Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

"Asiman Quliyev" səhifəsinin versiyaları arasındakı fərqlər

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Sətir 42: Sətir 42:
  
 
===Təhsili===
 
===Təhsili===
1963 – 1973-cü illərdə Bakıda orta məktəbdə,
+
1963 – 1973-cü illərdə (Beləsuvar,Bakı və Lerik) orta məktəbdə,
  
 
1973 – 1978-ci illərdə D.Bünyatzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda,  
 
1973 – 1978-ci illərdə D.Bünyatzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda,  

06:20, 23 avqust 2022 versiyası

Asiman Quliyev
Quliyev Asiman Aydın oğlu
Asiman Quliyev
Asiman Quliyev, 2019-cu il.
Doğum tarixi 6 avqust 1956 (1956-08-06) (68 yaş)
Doğum yeri Nuxa (indiki Şəki), Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Elmi dərəcəsi iqtisad elmləri namizədi
Elmi adı dosent
Təhsili

 • Dadaş Bünyatzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutu (1973–1978)

 • D.Bünyatzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutu, aspirantura (1983–1985)
Həyat yoldaşı Lalə Amanova
Atası Aydın Quliyev
Elmi rəhbəri Q.Ə.Sadıxov
Mükafatları "Azərbaycan Respublikasının əməkdar müəllimi" fəxri adıAzərbaycan Respublikası qabaqcıl təhsil işçisi — 2010
facebook səhifəsi

Asiman Quliyev — iqtisad elmləri namizədi, dosent, Azərbaycan Respublikasının əməkdar müəllimi, Azərbaycan Dövlət İqtisad Universitetinin iqtisadiyyat fakültəsinin dekanı.

Haqqında məlumatlar

6 avqust 1956-cı il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

1963 – 1973-cü illərdə (Beləsuvar,Bakı və Lerik) orta məktəbdə,

1973 – 1978-ci illərdə D.Bünyatzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda,

1983 – 1985-ci illərdə isə D.Bünyatzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun aspiranturasında təhsil alıb.

Əmək fəaliyyəti

1986 – 1992-ci illərdə D.Bünyatzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda müəllim,

1992-ci ildə Azərbaycan Respublikasının Prezident Aparatında aqrar-sənaye şöbəsində məsləhətçi,

1992 – 1993-cü illərdə Lerik rayon İcra Hakimiyyətinin başçısı,

1994 – 1997-ci illərdə Bakı Biznes Universitetində dosent və dekan vəzifəsində çalışıb.

1997-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetində işləyir; o cümlədən,

1997-ci ildən iqtisadi nəzəriyyə kafedrasının dosenti,

2006 – 2014-cü illərdə türk dünyası işlətmə fakültəsinin dekan müavini,

2014 – 2019-cu illərdə ümumi iqtisadiyyat fakültəsinin dekanı,

2019-cu ildən isə iqtisadiyyat fakültəsinin dekanı vəzifəsini tutub.

2021 sentyabr ayından isə Azərbaycan Dövlət İqtisad Universitetin doktorantura və magistratura mərkəzidə iqtisadiyyat və idarəetmə kafedrasının dosentidir.

Elmi fəaliyyəti

1988-ci ildə namizədlik dissertasiyasını müdafiə edib.

80-dan artıq elmi əsəri, monoqrafiyası, dərsliyi və tərcümələri Azərbaycan,Türkiyə, ABŞ, Rusiya, Çex və digər ölkələrdə nəşr olunub.

Beynəlxalq konfranslarda mütəmadi olaraq iştirak edir.

İctimai-siyasi fəaliyyəti

1975 – 1977 ci illərdə D.Bunyatzadə adına Azərbaycan Xalq Təsərrüfaı İnstitutunun "Ümumi iqtisad" fakültəsinin komsomol təşkilat katibi olub.

1986 – 1989-cu illərdə D.Bünyatzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda Tələbə Həmkarlar Komitəsinin sədri olub.

1990 – 1992- ci illərdə MİB (Müstəqil İqtisadçılar Təşkilatı) İB sədr müavini olub.

2000 – 2005-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin “İqtisad elmləri: nəzəriyyə və praktika” jurnalının məhsul katibi kimi fəaliyyət göstərib.

Təltif və mükafatları

  • Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı — ADİU 80 illiyi və elmi-pedoqoji xidmətlərinə görə (2010).
  • Azərbaycan Respublikasının əməkdar müəllimi” fəxri adı — Azərbaycan Dövlət İqtisad Universitetinin 90 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə (2020).

Ədəbiyyat

  1. Məmmədov Ə., Xalıqov F. Quliyev Asiman // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 343. — 1.000 nüsx.
  2. "İqtisadiyyat fakültəsinin dekanı i.e.n., dosent Quliyev Asiman Aydın oğlu". http://unec.edu.az/ (azərb.). Azərbaycan Dövlət İqtisad Universiteti. 12 Sep 2016 – 4 Aug 2020 tarixində arxivləşdirilib.