Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb.
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

"Siyavuş Azakov" səhifəsinin versiyaları arasındakı fərqlər

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Sətir 4: Sətir 4:
 
  |Adı                    = Siyavuş Azakov  
 
  |Adı                    = Siyavuş Azakov  
 
  |Tam adı                = Azakov Siyavuş İsfəndiyar oğlu
 
  |Tam adı                = Azakov Siyavuş İsfəndiyar oğlu
  |Şəkil                  = Siyavuş Azakov.jpeg
+
  |Şəkil                  = Siyavuş Azakov.png
  |Şəklin ölçüsü          = 160
+
  |Şəklin ölçüsü          =  
 
  |Şəklin izahı            = Siyavuş Azakov.
 
  |Şəklin izahı            = Siyavuş Azakov.
 
  |Doğum tarixi            = {{Doğum tarixi|1948|10|12}}
 
  |Doğum tarixi            = {{Doğum tarixi|1948|10|12}}

11:59, 11 oktyabr 2023 versiyası

Siyavuş Azakov
Azakov Siyavuş İsfəndiyar oğlu
Siyavuş Azakov
Siyavuş Azakov.
Doğum tarixi 12 oktyabr 1948(1948-10-12)
Doğum yeri Naxçıvan, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Elm sahəsi fizika-riyaziyyat
Elmi dərəcəsi fizika-riyaziyyat elmləri doktoru
Təhsili

 • P.Lumumba adına Xalqlar Dostluğu Universiteti, fizika-riyaziyyat və təbiət elmləri fakültəsi, fizik və ingilis dili tərcüməçisi ixtisası (1966–1971)

 • SSRİ EA V.A.Steklov adına Riyaziyyat İnstitutunun aspirantura (1971–1974)

 • SSRİ EA V.A.Steklov adına Riyaziyyat İnstitutu, doktorantura (1989–1991)
Evladları Eldar və Fərid
Atası Azakov İsfəndiyar Ağabala oğlu
Mükafatları "Tərəqqi" medalı — 2022
Adının digər versiyaları Сиявуш Азаков, Сиавуш Азаков, Сијавуш Азаков

Siyavuş Azakov — fizika-riyaziyyat elmləri doktoru, Bakı Ali Neft Məktəbinin neft-qaz mühəndisliyi kafedrasının professoru.

Haqqında məlumatlar

12 noyabr 1948-ci il tarixdə Naxçıvanda anadan olub. Atası Azakov İsfəndiyar Ağabala oğlu həmin vaxt Naxçıvanda hərbçi həkim işləyirdi. O, tibb xidməti podpolkovniki (polkovnik-leytenant) idi (25 mart 1918-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olmuşdu).

Təhsili

1966 – 1971-ci ildə Moskvada P.Lumumba adına Xalqlar Dostluğu Universitetinin fizika-riyaziyyat və təbiət elmləri fakültəsində,

1971 – 1974-cü illərdə SSRİ EA V.A.Steklov adına Riyaziyyat İnstitutunun aspiranturasında,

1989 – 1991-ci illərdə SSRİ EA V.A.Steklov adına Riyaziyyat İnstitutunun doktoranturasında təhsil alıb.

Əmək fəaliyyəti

1975 – 2008-ci illərdə Azərbaycan SSR EA/AMEA Fizika İnstitutunda,

2008-ci ildən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində çalışıb.

2013-cü ildən Bakı Ali Neft Məktəbinin neft-qaz mühəndisliyi kafedrasının professorudur.

Elmi fəaliyyəti

1991-ci ildə doktorluq dissertasiyasını müdafiə edib.

Tədqiqatları fiziki sistemlərin güclü qeyri-xətti xassələri modellərinin qurulması üçün həyacanlanma nəzəriyyəsinin fərqli üsullarının işlənməsi sahəsindədir. 50-dən çox elmi əsərin müəllifidir. Elmi kadrların hazırlanmasında xidmətləri var.

Təltif və mükafatları

Ədəbiyyat

  1. Azakov Siyavuş İsfəndiyar oğlu // Azərbaycan Milli Ensiklopediyası : ensiklopediya  : [25 cilddə] (tiraj: 10 000; 604 s.). — Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2010. —II  c. — Səh. 445. — ISBN 978-9952-441-05-5.
  2. Professor Siyavuş Azakov Fəxri neftçi döş nişanı və Fəxri fərmanla təltif edildi : [arx. 23.05.2023] // Bakı Ali Neft Məktəb. — Müraciət tarixi: 23.05.2023.