"Gülyanaq Məmmədova" səhifəsinin versiyaları arasındakı fərqlər
(Səhifəni 'Kateqoriya: G{{Musiqiçi |Peşəsi = Müğənni |Şəkil = Gülyanaq Məmmədova.jpg |Şəkil məlumat = |Şəkil miqyası = 200 |Fəaliyyəti = so...' ilə yarat) |
|||
Sətir 52: | Sətir 52: | ||
== İstinadlar == | == İstinadlar == | ||
<references/> | <references/> | ||
− | + | [[Kateqoriya:Şəkidən çıxmış musiqiçilər]] | |
− | [[Kateqoriya: | ||
− | |||
− |
20:54, 18 may 2020 versiyası
Gülyanaq Məmmədova | |
---|---|
Məmmədova Gülyanaq Zakir qızı | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 10 iyun 1973 |
Doğum yeri | Böyük Dəhnə, Şəki, Azərbaycan SSR |
Peşəsi | Müğənni |
|
|
Mükafatları |
Gülyanaq Məmmədova - Azərbaycan müğənnisi, yüksək dərəcəli vokalist, Azərbaycanın xalq artisti (2014).
Həyatı
Məmmədova Gülyanaq Zakir qızı 10 iyun 1973-cü ildə Şəki rayonunun Böyük Dəhnə kəndində anadan olub. 1980-1990-cı illərdə Böyük Dəhnə 1 saylı orta məktəbdə, 1992-1996-cı illərdə A.Zeynallı adına Musiqi məktəbinin muğam şöbəsində, 1996-2000- ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin «musiqili teatr və kino aktyoru» fakültəsində aktyor ixtisası üzrə təhsil alıb. 2002-ci ildə magistr dərəcəsi ilə universiteti bitirib.
1990-1992-ci illərdə Şəki rayon Mədəniyyət evində fəaliyyət göstərib. 1993-cü ildən kimi R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında vokalist vəzifəsində çalışır. 1995-1997-ci illərdə İsveçin Malmo şəhərində «Malmo» festivalında çıxış etmiş, Stokholm və Koteburq şəhərlərində konsertlər verib, 2000-ci ildə Almaniyanın Honnover şəhərində EKSPO – 2000 sərgisində, 2000-ci ildə Türkiyədə «Boğaziçi» festivalında İstanbul – Ankara şəhərlərində konsertlər verib.
2001-2002-ci illərdə «Bakı – Tiflis – Ceyhan» neft kəmərinin təbliğ qrupunun konsert proqramında, 2002-ci ildə Fransanın Strassburq şəhərində Azərbaycanın Avropa Şurasına daxil olmasının 1 illiyi münasibətilə; 2002-ci ildə Avstriyanın Vyana şəhərində, Moskvada, Ukraynanın Kiyev şəhərində; 2002-2003-cü illərdə Moskvada «Azərbaycan Mədəniyyəti günləri»ndə; 2002-ci ildə Ukraynada; 2003-cü ildə Moskva və Minsk şəhərlərində; 2003-cü ildə Almaniyanın Mayns şəhərində «Azərbaycan Mədəniyyəti günləri»ndə; 2004-cü ildə Yekaterinburqda Novruz Bayramı ilə əlaqədar keçirilən tədbirlərdə 2005-ci ildə Moldovanın Kişinyov şəhərində; 2005-ci ildə Avstriyanın Vyana şəhərində «Azərbaycan Mədəniyyəti günləri»ndə; 2006-cı ildə Naxçıvanda «Dövlət müstəqilliyi günü» ilə əlaqədar qastrol səfərlərində olub.
1998-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb. 9 may 2012-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.
Gülyanaq Məmmədovanın boyu 170sm, çəkisi 59 kq-dır.
Azərbaycanın Xalq artisti,xanəndə Gülyaz Məmmədovanın bacısıdır.
Mükafatları
- Azərbaycan Respublikasının xalq artisti — 18.12.2014[1]
Filmoqrafiya
İstinadlar
- ↑ "Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". President.az (azərb.). president.az. 18 dekabr 2014, 19:00. İstifadə tarixi: 2014-12-24.