Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

"Nuxa okruqu" səhifəsinin versiyaları arasındakı fərqlər

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
(Səhifəni '[[Kateqoriya:{{padleft:|1|{{PAGENAME}}}}]]{{Ləğv olunmuş inzibati ərazi |Coğrafi region = Azərbaycan SSR |Adı = Nuxa ok...' ilə yarat)
(Fərqli deyil)

16:39, 11 iyul 2022 versiyası

Nuxa okruqu
Nuxa okruquna daxil olan rayon və kənd şuralarının sxeması, Nuxa fəhləsi, 1930.jpg
Nuxa okruquna daxil olan rayon və kənd şuralarının sxeması // Nuxa fəhləsi : qəzet. — Nuxa, 1930. — В. may. — № 25 (772). — Səh. 4.
İnzibati  mərkəz: Nuxa (indiki Şəki)
Yaranma  tarixi: 25 yanvar 1930(1930-01-25)
Ləğv  olunma  tarixi: 30 avqust 1930
(0 il mövcud olub)
Coğrafi  region: Azərbaycan SSR
Yerləşirdi: Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ

Nuxa okruqu — Azərbaycan ərazisində 1930-cu ildə yarım ildən çox müddət ərzində mövcud olmuş birinci dərəcəli inzibati ərazi. 25 yanvar 1930-cu il tarixdə Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə, eyni tarixdə ləğv edilmiş keçmiş Zaqatala-Şəki mahalı ərazisinin bir hissəsində yaradılmışdır. Okruqun inzibati mərkəzi Nuxa, rəsmi qəzeti “Şəki fəhləsi”, icraiyyə komitəsinin sədri Ələşrəf İsmayılov, icraiyyə komitəsinin katibi Abbasov olub. Okruq 3 rayondan – Göynük, Cəfərabad Vartaşen rayonlarından, o cümlədən, 26 kənd sovetliyindən və 100 kənddən ibarət idi. Okruq Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin və Xalq Komissarları Sovetinin 30 avqust 1930-cu il tarixli qərarı ilə ləğv olunmuşdur. Okruq ləğv edildikdən sonra ləğv edilənədək tərkibində olmuş ikinci dərəcəli inzibati ərazilər – rayonlar, həmin tarixdən birinci dərəcəli inzibati əraziyə çevrilmişdir.

Ədəbiyyat

  1. Nuxa okruquna daxil olan rayon və kənd şuralarının sxeması // Nuxa fəhləsi : qəzet. — Nuxa, 1930. — В. may. — № 25 (772). — Səh. 4.
  2. İnzibati-ərazi vahidləri : I. İnzibati-ərazi vahidləri haqqında ümumi məlumat : [arx. 17 Jun 2012 - 26 Jun 2022] // Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi Prezident Kitabxanası. — Müraciət tarixi: 11.07.2022.