"Almas Hüseynbəyova" səhifəsinin versiyaları arasındakı fərqlər
Sətir 50: | Sətir 50: | ||
===Elmi fəaliyyəti=== | ===Elmi fəaliyyəti=== | ||
− | [[Fayl:Almas_Hüseynbəyova2.jpg|300px|thumb|left|Riyaziyyat və Mexanika İnstitutunun əməkdaşları, 1970-ci illər (sağdan: Fərəməz Maqsudov, ''Almaz Hüseynbəyova''', Şamil Vəkilov, Bala İsgəndərov, Xamis Nəcəfov).]] | + | [[Fayl:Almas_Hüseynbəyova2.jpg|300px|thumb|left|Riyaziyyat və Mexanika İnstitutunun əməkdaşları, 1970-ci illər (sağdan: Fərəməz Maqsudov, '''Almaz Hüseynbəyova''', Şamil Vəkilov, Bala İsgəndərov, Xamis Nəcəfov).]] |
S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin Elmi Şurasında V.İ.Lenin ordenli Moskva Energetika İnstitutunun professoru f.-r.e.d. M.İ.Vişikin rəhbərliyi altında “Çuxur potensiallı məsələlərdə məxsusi funksiyalar və məxsusi ədədlərin asimitotik təfriqi” mövzusunda dissertasiya müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsini alıb. | S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin Elmi Şurasında V.İ.Lenin ordenli Moskva Energetika İnstitutunun professoru f.-r.e.d. M.İ.Vişikin rəhbərliyi altında “Çuxur potensiallı məsələlərdə məxsusi funksiyalar və məxsusi ədədlərin asimitotik təfriqi” mövzusunda dissertasiya müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsini alıb. |
14:58, 1 sentyabr 2022 versiyası
Almas Hüseynbəyova | |
---|---|
Hüseynbəyova Almas Məmmədəli qızı | |
Almas Hüseynbəyova. | |
Doğum tarixi | 13 yanvar 1934 |
Doğum yeri | Nuxa (indiki Şəki), Azərbaycan SSR, ZSFSR, SSRİ |
Vəfat tarixi | +2010 |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
Elmi adı | dosent |
Təhsili |
• S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, fizika-riyaziyyat fakültəsi, riyaziyyat ixtisası (–1957) • V.İ.Lenin ordenli Moskva Energetika İnstitutu, aspirantura (1957–1960) |
Almas Hüseynbəyova (1934–+2010) — fizika-riyaziyyat elmləri namizədi, dosent, AMEA Riyaziyyat və Mexanika İnstitutunun nəzdindəki Xüsusi Konstruktor bürosunun elmi işlər üzrə direktor müavini.
Haqqında məlumatlar
13 yanvar 1934-cü il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili
1951-ci ildə Şəki şəhər 5 saylı orta məktəbini,
1957-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsini bitirib.
1957-ci ildə Elmi Şuranın qərarı ilə aspiranturada saxlanılıb, 3 illik Moskva şəhərinə ezam edilərək aspirantura dövrünü V.İ.Lenin ordenli Moskva Energetika İnstitutunda keçirib.
Elmi fəaliyyəti
S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin Elmi Şurasında V.İ.Lenin ordenli Moskva Energetika İnstitutunun professoru f.-r.e.d. M.İ.Vişikin rəhbərliyi altında “Çuxur potensiallı məsələlərdə məxsusi funksiyalar və məxsusi ədədlərin asimitotik təfriqi” mövzusunda dissertasiya müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsini alıb.
1965-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının Rəyasət Heyətinin qərarı ilə diferensial tənliklər ixtisası üzrə baş elmi işçi (dosent) elmi adını alıb.
Moskva, Leninqrad şəhərlərində riyaziyyat üzrə qurultay, simpozium və seminarlarda elmi məruzələrlə çıxış edib. 1965-ci ildə Polşa Respublikasında bir aylıq elmi məzuniyyətdə olub, Varşava, Krakov və Poznan şəhərlərində elmi məruzələrlə çıxış edib.
26 elmi məqalənin müəllifidir. “Elm və həyat” və “Fizika və riyaziyyat tədrisi” jurnallarında riyaziyyata aid məqalələri çap olunub.
İki nəfər elmlər namizədi yetişdirib.
Əmək fəaliyyəti
1957-ci ildən – S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin 5-ci kursunda oxuyan vaxtdan ömrünün sonunadək Azərbaycan SSR EA/AMEA Riyaziyyat və Mexanika İnstitutunda işləyib; o cümlədən, əvvəl elmi işçi əvəzi, sonra kiçik elmi işçi, daha sonra baş elmi işçi, laboratoriya müdiri və nəhayət,
1995-ci ildən institutun nəzdindəki Xüsusi Konstruktor bürosunda elmi işlər üzrə direktor müavini olub.
Pedaqoji fəaliyyəti
S.M.Kirov adına Azərbaycan Dövlət Universitetində, Tusi adına Azərbaycan Pedaqoji Universitetində saat hesabı ilə dərs deyib. Pedaqoji Universitetdə 4 il riyaziyyat ixtisası üzrə Dövlət İmtahan Komissiyasının sədri olub.
İctimai fəaliyyəti
SSRİ maarif, ali məktəb və elmi idarə işçiləri həmkarlar ittifaqının IX qurultayının, qadınların Bakıda keçirilən IV qurultayının iştirakçısı olub.
Ailəsi
Ailə qurmayıb.
Ədəbiyyat
Məmmədov Ə., Xalıqov F. Hüseynbəyova Almas // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 240-242. — 1.000 nüsx.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |