Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb.
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

Yusif Şükürlü

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Yusif Şükürlü
Şükürlü Yusif Hacıbala oğlu
Yusif Şükürlü
Yusif Şükürlü, 2019-cu il.
Doğum tarixi 27 oktyabr 1948 (1948-10-27) (75 yaş)
Doğum yeri Baş Şabalıd, Nuxa (indiki Şəki) rayonu, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Elm sahəsi fizika-riyaziyyat
İş yeri AMEA Şəki Regional Elmi Mərkəzinin direktoru
Elmi dərəcəsi fizika-riyaziyyat elmləri namizədi
Elmi adı dosent
Təhsili

 • Azərbaycan Dövlət Universiteti, fizika fakültəsi (1966–1971)

 • Azərbaycan SSR EA-nın Fizika İnstitutu, aspirantura (1975–)

 • 1995-ci ildən Azərbaycan EA Radiasiya Tədqiqatları Sektoru, doktorantura (1995–)
facebook səhifəsi

Yusif Şükürlü — fizika-riyaziyyat elmləri namizədi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının dosenti, AMEA Şəki Regional Elmi Mərkəzinin direktoru.

Haqqında məlumatlar

27 oktyabr 1948-ci il tarixdə Nuxa (indiki Şəki) rayonunun Baş Şabalıd kəndində anadan olub.

Təhsili

1966 – 1971-cı illərdə Azərbaycan Dövlət Universitetinin fizika fakültəsində təhsil alıb.

1975-ci ildə istehsalatdan ayrılmamaq şərti ilə Azərbaycan SSR EA-nın Fizika İnstitutunun aspiranturasına daxil olub.

1995-ci ildən Azərbaycan EA Radiasiya Tədqiqatları Sektorunun doktorantı olub.

Əmək fəaliyyəti

1971 – 1974-cü illərdə Qəbələ rayonunun Tola kənd səkkiz illik məktəbində və Qəbələ Qiyabi Orta məktəbində fizika, riyaziyyat və kimya fənlərindən dərs deyib. O cümlədən, 1973 – 1974-cü illərdə Tola kənd səkkizillik məktəbində tədris işləri üzrə direktor müavini olub.

1974-cü ildə Şəki şəhərindəki 43 saylı Texniki Peşə məktəbində fizika müəllimi vəzifəsində işləyib.

1975 – 1976-cı illərdə Azərbaycan SSR EA Fizika İnstitutunun nəzdində olan Səki Elmi bazasında əvvəl laborant, sonra isə kiçik elmi işçi vəzifəsini tutub.

1977 – 1990-cı illərdə Azərbaycan EA-nın Radiasiya Problemləri İnstitutunda əvvəl kiçik elmi işçi, sonra isə (1987-ci ildən) baş elmi işçi vəzifəsində çalışıb.

1990 – 2008-ci illərdə Şəki Regional Elmi Bazasında biofizika laboratoriyasına rəhbərlik edib.

1992 – 1996-cı illərdə Bakı Dövlət Universitetinin Şəki filialında əvvəl baş müəllim, sonra isə (1996-cı ildən) əvəzçi dosent vəzifəsində çalışıb.

2002 – 2008-ci illərdə Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialının təbiət elmləri və tədrisin metodikası kafedrasının əvəzçi dosenti vəzifəsində işləyib.

2008-ci ildən Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Şəki filialının təbiət elmləri və onların tədrisi metodikası kafedrasının dosentidir, o cümlədən, 2014-cü il tarixədək həmin kafedranın müdiri vəzifəsində çalışıb.

2014-cü ildən AMEA Şəki Regional Elmi Mərkəzinin direktorudur.

Elmi fəaliyyəti

1984-cü ildə namizədlik dissertasiyasını müdafiə edib.

2008-ci ildə isə dosent elmi adını alıb.

Ədəbi fəaliyyəti

2004-cü ildə 14,5 çap vərəqi həcmində olan şeirlər, hekayələr və povestlərdən ibarət “Çəhrayı gödəkcə” adlı kitabı çap edilib. “Yetti” adlı elmı-fantastik romanın müəllifidir. 2007-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

Ədəbiyyat

  1. Şəki REM-in fəlsəfə doktorları/Şükürlü Yusif Hacıbala oğlu. http://www.science.gov.az/. science.gov.az. Arxivləşdirilib (10 Jan 2017 - 19 Jan 2020).
  2. Məmmədov Ə., Xalıqov F. Şükürlü Yusif // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 530-431. — 1.000 nüsx.