"Teyyub Əfəndiyev" səhifəsinin versiyaları arasındakı fərqlər
Sətir 4: | Sətir 4: | ||
|Adı = Teyyub Əfəndiyev | |Adı = Teyyub Əfəndiyev | ||
|Tam adı = Əfəndiyev Teyyub Musa oğlu | |Tam adı = Əfəndiyev Teyyub Musa oğlu | ||
− | |Şəkil = | + | |Şəkil = Teyyub Əfəndiyev.png |
− | |Şəklin ölçüsü = | + | |Şəklin ölçüsü = |
|Şəklin izahı = Teyyub Əfəndiyev. | |Şəklin izahı = Teyyub Əfəndiyev. | ||
|Doğum tarixi = {{Doğum tarixi|1903|4|14}} | |Doğum tarixi = {{Doğum tarixi|1903|4|14}} |
Səhifəsinin 18:42, 18 oktyabr 2024 tarixinə olan son halı
Teyyub Əfəndiyev | |
---|---|
Əfəndiyev Teyyub Musa oğlu | |
Teyyub Əfəndiyev. | |
Doğum tarixi | 14 aprel 1903 |
Doğum yeri | Kiş, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası |
Vəfat tarixi | 1987 | (83 yaşında)
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Dəfn yeri | Bakı |
Vətəndaşlıq | SSRİ |
Elm sahəsi | tibb |
Elmi dərəcəsi | tibb elmləri namizədi |
Elmi adı | professor |
Təhsili |
• Stomatologiya İnstitutu (1929–1932) • Azərbaycan Tibb İnstitutu, müalicə-profilaktika fakültəsi, gecə şöbəsi (1932–1936) |
Evladları | Leyla, Almaz və Məmmədiyyə |
Mükafatları | |
Adının digər versiyaları | Teyyub Efendiyev, Teyyub Afandiyev, Тейюб Эфендиев, Тейюб Афандиев, Тејјуб Әфәндиев |
Teyyub Əfəndiyev (1903–1987) — tanınmış terapevt, kardioloq, revmotoloq, həkim-pedaqoq, tibb elmləri namizədi və professor. Uzun müddət Azərbaycan SSR Səhiyyə Nazirliyi Həkimləri Təkmilləşdirmə İnstitutunun terapiya kafedrasının müdiri vəzifəsində çalışmışdır.
Haqqında məlumatlar
14 aprel 1903-cü il tarixdə Nuxa qəzasının Kiş kəndində anadan olub. İki yaşında olarkən atası vəfat edib.
Təhsili
1922-ci ildən Nuxada Fəhlə Fakültəsində,
1929 – 1932-ci illərdə Bakıda Stomatologiya İnstitutunda,
1932 – 1936-сı illərdə Azərbaycan Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinin gecə şöbəsində təhsil alıb.
Hərbi xidmətdə
1941-ci ilin iyun ayında Böyük Vətən müharibəsinin başlanması ilə əlaqədar olaraq Bakı şəhər Caparidze Rayon Hərbi komissarlığından hərbi xidmətə çağırılıb. Əvvəlcə XI əlahiddə batalyonun tibb-sanitar hissəsinə rəis təyin edilib. 1941-ci ilin sentyabr ayında cəbhə bölgəsində ağır yaralanıb. Sağaldıqdan sonra – 1942-ci ildə, Krım cəbhəsində döyüşən 47-ci ordunun 825-ci yoluxucu xəstəliklər qospitalında xidmət edib. Həmin ilin may ayında cəbhə bölgəsində yenidən ağır yaralanıb və bundan sonra 2-ci qrup müharibə əlili kimi ordudan tərxis edilib. Müharibə dövründə əvvəl 3-сü dərəcəli hərbçi-həkim, sonra isə tibb xidməti kapitanı rütbəsinə malik olub.
Əmək fəaliyyəti
1920-ci ildən Nuxa qəza idarəsinin maliyyə şöbəsində,
1923-cü ildən isə vergi şöbəsində işləyib.
1929 – 1932-ci illərdə Nuxa şəhər poliklinikasında stomatoloq,
1932-ci ildən Bakı şəhər 2 №-li poliklinikasının baş həkimi,
1933-cü ildən Bakı şəhər Voroşilov rayon səhiyyə şöbəsinin müdiri,
1936 – 1937-ci illərdə Xaçmaz rayon mərkəzi xəstəxanasının baş həkimi,
1937 – 1939-cu illərdə Azərbaycan Tibb İnstitutunun qospital terapiya kafedrasında ordinator vəzifəsində çalışıb.
