada: Molla Pənah Vaqifin məqbərəsində Molla Pənah Vaqifin büstü.
Fotoqrafiya işləri
Albert Mustafayev Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində oxuyarkən fotoqrafiya işi ilə məşğul olmağa başlamışdı. Leninqradda təhsil alarkən isə Vıborq mədəniyyət evində onun çəkdiyi fotoşəkillərin birinci sərgisi təşkil olunub. İkinci sərgisi işlədiyi Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda baş tutub. Üçüncü sərgi isə 2015-ci ildə – anadan olmasının 85 illiyi münasibəti ilə Azərbaycan Fotoqraflar Birliyi tərəfindən keçirilib və bu sərgidə ona “İlin ən yaxşı fotoqrafı” Fəxri fərmanını verilib. Albert Mustafayev özü isə bildirmişdir ki, o, yalnız həvəskar, sadə fotoaparatlardan istifadə edir və özünü peşəkar fotoqraf hesab etmək fikrində deyil.
Fotoqrafiya işlərindən nümunələr
Təltif və mükafatları
- “Azərbaycan SSR əməkdar rəssamı” fəxri adı (1982);
- “İlin ən yaxşı fotoqrafı” fəxri fərmanı (2015);
- Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu (2021).
Vəfatı
4 mart 2022-ci il tarixdə – 91 yaşında, Bakıda vəfat edib. Elə həmin gün Şəkidə Çöl qəbiristanlığında dəfn edilib. Şəki şəhər İcra hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Şəki Regional Mədəniyyət İdarəsinin rəis əvəzi Tərlan Nəsibov və digər vəzifəli şəxslər də iştirak ediblər.
Videolar
Ədəbiyyat
- Mete Ə. Eldən soruş // O torpağın övladları. — Bakı: Nurlan, 2006. — Səhifələrin sayı: 608. — Səh.: 302-303. — 500 nüsx.
- Avalov E. Professor Albert Mustafayev gənc memarlara örnək sənətkardır (azərb.) // İnşaatçı kadrlar : qəzet. — Bakı, 2016. — № 2 (398). — Səh. 4. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 25 Apr 2016 - 3 Jul 2017.
- Алиева С. Скульптор по специальности, фотограф по призванию (rus.) // Фото наследие. — Bakı, 2016. — № 2 (80). — С. 49 – 54. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 24 noyabr 2020.
- Məmmədov A. Peşəkar heykəltəraş və həvəskar fotoqraf : [arx. 17.03.2022] // Mədəniyyət qəzeti. — 2022. — 11 mart. — Müraciət tarixi: 17.03.2022.
- Məmmədov A. Peşəkar heykəltəraş və həvəskar fotoqraf (azərb.) // Əliyev V. (baş redaktor) Mədəniyyət : qəzet / Yunisli F. (buraxılışa məsul). — Bakı: Azərbaycan, 2022. — В. 11 mart. — № 19-20 (1893). — Səh. 7. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 17 mart 2022.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- A
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış görkəmli şəxslər
- Şəkidən çıxmış alimlər
- Şəkidən çıxmış pedaqoqlar
- 1931-ci ildə doğulanlar
- 26 yanvarda doğulanlar
- Yanvarda doğulanlar
- 4 martda vəfat edənlər
- Martda vəfat edənlər
- 2022-ci ildə vəfat edənlər
- Azərbaycan SSR əməkdar rəssamları
- Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu ilə təltif edilənlər
- Rəssam və heykəltəraşlar
- Şəxslər (ad sırası ilə)
- “O torpağın övladları” kitabına istinad olunan məqalələr
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə
- Şəkidən çıxmış rəssam və heykəltəraşlar