"Göynük rayonu" səhifəsinin versiyaları arasındakı fərqlər
Sətir 41: | Sətir 41: | ||
|İllər-8 = | |İllər-8 = | ||
|Commons = }} | |Commons = }} | ||
− | '''Göynük rayonu''' — Azərbaycan ərazisində 1930 – 1931-ci illərdə mövcud olmuş inzibati ərazi. Əvvəl ikinci dərəcəli, sonra isə birinci dərəcəli inzibati ərazi | + | '''Göynük rayonu''' — Azərbaycan ərazisində 1930 – 1931-ci illərdə mövcud olmuş inzibati ərazi. Əvvəl ikinci dərəcəli, sonra isə birinci dərəcəli inzibati ərazi idi. 7 kənd sovetliyindən və cəmi 24 kənddən ibarət olub. İnzibati mərkəzi [[Aşağı Göynük|Aşağı Göynük kəndi]] idi. |
==Haqqında məlumatlar== | ==Haqqında məlumatlar== |
22:35, 16 iyul 2022 versiyası
Göynük rayonu | |
---|---|
inzibati ərazi | |
İnzibati mərkəz: | Aşağı Göynük |
Yaranma tarixi: | 25 yanvar 1930 |
Ləğv olunma tarixi: |
1 fevral 1931 (1 il mövcud olub) 372 gün mövcud olub |
Yerləşirdi: | Azərbaycan SSR, ZSFSR, SSRİ |
Xəritədə | |
Nuxa qəzasının 1902-ci il xəritəsində göstərilən I dairənin ərazisi 1930-c ildə yaranmış Göynük rayonunun ərazisinə uyğun gəlir. |
Göynük rayonu — Azərbaycan ərazisində 1930 – 1931-ci illərdə mövcud olmuş inzibati ərazi. Əvvəl ikinci dərəcəli, sonra isə birinci dərəcəli inzibati ərazi idi. 7 kənd sovetliyindən və cəmi 24 kənddən ibarət olub. İnzibati mərkəzi Aşağı Göynük kəndi idi.
Haqqında məlumatlar
25 yanvar 1930-cu il tarixdə Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə Zaqatala-Şəki mahalının ləğv edilməsindən və yerində Zaqatala və Nuxa okruqları təşkil edilməsindən sonra Nuxa okruqunun tərkibində ikinci dərəcəli inzibati ərazi olaraq yaradılmışdı. Nuxa okruqunun Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin və Xalq Komissarları Sovetinin 30 avqust 1930-cu il tarixli qərarı ilə ləğv edilməsindən sonra isə bu okruqun tərkibindəki ikinci dərəcəli inzibati ərazilər kimi Göynük rayonu da birinci dərəcəli inzibati əraziyə çevrildi. Lakin 1931-ci ilin fevralında ləğv olundu və ərazisi eyni tarixdə yaradılmış Nuxa rayonunun tərkibinə verildi.
Tərkibindəki kənd sovetlikləri və kəndlərin siyahısı
- Oxud:
- Qaradağlı:
- Aşağı Şabalıd:
- Baş Göynük:
- Baş layısqı:
- Baş Layısqı,
- Şin,
- Cunud 1,
- Cunud 2.
- Biləcik:
- Aşağı Göyünük:
Ədəbiyyat
- Nuxa okruquna daxil olan rayon və kənd şuralarının sxeması // Şəki fəhləsi : qəzet. — Nuxa, 1930. — В. may. — № 25 (772). — Səh. 4.
- İnzibati-ərazi vahidləri : I. İnzibati-ərazi vahidləri haqqında ümumi məlumat : [arx. 17 Jun 2012 - 26 Jun 2022] // Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi Prezident Kitabxanası. — Müraciət tarixi: 11.07.2022.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |