"Əhməd Nəbiyev" səhifəsinin versiyaları arasındakı fərqlər
Sətir 16: | Sətir 16: | ||
|Milliyyəti = | |Milliyyəti = | ||
|Həyat yoldaşı = [[Maral Əfəndiyeva-Nəbiyeva]] | |Həyat yoldaşı = [[Maral Əfəndiyeva-Nəbiyeva]] | ||
− | |Uşağı = [[İzzət Nəbiyev|İzzət]] | + | |Uşağı = Rüxsarə və [[İzzət Nəbiyev|İzzət]] |
|Atası = | |Atası = | ||
|Anası = | |Anası = | ||
Sətir 73: | Sətir 73: | ||
Atası Əbdürrəhim Mahmud oğlu (1843–1927) zərgər idi. Anası isə savadsız bir qadın olub. | Atası Əbdürrəhim Mahmud oğlu (1843–1927) zərgər idi. Anası isə savadsız bir qadın olub. | ||
− | [[Rəşid bəy Əfəndiyev|Rəşid bəy Əfəndiyevin]] qızı [[Maral Əfəndiyeva-Nəbiyeva]] (1889-1967) ilə evlənmişdir. O da tanınmış pedaqoq idi. | + | [[Rəşid bəy Əfəndiyev|Rəşid bəy Əfəndiyevin]] qızı [[Maral Əfəndiyeva-Nəbiyeva]] (1889-1967) ilə evlənmişdir. O da tanınmış pedaqoq idi. Qızları Rüxsarə 1942-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetini bitirdikdən sonra təyinatla [[ V.İ.Lenin adına Nuxa İpək Kombinatı|V.İ.Lenin adına Nuxa İpək Kombinatına]] iqtisadçı işləməyə göndərilmişdir. Oğulları [[İzzət Nəbiyev]] texnika elmləri doktoru, professor, [[Azərbaycan SSR əməkdar elm və texnika xadimi]], [[SSRİ Dövlət mükafatı]] laureatı olub. |
====Ailə fotoşəkilləri<ref name=Q2 group=qeyd/>==== | ====Ailə fotoşəkilləri<ref name=Q2 group=qeyd/>==== |
00:11, 12 noyabr 2023 versiyası
Əhməd Nəbiyev | |
---|---|
Nəbiyev Əhməd Əbdürrəhim oğlu | |
Əhməd Nəbiyev | |
Əhməd Nəbiyev, 1924-cü il. | |
Doğum tarixi | 1 iyul 1885 |
Doğum yeri | Nuxa (indiki Şəki), Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası |
Vəfat tarixi | +1970 |
Təhsili | Qori seminariyasını, müəllimlik ixtisası (–1911) |
Həyat yoldaşı | Maral Əfəndiyeva-Nəbiyeva |
Uşaqları | Rüxsarə və İzzət |
Mükafatları |
Əhməd Nəbiyev (1885–+1970) — tanınmış maarifçi, maarif tədqiqatçısı, pedaqoq və etnoqraf.
Haqqında məlumatlar
1 iyul 1885-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili
1893 – 1899-cu illərdə Nuxada altıillik üsuli-cədid məktəbində təhsil alıb.
1899 – 1901-ci illərdə rus dili üzrə fərdi hazırlaşıb.
1901 – 1908-ci illərdə Bakıda Mixailovski məktəbində təhsil alıb.
1911-ci ildə Qori seminariyasını bitirib.
Əmək fəaliyyəti
1911 – 1913-cü illərdə həyat yoldaşı Maral Əfəndiyeva-Nəbiyeva ilə birlikdə Karyagin qəzasının Qarğabazar kənd məktəbində,
1913 – 1919-cü illərdə Nuxa məktəblərində,
1920 – 1925-ci illərdə Nuxa qız seminariyasında,
1946 – 1957-ci illərdə Bakı şəhər 44 №-li orta məktəbində müəllim işləyib[qeyd 1].
1957-ci ildə – 72 yaşında, təqaüdə çıxıb.
Elmi fəaliyyəti
Şəkidə təhsilin tarixi mövzusunda bir neçə məqaləsi çap olunmuşdur. Lakin Şəki haqqında təxminən 1000 dəftər səhifəsi həcmində qələmə aldığı tarixi-etnoqrafik yazıları isə heç vaxt çap olunmamışdır.
Təltif və mükafatları
- Lenin ordeni (1949).
Vəfatı
1970-ci ildə həyatda idi. Vəfat etdiyi il məlum deyil.
Ailəsi
Atası Əbdürrəhim Mahmud oğlu (1843–1927) zərgər idi. Anası isə savadsız bir qadın olub.
Rəşid bəy Əfəndiyevin qızı Maral Əfəndiyeva-Nəbiyeva (1889-1967) ilə evlənmişdir. O da tanınmış pedaqoq idi. Qızları Rüxsarə 1942-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetini bitirdikdən sonra təyinatla V.İ.Lenin adına Nuxa İpək Kombinatına iqtisadçı işləməyə göndərilmişdir. Oğulları İzzət Nəbiyev texnika elmləri doktoru, professor, Azərbaycan SSR əməkdar elm və texnika xadimi, SSRİ Dövlət mükafatı laureatı olub.
Ailə fotoşəkilləri[qeyd 2]
Rəşid bəy Əfəndiyevin ailə üzvləri; soldan: 1) Mahtaban, 2) Cəmilə, 3) Məmməd Əfəndiyev, 4) Naimə, 5) Maral Əfəndiyeva-Nəbiyeva. Arxada: İzzət Nəbiyev.
Qeydlər
- ↑ Əhməd Nəbiyev 7 aprel 1964-cü il tarixdə öz əli ilə qələmə aldığı tərcümeyi-halında 1925 – 1946-cı illərdə harada və hansı vəzifədə işləməsi barədə məlumat vermir. Yalnız qeyd edir ki, 1925-ci ildə Bakıya köçmüş, 1943 – 1946-cü illərdə əvvəl iki il Qutqaşendə (indiki Qəbələ), sonra isə Nuxada yaşamış, 1946-cı ilin yanvar ayında yenidən Bakıya qayıtmış və Bakı şəhər 44 №-li orta məktəbində müəllim təyin olunmuşdur.
- ↑ Fotoşəkillər professor Ədalət Tahirzadə tərəfindən Şəki Ensiklopediyasına təqdim edilib.
Ədəbiyyat
- Əhməd Nəbiyevin qələmə aldığı Şəki haqqında tarixi-etnoqrafik materiallar (əlyazma). — Müraciət tarixi: 11.11.2023.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- Ə
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış alimlər
- Şəkidən çıxmış şair və yazıçılar
- Şəkidən çıxmış pedaqoqlar
- İşləməyən fayl keçidləri olan səhifələr
- 1885-ci ildə doğulanlar
- 1 iyulda doğulanlar
- İyulda doğulanlar
- Lenin ordeninin kavalerləri
- Alimlər
- Şəxslər (ad sırası ilə)
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə
- Şəki Ensiklopediyası:Çapa hazır məqalələr