Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb.
Şəki Ensiklopediyasına maliyyə dəstəyi göstərmək istəyən hər bir şəxs 4169 7388 5183 5607 (05/26 VISA) Kapital Bank kart hesabımıza istədiyi məbləğdə ianə köçürə bilər.   Daha ətraflı...

"Gülyanaq Məmmədova" səhifəsinin versiyaları arasındakı fərqlər

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
(Səhifəni 'Kateqoriya: G{{Musiqiçi |Peşəsi = Müğənni |Şəkil = Gülyanaq Məmmədova.jpg |Şəkil məlumat = |Şəkil miqyası = 200 |Fəaliyyəti = so...' ilə yarat)
 
Sətir 52: Sətir 52:
 
== İstinadlar ==
 
== İstinadlar ==
 
<references/>
 
<references/>
 
+
[[Kateqoriya:Şəkidən çıxmış musiqiçilər]]
[[Kateqoriya:Azərbaycan müğənniləri]]
 
[[Kateqoriya:Azərbaycan Respublikasının xalq artistləri]]
 
[[Kateqoriya:Şəkidə doğulanlar]]
 

20:54, 18 may 2020 versiyası

Gülyanaq Məmmədova
Məmmədova Gülyanaq Zakir qızı
Gülyanaq Məmmədova.jpg
Şəxsi məlumatlar
Doğum tarixi 10 iyun 1973 (1973-06-10) (51 yaş)
Doğum yeri Böyük Dəhnə, Şəki, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR
Peşəsi Müğənni

Mükafatları "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 2014 "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı — 1998

Gülyanaq Məmmədova - Azərbaycan müğənnisi, yüksək dərəcəli vokalist, Azərbaycanın xalq artisti (2014).

Həyatı

Məmmədova Gülyanaq Zakir qızı 10 iyun 1973-cü ildə Şəki rayonunun Böyük Dəhnə kəndində anadan olub. 1980-1990-cı illərdə Böyük Dəhnə 1 saylı orta məktəbdə, 1992-1996-cı illərdə A.Zeynallı adına Musiqi məktəbinin muğam şöbəsində, 1996-2000- ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin «musiqili teatr və kino aktyoru» fakültəsində aktyor ixtisası üzrə təhsil alıb. 2002-ci ildə magistr dərəcəsi ilə universiteti bitirib.

1990-1992-ci illərdə Şəki rayon Mədəniyyət evində fəaliyyət göstərib. 1993-cü ildən kimi R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında vokalist vəzifəsində çalışır. 1995-1997-ci illərdə İsveçin Malmo şəhərində «Malmo» festivalında çıxış etmiş, Stokholm və Koteburq şəhərlərində konsertlər verib, 2000-ci ildə Almaniyanın Honnover şəhərində EKSPO – 2000 sərgisində, 2000-ci ildə Türkiyədə «Boğaziçi» festivalında İstanbul – Ankara şəhərlərində konsertlər verib.

2001-2002-ci illərdə «Bakı – Tiflis – Ceyhan» neft kəmərinin təbliğ qrupunun konsert proqramında, 2002-ci ildə Fransanın Strassburq şəhərində Azərbaycanın Avropa Şurasına daxil olmasının 1 illiyi münasibətilə; 2002-ci ildə Avstriyanın Vyana şəhərində, Moskvada, Ukraynanın Kiyev şəhərində; 2002-2003-cü illərdə Moskvada «Azərbaycan Mədəniyyəti günləri»ndə; 2002-ci ildə Ukraynada; 2003-cü ildə Moskva və Minsk şəhərlərində; 2003-cü ildə Almaniyanın Mayns şəhərində «Azərbaycan Mədəniyyəti günləri»ndə; 2004-cü ildə Yekaterinburqda Novruz Bayramı ilə əlaqədar keçirilən tədbirlərdə 2005-ci ildə Moldovanın Kişinyov şəhərində; 2005-ci ildə Avstriyanın Vyana şəhərində «Azərbaycan Mədəniyyəti günləri»ndə; 2006-cı ildə Naxçıvanda «Dövlət müstəqilliyi günü» ilə əlaqədar qastrol səfərlərində olub.

1998-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb. 9 may 2012-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.

Gülyanaq Məmmədovanın boyu 170sm, çəkisi 59 kq-dır.

Azərbaycanın Xalq artisti,xanəndə Gülyaz Məmmədovanın bacısıdır.

Mükafatları

  • Azərbaycan Respublikasının xalq artisti — 18.12.2014[1]

Filmoqrafiya

  1. Nəriman Əliyev (film, 2005)
  2. Bəylik dərsi (film, 2007)

İstinadlar

  1. "Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". President.az (azərb.). president.az. 18 dekabr 2014, 19:00. İstifadə tarixi: 2014-12-24.