"Yusif Şükürlü" səhifəsinin versiyaları arasındakı fərqlər
(Səhifəni 'Kateqoriya:Y{{Alim |Adı = Yusif Şükürlü |Piktoqram = riyaziyyat |Orijinal adı = Şükürlü Yusif Hacıbala oğlu |Şək...' ilə yarat) |
|||
Sətir 1: | Sətir 1: | ||
− | [[Kateqoriya:Y]]{{Alim | + | [[Kateqoriya:Y]][[Kateqoriya:Şəkidən çıxmış alimlər]] |
+ | {{Alim | ||
|Adı = Yusif Şükürlü | |Adı = Yusif Şükürlü | ||
|Piktoqram = riyaziyyat | |Piktoqram = riyaziyyat | ||
Sətir 23: | Sətir 24: | ||
|Sayt = | |Sayt = | ||
}} | }} | ||
− | |||
'''Yusif Şükürov''' (Şükürlü) — fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent. [[AMEA Şəki Regional Elmi Mərkəzi|AMEA Şəki Regional Elmi Mərkəzinin]] direktoru (2014), Azərbaycan Yazıçılar Birliyinin üzvü (2007). | '''Yusif Şükürov''' (Şükürlü) — fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent. [[AMEA Şəki Regional Elmi Mərkəzi|AMEA Şəki Regional Elmi Mərkəzinin]] direktoru (2014), Azərbaycan Yazıçılar Birliyinin üzvü (2007). | ||
Sətir 46: | Sətir 46: | ||
*[http://www.science.gov.az/forms/doktora-filosofii-shekinskogo-rnts/2609 www.science.az/Şəki REM-in fəlsəfə doktorları/Şükürlü Yusif Hacıbala oğlu]. | *[http://www.science.gov.az/forms/doktora-filosofii-shekinskogo-rnts/2609 www.science.az/Şəki REM-in fəlsəfə doktorları/Şükürlü Yusif Hacıbala oğlu]. | ||
*Araz Yaquboğlu, Tələbə dünyası. Bakı: "Elm və təhsil", 2011. | *Araz Yaquboğlu, Tələbə dünyası. Bakı: "Elm və təhsil", 2011. | ||
− | |||
− | |||
− | |||
− | |||
− | |||
− | |||
− | |||
− |
00:56, 19 may 2020 versiyası
Yusif Şükürlü | |
---|---|
Şükürlü Yusif Hacıbala oğlu | |
Yusif Şükürlü | |
Doğum tarixi | 25 iyul 1948 |
Doğum yeri |
SSRİ Azərbaycan SSR, Nuxa rayonu, Baş Şabalıd |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
Elm sahəsi | Fizika-riyaziyyat |
İş yeri | AMEA Şəki Regional Elmi Mərkəzinin direktoru |
Elmi dərəcəsi | fizika-riyaziyyat üzrə fəlsəfə doktoru |
Elmi adı | dosent |
Təhsili | Azərbaycan Dövlət Universiteti, Fizika fakültəsi |
Yusif Şükürov (Şükürlü) — fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent. AMEA Şəki Regional Elmi Mərkəzinin direktoru (2014), Azərbaycan Yazıçılar Birliyinin üzvü (2007).
Həyatı
Yusif Şükürlü 27 oktyabr 1948-ci ildə Nuxa rayonunun Baş Şabalıd kəndində anadan olub.
1966-cı ildə Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsinə daxil olmuşdur.
Əmək fəaliyyəti
1971-ci ildə ali məktəbi bitirdikdən sonra təyinat üzrə Qəbələ rayonunda Tola kənd səkkiz illik məktəbində və Qəbələ Qiyabi Orta məktəbində fizika, riyaziyyat və kimya fənlərindən dərs deyib. 1973-1974-cü illərdə isə həm də Tola kənd səkkiz illik məktəbində tədris işləri üzrə direktor müavini olub.
1974-cü ilin avqustundan Şəki şəhərində 43 saylı Texniki Peşə məktəbində fizika müəllimi vəzifəsində işləyib və 1975-ci ildə istehsalatdan ayrılmamaq şərti ilə Azərbaycan EA-nın Fizika İnstitutunun aspiranturasına daxil olub. 1975-ci ilin noyabrında Azərbaycan SSR EA Fizika İnstitutunun nəzdində olan Səki Elmi bazasında laborant, 1976-cı ilin oktyabrından isə kiçik elmi işçi vəzifəsini tutub. 1977-ci ilin sentyabrında Azərbaycan EA-nın Radiasiya Problemləri İnstitutuna işə götürülmüş, 1987-ci ilə qədər orada kiçik elmi işçi vəzifəsində, 1987-1990-cı illərdə isə baş elmi işçi vəzifəsində çalışmışdır. 1984-cü ildə fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsini alıb. 1990-cı ildən 1 dekabr 2008-ci ilədək isə Şəki Regional Elmi Bazasında “Biofizika” laboratoriyasına rəhbərlik edib.
Yusif Şükürlü 1975-1992-ci illərdə isə Şəki şəhərinin müxtəlif məktəblərində əvəzçilik əsasında fizika müəllimi işləyib. 1992-1996-cı illərdə BDU-nun Şəki filialında baş müəllim, 7 mart 1996-cı il tarixdən isə əvəzçi dosent vəzifəsində çalışıb, 26 noyabr 2002-ci ildə müsabiqə yolu ilə, Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialının Təbiət elmləri və tədrisi metodikası kafedrasının əvəzçi dosenti vəzifəsinə seçilib. 2008-ci ildən ADPU-nun Şəki filialının "Təbiət elmləri və onların tədrisi metodikası" kafedrasının dosentidir və 15 oktyabr 2014-cü il tarixədək həmin kafedranın müdiri vəzifəsində çalışmışdır. O, Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialında bakalavr pilləsində və Yenidənhazırlanma fakültəsində mühazirə və seminarlar aparmış, buraxılış işlərinə rəhbərlik etmişdir. 15 oktyabr 2014-cü il tarixdə isə AMEA Şəki Regional Elmi Mərkəzinin direktoru vəzifəsinə təyin edilib.
2007-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. “Yetti” adlı elmı-fantastik romanın müəllifidir. 2004-cü ildə 14,5 çap vərəqi həcmində olan şeirlər, hekayələr və povestlərdən ibarət “Çəhrayı gödəkcə” adlı kitabı çap edilib.
Şəki şəhərində yaşayır. İki övladı və dörd nəvəsi var.
Mənbələr
- www.science.az/Şəki REM-in fəlsəfə doktorları/Şükürlü Yusif Hacıbala oğlu.
- Araz Yaquboğlu, Tələbə dünyası. Bakı: "Elm və təhsil", 2011.