"Rəhim Qazıyev" səhifəsinin versiyaları arasındakı fərqlər
Sətir 108: | Sətir 108: | ||
==Həmçinin, bax:== | ==Həmçinin, bax:== | ||
[[Şəkidən Azərbaycan SSR xalq deputatlığına namizədlərin siyahısı (1990)]] | [[Şəkidən Azərbaycan SSR xalq deputatlığına namizədlərin siyahısı (1990)]] | ||
+ | |||
+ | ==Videolar== | ||
+ | <youtube width="300" height="180">alwPaEhVm-Y</youtube> | ||
{{Yaxşı məqalə}} | {{Yaxşı məqalə}} | ||
[[az:Rəhim Qazıyev]][[en:Rahim Gaziyev]][[hy:Ռահիմ Ղազիև]][[ru:Газиев, Рагим Гасан оглы]][[tr:Rahim Gaziyev]] | [[az:Rəhim Qazıyev]][[en:Rahim Gaziyev]][[hy:Ռահիմ Ղազիև]][[ru:Газиев, Рагим Гасан оглы]][[tr:Rahim Gaziyev]] |
20:14, 26 iyul 2022 versiyası
Rəhim Qazıyev | |||||||
---|---|---|---|---|---|---|---|
Qazıyev Rəhim Həsən oğlu | |||||||
Rəhim Qazıyev, 2017-ci il. | |||||||
|
|||||||
Sələfi | Tahir Əliyev | ||||||
Xələfi | Dadaş Rzayev | ||||||
Doğum tarixi | 17 fevral 1943 | ||||||
Doğum yeri | Nuxa, Azərbaycan SSR, SSRİ | ||||||
Atası | Həsən Məhəmməd oğlu Qazıyev | ||||||
Anası | Libada Qazıyeva | ||||||
Uşaqları | Sevinc Qazıyeva, Aytən Qazıyeva, Şəbnəm Qazıyeva | ||||||
Təhsili | S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, mexanika-riyaziyyat fakültəsi (1961–1967) | ||||||
Elmi dərəcəsi | fizika-riyaziyyat elmləri namizədi | ||||||
Elmi adı | dosent | ||||||
facebook səhifəsi |
Rəhim Qazıyev — ictimai-siyasi xadim və dövlət xadimi, Azərbaycan Respublikasının sabiq müdafiə naziri.
Haqqında məlumatlar
17 fevral 1943-cü il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili
1950 – 1960-cı illərdə Nuxa şəhər 3 nömrəli orta məktəbində,
1961 – 1967-ci illərdə isə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsində təhsil alıb.
Elmi fəaliyyəti
1979-cu ildə “Elastik, plastik və özlü mühitdə dağıntını nəzərə almaqla və almamaqla dalğaların yayılması məsələsinin təqribi analitik yolla həlli” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.
Əmək fəaliyyəti
1967 – 1968-ci illərdə Nuxadakı 3 №-li fabrikdə çilingər şagirdi peşəsində işləyib.
1968-ci ildən Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun ali riyaziyyat kafedrasında əvvəl laborant, sonra baş laborant, daha sonra assistent,
1975-ci ildən isə yeni yaradılmış İnşaat Mühəndisləri İnstitutunun ali riyaziyyat kafedrasında əvvəl baş müəllim, sonra isə dosent vəzifəsində çalışıb.
1992 – 1993-cü illərdə Azərbaycan Respublikasının müdafiə naziri olub.
İctimai-siyasi fəaliyyəti
1987 – 1990-cı illərdə Sov.İKP-nin üzvü olub.
1988-ci ildən Azərbaycan milli azadlıq hərəkatına qoşulub və Azərbaycan Xalq Cəbhəsi İdarə Heyətinin üzvü olub.
1990-cı ilin sonunda 129 №-li Şəki Birinci Şəhər Seçki Dairəsindən (ikinci seçki) Azərbaycan SSR xalq deputatı seçilib.
1991-ci ilin əvvəllərində Azərbaycan Respublikasının Ali Sovetinin Milli Şurasına üzv seçilib.
Hərbi sahədə fəaliyyəti
31 yanvar 1992-ci il tarixdən Azərbaycan Respublikasının Müdafiə Nazirliyində qeydiyyatdan keçirdiyi 109 nəfərlik könüllü döyüşçü dəstəsi ilə Şuşanın müdafiəsinə qatılıb.
17 mart 1992-cı il tarixdə Azərbaycan Respublikasının müdafiə naziri təyin edildikdən az sonra, əvvəl strateji əhəmiyyətə malik Şuşa şəhəri, ardınca isə Laçın dəhlizi ermənilər tərəfindən işğal edilsə də, həmin ilin ikinci yarısında cəbhədə üstünlük tam Azərbaycan tərəfinin əlinə keçmiş, ilin sonunadək, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ərazisinin 52 %-i, həmçinin, Laçın rayonunun 67 yaşayış məntəqəsi işğaldan azad edilmiş, 1988-ci ildən bağlı qalan Tərtər – Ağdərə – Kəlbəcər şose yolu açılmışdır. Lakin 1993-cü ilin əvvəllərində cəbhədə baş verən hərbi uğursuzluqlardan sonra müdafiə naziri vəzifəsindən istefa verməyə məcbur olub.
Məhkumluğu
1990-cı ildə 20 yanvar hadisələri ilə bağlı təqsirli bilinərək həbs edilib və 8 aydan sonra azadlığa buraxılıb.
21 noyabr 1993-cü il tarixdə yenidən həbs edilib və Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasına yerləşdirilib.
1994-cü il sentyabrın 21-dən 22-nə keçən gecə bir neçə nəfərlə birlikdə Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasından qaçıb.
1996-cı il aprelin 13-dən 14-nə keçən gecə Rusiyada həbs edilərək Azərbaycana gətirilib.
20 mart 2005-ci il tarixdə prezident İlham Əliyevin fərmanı ilə azadlığa buraxılıb.
Ədəbiyyat
- Əsgərov H. Rəhim Həsən oğlu Qazıyev (azərb.) // İpəkçi : çoxtirajlı qəzet / Salis Məmmədov. — Şəki: Şəki mətbəəsi, 1990. — В. 12 dekabr. — № 33 – 34 (1967 – 1968). — Səh. 2.
Həmçinin, bax:
Şəkidən Azərbaycan SSR xalq deputatlığına namizədlərin siyahısı (1990)
Videolar