1943-cü ildən yenidən Azərbaycan Tibb İnstitutunun qospital terapiya kafedrasında çalışmağa başlayıb; o cümlədən,
1945-ci ildə dosent vəzifəsinə seçilib.
1947-ci ildə Azərbaycan SSR Səhiyyə Nazirliyi Vərəm İnstitutunun kliniki şöbəsinə müdir,
1948-ci ildə Salyan rayon xəstəxanasına baş terapevt və xəstəxananın daxili xəstəliklər şöbəsinə müdiri,
1950-ci ildə isə Bakı şəhər 5 nömrəli klinik xəstəxanasının terapiya şöbəsinin müdiri təyin olunub.
1951-ci ildə Daşkənd Tibb İnstitutunun terapiya kafedrasının dosenti,
1952-ci ildə isə Özbəkistan SSR Səhiyyə Nazirliyi Həkimləri Təkmilləşdirmə İnstitutunun tropik xəstəliklər kafedrasının müdiri seçilib.
1958-ci ildə Özbəkistanda Əndican Tibb İnstitutunun terapiya kafedrasına müdir təyin olunub.
1960-cı ildən Azərbaycan SSR Səhiyyə Nazirliyi Həkimləri Təkmilləşdirmə İnstitutunun terapiya kafedrasında professor,
1962 – 1978-ci illərdə isə həmin kafedrasının müdiri vəzifəsində çalışıb.
Elmi fəaliyyəti
1939-cu ildə Leninqrada – professor Q.F.Lanqın klinikasına, ezam olunur, orada 1941-ci ildə tibb elmləri namizədi dissertasiyasını müdafiə edib.
Revmatizm və ürək xəstəliklərinin öyrənilməsi, müalicəsi sahəsində əhəmiyyətli işlər görüb. “Azərbaycanda revmatizm” (1969), “Ürək” (1977) və “Ürəyin revmatik qüsurları” (1984) adlı kitabların, 150-dən çox elmi əsərin müəllifidir.
Rəhbərliyi altında iki doktorluq, 10-dan çox namizədlik dissertasiyası müdafiə edilmişdir.
Təltif və mükafatları
- “Döyüş xidmətlərinə görə” medalı (23.09.1941-ci il tarixdə təqdim edilmiş, 06.11.1947-ci il tarixdə təltif edilmişdir).
Vəfatı
1988-ci ildə – 83 yaşında, Bakıda vəfat edib. Bakıda da dəfn olunub.
Ədəbiyyat
- Эфендиев Теюб Мусаевич : [arx. 25.05.2023] : [rus.] // Память народа. — Müraciət tarixi: 25.05.2023.
- Mete Ə. Alim-təbib // O torpağın övladları. — Bakı: Nurlan, 2006. — Səhifələrin sayı: 608. — Səh.: 335-338. — 500 nüsx.
- Teyyub Əfəndiyev // Şəkidə məhəllə adları, soyadlar və ləğəblər / Zəkəriyyə Əlizadə, Ulduz Mürşüdova və Kamil Adışirinov. — AMEA Şəki Regional Elmi Mərkəzi. — Bakı: Nafta–Press, 2009. — 2 kitab. — II kitab. — Səhifələrin sayı: 605. — Səh.: 458-459. — 500 nüsx. — ISBN 5-8066-1708-4.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- T
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış həkimlər
- Şəkidən çıxmış alimlər
- Şəkidən çıxmış pedaqoqlar
- Şəkidən çıxmış Böyük Vətən müharibəsi iştirakçıları
- 1903-cü ildə doğulanlar
- 14 apreldə doğulanlar
- Apreldə doğulanlar
- 1987-ci ildə vəfat edənlər
- Qeyri-müəyyən ayda vəfat edənlər
- "Döyüş xidmətlərinə görə" medalı ilə təltif edilənlər
- Alimlər
- Şəxslər (ad sırası ilə)
- “O torpağın övladları” kitabına istinad olunan məqalələr
- “Şəkidə məhəllə adları, soyadlar və ləqəblər” kitabına istinad olunan məqalələr
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə