Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

Rəhim Qazıyev

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Rəhim Qazıyev
Qazıyev Rəhim Həsən oğlu
Rəhim Qazıyev.jpg
Rəhim Qazıyev, 2017-ci il.
bayraqAzərbaycan Respublikasının Müdafiə naziribayraq
17 mart 1992 — 20 fevral 1993
Sələfi Tahir Əliyev
Xələfi Dadaş Rzayev
Şəxsi məlumatlar
Doğum tarixi 17 fevral 1943 (1943-02-17) (81 yaş)
Doğum yeri Nuxa, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Atası Həsən Məhəmməd oğlu Qazıyev
Anası Libada Qazıyeva
Uşaqları Sevinc Qazıyeva, Aytən Qazıyeva, Şəbnəm Qazıyeva
Təhsili S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, mexanika-riyaziyyat fakültəsi (1961–1967)
Elmi dərəcəsi fizika-riyaziyyat elmləri namizədi
Elmi adı dosent
facebook səhifəsi

Rəhim Qazıyev — ictimai-siyasi xadim və dövlət xadimi, Azərbaycan Respublikasının sabiq müdafiə naziri.

Haqqında məlumatlar[redaktə | HTML redaktə]

17 fevral 1943-cü il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili[redaktə | HTML redaktə]

1950 – 1960-cı illərdə Nuxa şəhər 3 nömrəli orta məktəbində,

1961 – 1967-ci illərdə isə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsində təhsil alıb.

Elmi fəaliyyəti[redaktə | HTML redaktə]

1979-cu ildə “Elastik, plastik və özlü mühitdə dağıntını nəzərə almaqla və almamaqla dalğaların yayılması məsələsinin təqribi analitik yolla həlli” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.

Əmək fəaliyyəti[redaktə | HTML redaktə]

1967 – 1968-ci illərdə Nuxadakı 3 №-li fabrikdə çilingər şagirdi peşəsində işləyib.

1968-ci ildən Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun ali riyaziyyat kafedrasında əvvəl laborant, sonra baş laborant, daha sonra assistent,

1975-ci ildən isə yeni yaradılmış İnşaat Mühəndisləri İnstitutunun ali riyaziyyat kafedrasında əvvəl baş müəllim, sonra isə dosent vəzifəsində çalışıb.

1992 – 1993-cü illərdə Azərbaycan Respublikasının müdafiə naziri olub.

İctimai-siyasi fəaliyyəti[redaktə | HTML redaktə]

1987 – 1990-cı illərdə Sov.İKP-nin üzvü olub.

1988-ci ildən Azərbaycan milli azadlıq hərəkatına qoşulub və Azərbaycan Xalq Cəbhəsi İdarə Heyətinin üzvü olub.

1990-cı ilin sonunda 129 №-li Şəki Birinci Şəhər Seçki Dairəsindən (ikinci seçki) Azərbaycan SSR xalq deputatı seçilib.

1991-ci ilin əvvəllərində Azərbaycan Respublikasının Ali Sovetinin Milli Şurasına üzv seçilib.

Hərbi sahədə fəaliyyəti[redaktə | HTML redaktə]

31 yanvar 1992-ci il tarixdən Azərbaycan Respublikasının Müdafiə Nazirliyində qeydiyyatdan keçirdiyi 109 nəfərlik könüllü döyüşçü dəstəsi ilə Şuşanın müdafiəsinə qatılıb.

17 mart 1992-cı il tarixdə Azərbaycan Respublikasının müdafiə naziri təyin edildikdən az sonra, əvvəl strateji əhəmiyyətə malik Şuşa şəhəri, ardınca isə Laçın dəhlizi ermənilər tərəfindən işğal edilsə də, həmin ilin ikinci yarısında cəbhədə üstünlük tam Azərbaycan tərəfinin əlinə keçmiş, ilin sonunadək, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ərazisinin 52 %-i, həmçinin, Laçın rayonunun 67 yaşayış məntəqəsi işğaldan azad edilmiş, 1988-ci ildən bağlı qalan Tərtər – Ağdərə – Kəlbəcər şose yolu açılmışdır. Lakin 1993-cü ilin əvvəllərində cəbhədə baş verən hərbi uğursuzluqlardan sonra müdafiə naziri vəzifəsindən istefa verməyə məcbur olub.

Məhkumluğu[redaktə | HTML redaktə]

1990-cı ildə 20 yanvar hadisələri ilə bağlı təqsirli bilinərək həbs edilib və 8 aydan sonra azadlığa buraxılıb.

21 noyabr 1993-cü il tarixdə yenidən həbs edilib və Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasına yerləşdirilib.

1994-cü il sentyabrın 21-dən 22-nə keçən gecə bir neçə nəfərlə birlikdə Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasından qaçıb.

1996-cı il aprelin 13-dən 14-nə keçən gecə Rusiyada həbs edilərək Azərbaycana gətirilib.

20 mart 2005-ci il tarixdə prezident İlham Əliyevin fərmanı ilə azadlığa buraxılıb.

Ədəbiyyat[redaktə | HTML redaktə]

Həmçinin, bax:[redaktə | HTML redaktə]

Şəkidən Azərbaycan SSR xalq deputatlığına namizədlərin siyahısı (1990)

Videolar[redaktə | HTML redaktə]