"Siyavuş Azakov" səhifəsinin versiyaları arasındakı fərqlər
(2 intermediate revisions by one other user not shown) | |||
Sətir 4: | Sətir 4: | ||
|Adı = Siyavuş Azakov | |Adı = Siyavuş Azakov | ||
|Tam adı = Azakov Siyavuş İsfəndiyar oğlu | |Tam adı = Azakov Siyavuş İsfəndiyar oğlu | ||
− | |Şəkil = Siyavuş Azakov. | + | |Şəkil = Siyavuş Azakov.png |
− | |Şəklin ölçüsü = | + | |Şəklin ölçüsü = |
|Şəklin izahı = Siyavuş Azakov. | |Şəklin izahı = Siyavuş Azakov. | ||
− | |Doğum tarixi = {{Doğum tarixi|1948|10|12}} | + | |Doğum tarixi = {{Doğum tarixi və yaşı|1948|10|12}} |
|Doğum yeri = Naxçıvan, {{AzSSR}}, {{SSRİ}} | |Doğum yeri = Naxçıvan, {{AzSSR}}, {{SSRİ}} | ||
|Vəfat tarixi = | |Vəfat tarixi = | ||
Sətir 43: | Sətir 43: | ||
==Haqqında məlumatlar== | ==Haqqında məlumatlar== | ||
− | 12 | + | 12 oktyabr 1948-ci il tarixdə Naxçıvanda anadan olub. Atası Azakov İsfəndiyar Ağabala oğlu həmin vaxt Naxçıvanda hərbçi həkim işləyirdi. O, tibb xidməti podpolkovniki (polkovnik-leytenant) idi (25 mart 1918-ci il tarixdə [[Nuxa|Nuxada]] (indiki Şəki) anadan olmuşdu). |
===Təhsili=== | ===Təhsili=== |
Səhifəsinin 11:28, 12 oktyabr 2024 tarixinə olan son halı
Siyavuş Azakov — fizika-riyaziyyat elmləri doktoru, Bakı Ali Neft Məktəbinin neft-qaz mühəndisliyi kafedrasının professoru.
Haqqında məlumatlar
12 oktyabr 1948-ci il tarixdə Naxçıvanda anadan olub. Atası Azakov İsfəndiyar Ağabala oğlu həmin vaxt Naxçıvanda hərbçi həkim işləyirdi. O, tibb xidməti podpolkovniki (polkovnik-leytenant) idi (25 mart 1918-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olmuşdu).
Təhsili
1966 – 1971-ci ildə Moskvada P.Lumumba adına Xalqlar Dostluğu Universitetinin fizika-riyaziyyat və təbiət elmləri fakültəsində,
1971 – 1974-cü illərdə SSRİ EA V.A.Steklov adına Riyaziyyat İnstitutunun aspiranturasında,
1989 – 1991-ci illərdə SSRİ EA V.A.Steklov adına Riyaziyyat İnstitutunun doktoranturasında təhsil alıb.
Əmək fəaliyyəti
1975 – 2008-ci illərdə Azərbaycan SSR EA/AMEA Fizika İnstitutunda,
2008-ci ildən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində çalışıb.
2013-cü ildən Bakı Ali Neft Məktəbinin neft-qaz mühəndisliyi kafedrasının professorudur.
Elmi fəaliyyəti
1991-ci ildə doktorluq dissertasiyasını müdafiə edib.
Tədqiqatları fiziki sistemlərin güclü qeyri-xətti xassələri modellərinin qurulması üçün həyacanlanma nəzəriyyəsinin fərqli üsullarının işlənməsi sahəsindədir. 50-dən çox elmi əsərin müəllifidir. Elmi kadrların hazırlanmasında xidmətləri var.
Təltif və mükafatları
- “Fəxri neftçi” döş nişanı (2018);
- “Tərəqqi” medalı (19.09.2022).
Ədəbiyyat
- Azakov Siyavuş İsfəndiyar oğlu // Azərbaycan Milli Ensiklopediyası : ensiklopediya : [25 cilddə] (tiraj: 10 000; 604 s.). — Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2010. —II c. — Səh. 445. — ISBN 978-9952-441-05-5.
- Professor Siyavuş Azakov Fəxri neftçi döş nişanı və Fəxri fərmanla təltif edildi : [arx. 23.05.2023] // Bakı Ali Neft Məktəb. — Müraciət tarixi: 23.05.2023.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- S
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış alimlər
- Şəkidən çıxmış pedaqoqlar
- 12 oktyabrda doğulanlar
- Oktyabrda doğulanlar
- 1948-ci ildə doğulanlar
- "Tərəqqi" medalı ilə təltif edilənlər
- Alimlər
- Şəxslər (ad sırası ilə)
- AME məqaləsinə istinad olunan məqalələr
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə