"Şəmsa Rəşidova" səhifəsinin versiyaları arasındakı fərqlər
Sətir 87: | Sətir 87: | ||
==İstifadə edilmiş mənbə== | ==İstifadə edilmiş mənbə== | ||
*[http://www.amu.edu.az/az/cafedra/34/812/327?cafedra=328&cafedra_s=4286 Yoluxucu xəstəliklər kafedrası/t.e.n., dos. Rəşidova Ş.M. (www.amu.edu.az)]. | *[http://www.amu.edu.az/az/cafedra/34/812/327?cafedra=328&cafedra_s=4286 Yoluxucu xəstəliklər kafedrası/t.e.n., dos. Rəşidova Ş.M. (www.amu.edu.az)]. | ||
− | + | [[Kateqoriya:Şəkidən çıxmış həkimlər]][[Kateqoriya:Şəkidən çıxmış alimlər]] | |
− | [[Kateqoriya: | ||
− | [[Kateqoriya: | ||
{{Yaxşı məqalə}} | {{Yaxşı məqalə}} |
00:16, 19 may 2020 versiyası
Şəmsa Rəşidova | |
---|---|
Rəşidova Şəmsa Məmməd qızı | |
Şəmsa Rəşidova | |
Doğum tarixi | 18 may 1948 |
Doğum yeri |
SSRİ Azərbaycan SSR, Nuxa |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
Elm sahəsi | həkim-pediatr |
İş yeri |
|
Elmi dərəcəsi | tibb elmləri namizədi |
Elmi adı | dosent |
Təhsili | Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutu (1968 – 1974) |
Şəmsa Rəşidova (Rəşidova Şəmsa Məmməd qızı; d. 18 may 1948, Nuxa, Azərbaycan SSR, SSRİ) – azərbaycanlı tibb elmləri namizədi, Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının (ictimai səhiyyə fakültəsi) dosenti, həkim-pediatr, Ə.Qarayev adına 2 saylı kliniki uşaq xəstəxanasının 1-ci neyroinfeksiya şöbəsinin konsultantı.
Haqqında məlumatlar
1948-ci ildə Nuxa şəhərində anadan olub.
1961-ci ildə ailəsi ilə birlikdə Bakıya köçüb.
1968 – 1974-cü illərdə Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun pediatriya fakültəsində təhsil alıb.
1974 – 1975-ci illərdə Ə.Qarayev adına 2 saylı kliniki uşaq xəstəxanasında internatura keçib və pediatr ixtisasına yiyələnib.
İş yerləri və vəzifələri
1975 – 1976-cı illərdə M.Əzizbəyov adına doğum evində neonatoloq,
1976 – 1985-ci ilərdə Ə.Qarayev adına 2 saylı kliniki uşaq xəstəxanasında əvvəl həkim-ordinator, sonra isə şöbə müdiri vəzifələrində çalışıb.
1985-ci ildə müsabiqə yolu ilə Azərbaycan Dövlət Tibb İnstitutunun “Uşaq yoluxucu xəstəlikləri” kafedrasına assistent vəzifəsinə seçilib.
1999-cu ildən dosent vəzifəsində çalışmağa başlayıb.
2016-cı ildə Pediatriya fakültəsinin ləğv olunması ilə əlaqədar olaraq, Yoluxucu xəstəliklər kafedrasına keçirilib və bu kafedrada dosent vəzifəsində çalışır.
Ə.Qarayev adına 2 saylı kliniki uşaq xəstəxanasının 1-ci neyroinfeksiya şöbəsinin konsultantıdır.
Elmi fəaliyyəti
1990-cı ildə Rusiya TEA-nın Pediatriya İnstitutunun dissertantı olub.
1996-cı ildə namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək tibb elmləri namizədi elmi dərəcəsi alıb.
4 dərs vəsaitinin, 11 tədris-metodik vəsaitin, Azərbaycanda və digər ölkələrdə çap olunmuş 117 elmi tezis və məqalənin müəllifidir.
Rusiya, Gürcüstan, Almaniya, Ukrayna və Azərbaycanda elmi konqres və konfranslarda iştirak edib.
Çap olunmuş elmi iş və məqalələri
- Rəşidova Ş.M. Erkən yaşlı uşaqlarda CVH-nın müalicə prinsipləri tədris metodik vəsait, – Bakı 2009.
- Rəşidova Ş.M., Qaragözova A.A. Uşaqlarda nadir rast gələn infeksion xəstəliklərin diferensial diaqnostikası tədris metodik vəsait, – Bakı 2014.
- Hüseynova N.M., Rəşidova Ş.M., Qaragözova A.A., Bağırova M.H. Uşaqlarda qəbzliyin müalicəsində laktoloza preparatlarının effektivliyi, – “Sağlamlıq jurnalı” 2016, № 2.
Əlavə məlumat
1977 – 1980-cı illərdə Azərbaycan Səhiyyə Nazirliyinin təqdimatı ilə Az.TV-də “Sağlamlıq” jurnalının aparıcısı olub.
1989-cu ildə Moskvada M.İ.Piroqov adına 2-ci Dövlət Tibb İnstitutunda “Müəllimlərin ixtisasartırma” fakültəsində üçaylıq kurs keçib.
1998, 2001, 2005 və 2006-cı illərdə, hər dəfə 3 ay müddətində Almaniya Akademik Mübadilə Xidmətinin (DAAD) qrantları ilə Berlində Humboldt adına Universitetdə elmi ezamiyyətdə olub və Charite-Virchow klinikasında əmək təcrübəsi əldə edib.
1998 – 2013-cü ilədək Azərbaycanda AAMX-nun nəzdində tibb sahəsi üzrə seçim rəhbəri və imtahan komissiyasının sədri olub.
2001 – 2003-cü illərdə ATU–nun Xarici dillər kafedrasında dövlət imtahanları üzrə İmtahan Komissiyasının sədri olub.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Bir övladı var – Pirverdiyeva Fidan Rafiq qızı (1983-cü il təvəllüdlü), Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin böyük məsləhətçisi, Dövlət Qulluğunun müşaviridir.
Rəşidovların nəsil şəcərəsi
Rəşidovların nəsil şəcərəsi
Telli bəyim Cəfər ağa qızı Şəkixanova | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Mirzə Həmid bəy (polkovnik) | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Həmid bəy | Mürsəl bəy | Mələksima (Qönçə) | İsmayıl Rəşidov | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Həmid | Mirzə Həmid | Münəvvər Rəşidova (Qaragözova) | Məmməd İsmayıl oğlu Rəşidov | Əhməd Rəşidov | Fəridə Rəşidova | Səyyarə Rəşidova | Hüseyn Kazımov | Lətafət Rəşidova | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Rəna Rəşidova | Rəşad Rəşidov | Şəmsa Rəşidova | Namiq Rəşidov | Mübariz Rəşidov | Səadət Zeynalova | Afaq Rəşidova | Azər Rəşidov | Rəşidov İlkin | Tamella Məmmədova | Tofiq Kazımov | Elmira Rəcəbova | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Şəkillər
Məmməd Rəşidov (1916–1988).
Əhməd Rəşidov (1918–1982).
Səyyarə Rəşidova (1923–1996).
Tofiq Kazımov (1947–2009).