"Tahir Məmmədov" səhifəsinin versiyaları arasındakı fərqlər
Sətir 38: | Sətir 38: | ||
===Təhsili=== | ===Təhsili=== | ||
− | 1967-ci ildə Nuxa şəhər 11 №-li orta məktəbini | + | 1967-ci ildə Nuxa şəhər 11 №-li orta məktəbini bitirib. |
− | 1973-cü | + | 1967 – 1973-cü illərdə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun energetoka fakültəsində təhsil alıb. |
===Əmək və digər fəaliyyəti=== | ===Əmək və digər fəaliyyəti=== |
09:59, 28 aprel 2022 versiyası
Tahir Məmmədov | |
---|---|
Məmmədov Tahir Məcid oğlu | |
Tahir Məmmədov. | |
Anadan olub | 29 aprel 1950 |
Anadan olduğu yer | Nuxa (indiki Şəki), Azərbaycan SSR, SSRİ |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
Təhsili | M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutu (–1973) |
Tahir Məmmədov — tanınmış həmkarlar təşkilatı işçisi; uzun müddət Şəki İpək kombinatında həmkarlar təşkilatı komitəsinin sədri vəzifəsində çalışmışdır. Həmçinin, 1990-cı ildə 129 nömrəli Şəki ikinci şəhər seçki dairəsindən Azərbaycan SSR xalq deputatlığına namizəd olmuşdur.
Haqqında məlumatlar
29 aprel 1950-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili
1967-ci ildə Nuxa şəhər 11 №-li orta məktəbini bitirib.
1967 – 1973-cü illərdə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun energetoka fakültəsində təhsil alıb.
Əmək və digər fəaliyyəti
Tələbəlik illərində (1967–1973) çilingər peşəsində əmək fəaliyyətinə başlayıb.
Hərbi xidmət dövründə Beloqorsk şəhərində (Amur vilayəti, RSFSR) alayın rabitə rəisi olub.
Hərbi xidmətdən sonra V.İ.Lenin adına Şəki İstehsal İpək Birliyində təlimatçı, şöbə rəisi, partiya komitəsi katibinin müavini, həmkarlar təşkilatı komitəsinin sədri vəzifəsində çalışıb. Daha sonra V.İ.Lenin adına Şəki İstehsal İpək Birliyinin bazasında təsis edilmiş Şəki “İpək” Şirkətinin, V.İ.Lenin adına Şəki İstehsal İpək Birliyinin baş müəssisəsinin bazasında təsis edilmiş “Şəki-İpək” ASC həmkarlar təşkilatı komitəsinin sədri olub.
1990-cı ildə 129 nömrəli Şəki ikinci şəhər seçki dairəsindən Azərbaycan SSR xalq deputatlığına namizəd göstərilsə də, həmin dairə üzrə nəticələr ləğv edildikdən sonra təkrar seçkidə iştirak etməyib.
Ədəbiyyat
- Respublika xalq deputatlığına namizəd, birlik həmkarlar ittifaqı komitəsinin sədri Tahir Məcid oğlu Məmmədovun seçkiqabağı platforması (azərb.) // İpəkçi : çoxtirajlı qəzet / Salis Məmmədov. — Şəki: Şəki mətbəəsi, 22 sentyabr 1990. — № 25 – 26 (1959 – 1960). — Səh. 2.