"Əhməd Nəbiyev" səhifəsinin versiyaları arasındakı fərqlər
Sətir 62: | Sətir 62: | ||
===Elmi fəaliyyəti=== | ===Elmi fəaliyyəti=== | ||
− | Şəkidə təhsilin tarixi haqqında məqalələri çap olunub. Şəki haqqında təxminən, 1000 dəftər səhifəsi həcmində tarixi-etnoqrafik yazıları | + | Şəkidə təhsilin tarixi haqqında məqalələri çap olunub. Şəki haqqında təxminən, 1000 dəftər səhifəsi həcmində tarixi-etnoqrafik yazıları var, lakin bunlar heç vaxt çap olunmayıb. |
===Təltif və mükafatları=== | ===Təltif və mükafatları=== |
20:25, 11 noyabr 2023 versiyası
Əhməd Nəbiyev | |
---|---|
Nəbiyev Əhməd Əbdürrəhim oğlu | |
Əhməd Nəbiyev | |
Əhməd Nəbiyev, 1924-cü il. | |
Doğum tarixi | 1 iyul 1885 |
Doğum yeri | Nuxa (indiki Şəki), Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası |
Vəfat tarixi | +1970 |
Təhsili | Qori seminariyasını, müəllimlik ixtisası (–1911) |
Həyat yoldaşı | Maral Əfəndiyeva-Nəbiyeva |
Evladları | İzzət və Rüxsarə |
Mükafatları |
Əhməd Nəbiyev (1885–+1970) — tanınmış maarifçi, maarif tədqiqatçısı, pedaqoq və etnoqraf.
Haqqında məlumatlar
1 iyul 1885-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili
1893 – 1899-cu illərdə Nuxada altıillik üsuli-cədid məktəbində təhsil alıb.
1899 – 1901-ci illərdə rus dili üzrə fərdi hazırlaşıb.
1901 – 1908-ci illərdə Bakıda Mixailovski məktəbində təhsil alıb.
1911-ci ildə Qori seminariyasını bitirib.
Əmək fəaliyyəti
1911 – 1913-cü illərdə həyat yoldaşı Maral Əfəndiyeva-Nəbiyeva ilə birlikdə Karyagin qəzasının Qarğabazar kənd məktəbində,
1913 – 1919-cü illərdə Nuxa məktəblərində,
1920 – 1925-ci illərdə Nuxa qız semiariyasında,
1946 – 1957-ci illərdə Bakı şəhər 44 №-li orta məktəbində müəllim işləyib[qeyd 1].
1957-ci ildə – 72 yaşıbda, təqaüdə çıxıb.
Elmi fəaliyyəti
Şəkidə təhsilin tarixi haqqında məqalələri çap olunub. Şəki haqqında təxminən, 1000 dəftər səhifəsi həcmində tarixi-etnoqrafik yazıları var, lakin bunlar heç vaxt çap olunmayıb.
Təltif və mükafatları
- Lenin ordeni (1949).
Vəfatı
1970-ci ildə hayatda idi. Vəfat etdiyi il məlum deyil.
Ailəsi
Atası Əbdürrəhim Mahmud oğlu (1843–1927) zərgər idi. Anası isə savadsız bir qadın olub.
Rəşid bəy Əfəndiyevin qızı Maral Əfəndiyeva-Nəbiyeva (1889-1967) ilə evlənmişdir. O da tanınmış pedaqoq idi. Oğulları İzzət Nəbiyev texnika elmləri doktoru, professor, Azərbaycan SSR əməkdar elm və texnika xadimi, SSRİ Dövlət mükafatı laureatı olmuşdur. Qızları Rüxsarə 1942-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetini bitirdikrən sonra təyinatla V.İ.Lenin adına Nuxa İpək Kombinatına iqtisadçı işləməyə göndərilmişdi.
Qeydlər
- ↑ Əhməd Nəbiyev 7 aprel 1964-cü il tarixdə öz əli ilə qələmə aldığı tərcümeyi halında 1925 – 1946-cı ildərdə harada və hansı vəzisədə işləməsi barədə məlumat vermir. Yalnız qeyd edir ki, 1943 – 1946-cü illərdə əvvəl iki il Qurtqaşendə (indiki Qəbələ), sonra isə Nuxada yaşamış, 1946-cı ilin yanvar ayında yenidən Bakıya köçüb və Bakı şəhər 44 №-li orta məktəbində müəllim təyin olunub.
Ədəbiyyat
- Əhməd Nəbiyevin qələmə aldığı Şəki haqqında tarixi-etnoqrafik materiallar (əlyazma). — Müraciət tarixi: 11.11.2023.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- Ə
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış alimlər
- Şəkidən çıxmış şair və yazıçılar
- Şəkidən çıxmış pedaqoqlar
- İşləməyən fayl keçidləri olan səhifələr
- 1885-ci ildə doğulanlar
- 1 iyulda doğulanlar
- İyulda doğulanlar
- Lenin ordeninin kavalerləri
- Alimlər
- Şəxslər (ad sırası ilə)
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə
- Şəki Ensiklopediyası:Çapa hazır məqalələr