"Leyla Əliyeva (Qordiyevskaya)" səhifəsinin versiyaları arasındakı fərqlər
(Səhifəni '[[Kateqoriya:{{padleft:|1|{{PAGENAME}}}}]]{{Əvvəlcə familiya|{{PAGENAME}}}}Kateqoriya:Şəkidən çıxmış jurnali...' ilə yarat) |
|||
Sətir 32: | Sətir 32: | ||
|Commons = | |Commons = | ||
}} | }} | ||
− | Leyla Əliyeva (Qordiyevskaya) — 1970 – 1980-cı illərdə Böyük Britaniyanın SSRİ-dəki ən görkəmli agentinin keçmiş həyat yoldaşı. Əslən azərbaycanlıdır və Şəkidəndir. 1992-ci ildə ərindən boşandıqdan sonra Londonda yaşamağa başlayıb. Lakin vaxtaşırı olaraq qızları ilə Moskvaya, Bakıya və [[Şəki|Şəkiyə]] gəlib-gedir. | + | '''Leyla Əliyeva (Qordiyevskaya)''' — 1970 – 1980-cı illərdə Böyük Britaniyanın SSRİ-dəki ən görkəmli agentinin keçmiş həyat yoldaşı. Əslən azərbaycanlıdır və Şəkidəndir. 1992-ci ildə ərindən boşandıqdan sonra Londonda yaşamağa başlayıb. Lakin vaxtaşırı olaraq qızları ilə Moskvaya, Bakıya və [[Şəki|Şəkiyə]] gəlib-gedir. |
==Haqqında məlumatlar== | ==Haqqında məlumatlar== |
18:32, 12 oktyabr 2023 versiyası
Leyla Əliyeva (Qordiyevskaya) — 1970 – 1980-cı illərdə Böyük Britaniyanın SSRİ-dəki ən görkəmli agentinin keçmiş həyat yoldaşı. Əslən azərbaycanlıdır və Şəkidəndir. 1992-ci ildə ərindən boşandıqdan sonra Londonda yaşamağa başlayıb. Lakin vaxtaşırı olaraq qızları ilə Moskvaya, Bakıya və Şəkiyə gəlib-gedir.
Haqqında məlumatlar
21 noyabr 1949-cu il tarixdə Moskvada anadan olub.
Təhsili
Orta məktəbi bitirdikdən sonra əvvəl makinaçı ixtisası üzrə peşə məktəbində sonra isə M.V.Lomonosov adına Moskva Dövlət Universitetində təhsil alıb.
Əmək fəaliyyəti
Hələ M.V.Lomonosov adına Moskva Dövlət Universitetində təhsil alan vaxtlardan “Moskovskiy Komsomoles” qəzetinin müxbiri,
1976 – 1978-ci illərdə isə Dünya Səhiyyə Təşkilatının Kopenhagendə yerləşən Avropa ofisində makinaçı vəzifəsində çalışıb.
Ailəsi
Atası Ağahüseyn, əmiləri Arif və Əli Əliyevlər 1930-cu illərdə Şəkidən Moskvaya köçənlərdən idilər və hamısı SSRİ Dövlət Təhlükəsizlik Komitəsi sistemində işləyiblər. Anası isə atasının rus millətindən olan iş yoldaşı idi. Ağahüseyn Əliyevin bu qadından üç övladı doğulmuşdu: iki oğlan və bir də Leyla.
1976 – 1978-ci illərdə Leyla Əliyeva Danimarkada işləyərkən SSRİ-nin o vaxtkı Danimarka rezidenti Oleq Qordiyevski ilə tanış olub və sonda ona ərə gedib;
1980-ci ildə Mariya,
1981-ci ildə isə Anna adlı qızları anadan olub.
1985-ci ildə ərinin SSRİ-dən Böyük Britaniyaya qaçmasından 6 il sonra – 1991-ci ildə, ona da qızları ilə Londona getmək icazəsi verilib.
1992-ci ildə ərindən rəsmən boşanıb. Boşanma şərtlərinə görə, Oleq Qordiyevski ümumi əmlakının yarısını və Britaniya kəşfiyyatına uzun illər işlədiyi üçün aldığı 2,5 min dollarlıq təqaüdünün dörddə üç hissəsini ona verməli idi.
Ədəbiyyat
- İsmayılov V. Azərbaycanlı “KQB” generalının satqın kürəkəni - DOSYE : [arx. 5 Feb 2017 - 13 Sep 2019] // Modern.az. — 2014. — 29 sentyabr. — Müraciət tarixi: 12.10.2023.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |