"Baş Küngüt" səhifəsinin versiyaları arasındakı fərqlər
(Səhifəni 'Kateqoriya:B{{YM |ad = BAŞ KÜNGÜT |xəritə = Seki.PNG |xəritə miqyas = 200px |xəritə məlumat = Şəki rayonu |xər...' ilə yarat) |
(Fərqli deyil)
|
23:45, 16 mart 2020 versiyası
Yaşayış məntəqəsi
Baş Küngüt
Xəritəni aç/bağla
|
Baş Küngüt — Azərbaycan Respublikasının Şəki rayonunun Baş Küngüt inzibati ərazi vahidində kənd. Şəki şəhərindən 27 km şimal-şərqdə yerləşir, Əyriçayın qolu olan Küngüt çayının sahilində, Bideyiz kəndindən şimaldadır. Ərazisində orta əsrlərə aid Küngüt qalası var.
Tarixi
Toponimin "Baş" hissəsi kəndin üst, hündür, yuxarı yerdə (yəni "başda") yerləşməsini əks etdirən sözdür.
Toponimin ikinci komponenti olan "Küngüt" isə, XIII əsrdə monqol işğallarında iştirak etmiş kungiyat (monqolca adı Кунгият) tayfasının adını əks etdirir.
Kəndin adının ümumi mənası da "yuxarı tərəfdə yerləşən Küngüt kəndi" deməkdir[2].
Mədəniyyəti
Baş Küngüt kəndi Şəkinin ən qədim yaşayış məntəqələrindəndir. Kənd ərazisində Alban məbədi, Həzrət Əli qalası və bir sıra tarixi abidələr yerləşir. Təəssüflər olsun ki, bu abidələrdən heç biri dövlət səviyyəsində araşdırılmayıb və hal-hazırda qorunmur.
Baş Küngüt kəndi çox gözəl mədəniyyətə malikdir. Burada Baş Küngüt kənd mədəniyyət evi fəaliyyət göstərir. Kəndin zəngin kulinariyası var.
Kənddə məhəllələrin tarixi adları vardır və bu adların etimologiyasının araşdırılması maraqlı olar. Məsələn: Həjjərlər, Süvərlər, Papaqçılar, Dəmirçilər və s. Kəndin mədəniyyətində Novruz bayramı xüsusi yer tutur. Belə ki, Novruz ərəfəsində 10-cu sinif şagirdləri kənd ərazində "Qodu-qodu" gəzir və kənd camaatı onlara sovqat verir və yığılan sovqatla şənlik təşkil olunur. Kənd əhalisi əsasən azərbaycanlılardan ibarətdir. Lakin, az sayda ləzgilər, avarlar və ruslar da var.
Coğrafiyası və iqlimi
Baş Küngüt əsasən dağlıq ərazidə yerləşir. Kənd şimaldan Böyük Qafqaz dağları ilə əhatə olunmuşdur. Kəndin Şərqindən Küngütçay axır. Əsasən yayın sonu və payızın əvvəlində çayda daşqınlar olur. Kəndin içərisindən isə Qara çay adlı kiçik bir çay axır.
Cənubdan Bideyiz, şərqdən Baş Kəldək, cənub-şərqdən isə Oraban kəndləri ilə əhatə olunmuşdur.Baş Küngüt kəndi gözəl iqlim tipinə malikdir. Burada yay turizmi üçün əlverişli olan Küngüt istirahət mərkəzi də vardır. Bu istirahət mərkəzi dağın üzərində, kənddən 130 metr yüksəklikdə yerləşir.
Əhalisi
2009-cu il siyahıya alınmasında əhalinin sayı 1600 nəfər təşkil edib. [Mənbə göstərin]
Görkəmli şəxsiyyətləri
Görkəmli maarifçi Nazim Hacıyev Baş Küngüt kəndində doğulmuşdur.
Din
Kənddə Baş Küngüt kənd məscidi dini icması fəaliyyət göstərir[3].
Mənbə
- http://www.anspress.com/index.php?a=2&lng=az&nid=179837
- http://shekitourism.az/index.php?secim=tarixi
İstinadlar
- ↑ Azərpoçt. "İndekslər" (azərb.). www.azerpost.az. 2016-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-19.
- ↑ "Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007.
- ↑ MÜSƏLMAN DİNİ İCMALAR - 2011-ci ildə qeydiyyatdan keçənlər. scwra.gov.az (azərb.)
Xarici keçidlər
- Tarixin yadigarı olan dəyirman Kanal S. (azərb.)