Gülyanaq Məmmədova
Gülyanaq Məmmədova | |
---|---|
Məmmədova Gülyanaq Zakir qızı | |
Gülyanaq Məmmədova, 2015-ci il. |
Gülyanaq Məmmədova — tanınmış müğənni, Azərbaycan Respublikasının və Özbəkistan Respublikasının xalq artisti, Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının vokalisti. Azərbaycan Respublikasının xalq artisti Gülyaz Məmmədovanın kiçik bacısıdır.
Haqqında məlumatlar
10 iyun 1973-cü il tarixdə Şəki rayonunun Böyük Dəhnə kəndində anadan olub.
Təhsili
1980 – 1990-cı illərdə Böyük Dəhnə kənd 1 №-li orta məktəbində,
1992 – 1996-cı illərdə A.Zeynallı adına Bakı Musiqi Məktəbinin muğam şöbəsində,
1996 – 2002-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram-kino aktyorluğu fakültəsinin musiqili teatr aktyorluğu şöbəsində (bakavriat və magistratura) təhsil alıb.
Əmək fəaliyyəti
1990 – 1992-ci illərdə M.F.Axundzadə adına Şəki Şəhər Mədəniyyət Evində işləyib.
1993-cü ildən Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının vokalistidir.
Təltif və mükafatları
- “Azərbaycan Respublikasının əməkdar artisti” fəxri adı (1998);
- Azərbaycan Respublikası Prezidentinin mükafatı (2002, 2012);
- “Azərbaycan Respublikasının xalq artisti” fəxri adı (2014);
- “Özbəkistan Respublikasının xalq artisti” fəxri adı (2022).
Filmoqrafiya
- Bəylik dərsi (film, 2007) – vokal ifaçısı.
Ədəbiyyat
- Mete Ə. Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının solistləri // O torpağın övladları. — Bakı: Nurlan, 2006. — Səhifələrin sayı: 608. — Səh.: 524-526. — 500 nüsx.
- Məmmədov Ə., Xalıqov F. . . // Şəki: Alim və ziyalılar. — Bakı: Elm, 2007. — 2 cilddə. — II cild. — Səhifələrin sayı: 428. — Səh.: 267. — 600 nüsx. — ISBN 5-8066-1708-4.
.
- Skript xətalı səhifələr
- G
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış görkəmli şəxslər
- Şəkidən çıxmış musiqiçilər
- Musiqiçilər
- Şəxslər (ad sırası ilə)
- “O torpağın övladları” kitabına istinad olunan məqalələr
- “Şəki: Alim və ziyalılar” kitabına istinad olunan məqalələr
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə