"Nurməmməd Quliyev" səhifəsinin versiyaları arasındakı fərqlər
Sətir 1: | Sətir 1: | ||
+ | [[Kateqoriya:N]][[Kateqoriya:Şəkidən çıxmış görkəmli şəxslər]][[Kateqoriya:Şəkidən çıxmış dövlət xadimləri]] | ||
{{Dövlət xadimi | {{Dövlət xadimi | ||
|adı = Nurməmməd Quliyev | |adı = Nurməmməd Quliyev |
16:33, 27 iyun 2020 versiyası
Nurməmməd Quliyev | |||||||
---|---|---|---|---|---|---|---|
Quliyev Nurməmməd Həsən oğlu | |||||||
Nurməmməd Quliyev | |||||||
|
|||||||
Doğum tarixi | 1905 | ||||||
Doğum yeri | Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası | ||||||
Vəfat tarixi | 1979 | ||||||
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ | ||||||
Dəfn yeri | Fəxri Xiyaban, Bakı | ||||||
Təltifləri |
Nurməmməd Quliyev (Quliyev Nurməmməd Həsən oğlu; d. 1905-ci ildə, Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası – ö. 1979-cu ildə, Bakı, Azərbaycan SSR, SSRİ) – İran ərazisində yaranmış Azərbaycan Demokratik Respublikasının (1945 – 1946) rəhbərlərindən biri, Azərbaycan SSR DTK sədrinin müavini (1946 – 1954).
Haqqında məlumatlar
1905-ci ildə Nuxada anadan olub.
1920 – 1924-cü illərdə bir sıra idarələrdə çalışıb.
1924 – 1930-cu illərdə əvvəlcə Azərbaycan Kommunist (b) Partiyası Nuxa/Şəki qəza komitəsində, sonra Nuxa şəhər komitəsində, daha sonra isə Zaqatala-Şəki mahalı komitəsində kargüzar, şöbə katibi, ümumi şöbə müdiri, daxili işlər müdiri və məxfi hissə müdiri vəzifələrində çalışıb.
1930-cu ilin sentyabr ayında Azərbaycan Kommunist (b) Partiyası Zaqatala-Şəki mahalı komitəsinin qərarı ilə Bakıya – Kənd Təsərrüfatı İnstitutuna oxumağa göndərilsə də, az sonra Baş Siyasi İdarəyə daimi işə götürülməsi ilə əlaqədar olaraq təhsilini davam etdirməmişdir.
1941-ci ildə İrana xidməti ezamiyyətə göndərilib.
1943 – 1945-cı illərdə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin Təbrizdəki nümayəndəsi, Pəhləvi şəhərində SSRİ Ticarət Nümayəndəliyi rəhbərinin müavini, Qəzvin şəhərində “İransovneft” İran-SSRİ Assosiasiyasında şöbə müdiri, SSRİ-nin Təbrizdəki Baş Konsulluğunda vitse-konsul vəzifələrini tutub.
1945 – 1946-cı illərdə Seyid Cəfər Pişəvəri və Qulam Yəhya ilə birlikdə İran ərazisində yaranmış Azərbaycan Demokratik Respublikasının rəhbərlərindən biri olub. İranda xidmətlərinə görə polkovnik rütbəsi alıb, İranın bir çox görkəmli şəxslərinin həyatını xilas edib Bakıya köçürülməsində yaxından iştirak edib.
1946 – 1954-cü illərdə Azərbaycan SSR DTK sədrinin müavini vəzifəsində işləyib.
1963 – 1979-cu illərdə Ümumittifaq Səhmdarlar Cəmiyyəti Xarici Turizm İdarəsinın başçısı olub.
1979-cu ildə vəfat edib.
Bakıda Fəxri Xiyabanda dəfn edilib.
Mükafatları
- “Şərəf nişanı” ordeni;
- “Qırmızı ulduz” ordeni;
- medallar,
- Azərbaycan SSR Ali Sovetinin fəxri fərmanı.
Ədəbiyyat
Məmmədov Ə., Xalıqov F. Quliyev Nurməmməd // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 242 –243. — 1.000 nüsx.
- N
- Şəkidən çıxmış görkəmli şəxslər
- Şəkidən çıxmış dövlət xadimləri
- 1905-ci ildə doğulanlar
- Qeyri-müəyyən ayda doğulanlar
- 1979-cu ildə vəfat edənlər
- Qeyri-müəyyən ayda vəfat edənlər
- "Şərəf Nişanı" ordeni laureatları
- "Qırmızı Ulduz" ordeni laureatları
- Dövlət xadimləri
- Şəxslər (ad sırası ilə)
- “Şəki: Alim və ziyalılar” kitabına istinad olunan məqalələr