Şəki Ensiklopediyasına maliyyə dəstəyi göstərmək istəyən hər bir şəxs 4169 7388 5183 5607 (05/26 VISA) Kapital Bank kart hesabımıza istədiyi məbləğdə ianə köçürə bilər.   Daha ətraflı...
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir.
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.

Nurməmməd Quliyev

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Nurməmməd Quliyev
Quliyev Nurməmməd Həsən oğlu
Nurməmməd Quliyev.jpg
Nurməmməd Quliyev.
bayraqAzərbaycan SSR Daxili İşlər Nazirliyi baş idarəsinin rəisi və daxili işlər nazirinin müavinibayraq
1954 — ?
bayraqAzərbaycan SSR DTK sədrinin müavinibayraq
1946 — 1954
Şəxsi məlumatlar
Doğum tarixi 1905(1905-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00)
Doğum yeri Nuxa (indiki Şəki), Nuxa qəzası, Yelizavetpol quberniyası, Flag of Russia.svg Rusiya İmperiyası
Vəfat tarixi 1979(1979-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00)
Vəfat yeri Bakı, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Dəfn yeri Fəxri Xiyaban, Bakı
Təhsili V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutu, tarix fakültəsi
Təltifləri "Şərəf Nişanı" ordeni  — 1942"Qırmızı Ulduz" ordeni"Döyüş xidmətlərinə görə" medalı

Nurməmməd Quliyev (1905–1979) — Ümumittifaq Səhmdarlar Cəmiyyəti Xarici Turizm İdarəsinin başçısı. Daha əvvəllər Azərbaycan SSR daxili işlər nazirinin müavini, Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsi sədrinin müavini və digər məsul vəzifələrdə çalışmışdır.

Haqqında məlumatlar[redaktə | HTML redaktə]

1905-ci ildə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili[redaktə | HTML redaktə]

Nuxa rabfakını bitirib.

1930-cu ilin sentyabr ayında Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Zaqatala-Şəki mahalı komitəsinin qərarı ilə Bakıya – Kənd Təsərrüfatı İnstitutuna, oxumağa göndərilsə də az sonra Baş Siyasi İdarəyə daimi işə götürülməsi ilə əlaqədar olaraq təhsilini yarımçıq buraxıb.

Daha sonralar V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsini bitirib.

Əmək və hərbçi fəaliyyəti[redaktə | HTML redaktə]

1920-ci ildə Azərbaycanda sovet hakimiyyətinin qurulmasının ilk aylarından Nuxada milis şöbəsinin və yoxsullar komitəsinin katibi olub. Sonra bir müddət Vartaşen (indiki Oğuz) kənd Sovetində, Azərbaycan K(b)P Nuxa qəza komitəsində müxtəlif vəzifələrdə çalışıb. Daha sonra Nuxa sanatoriyasının təsərrüfat müdiri olub.

1930-cu ilin aprel ayında Azərbaycan SSR-in şimal-qərb bölgəsində baş vermiş anti-sovet üsyanı zamanı sovet hökumətinin Nuxa şəhərindəki sonuncu dayaq noqtəsinin – poçt binasının, müdafiəçilərindən biri olub (Poçt binasına hücum edən və binanı mühasirədə saxlayan üsyançıların rəhbəri isə doğma dayısı Bəhram bəy Nəbibəyov idi).

1941-ci ildə İrana xidməti ezamiyyətə göndərilib.

1943 – 1945-cı illərdə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin Təbrizdəki nümayəndəsi, Pəhləvi şəhərində SSRİ Ticarət Nümayəndəliyi rəhbərinin müavini, Qəzvin şəhərində “İransovneft” İran-SSRİ Assosiasiyasında şöbə müdiri, SSRİ-nin Təbrizdəki Baş Konsulluğunda vitse-konsul vəzifələrini tutub.

1945 – 1947-ci illərdə SSRİ-nin Təbrizdəki Baş Konsulluğunda vitse-konsul vəzifəsində çalışıb[1]. Bu illərdə Seyid Cəfər Pişəvəri və Qulam Yəhya ilə birlikdə İran ərazisində yaranmış Azərbaycan Demokratik Respublikasının rəhbərlərindən biri olub. İranda xidmətlərinə görə polkovnik rütbəsi alıb, İranın bir çox görkəmli şəxslərinin həyatını xilas edib Bakıya köçürülməsində yaxından iştirak edib.

1946 – 1954-cü illərdə Azərbaycan SSR DTK sədrinin müavini,

1954-cü ilin yanvar ayından Azərbaycan SSR Daxili İşlər Nazirliyi baş idarəsinin rəisi və eyni zamanda daxili işlər nazirinin müavini[qeyd 1],

1963 – 1979-cu illərdə Ümumittifaq Səhmdarlar Cəmiyyəti Xarici Turizm İdarəsinin başçısı vəzifəsində çalışıb.

Partiyalılığı[redaktə | HTML redaktə]

1931-ci ildən Azərbaycan K(b)P-nin üzvü olub.

Mükafatları[redaktə | HTML redaktə]

Vəfatı[redaktə | HTML redaktə]

1979-cu ildə vəfat edib. Bakıda Fəxri xiyabanda dəfn olunub.

Qeydlər[redaktə | HTML redaktə]

  1. 1955-ci ilin may ayında bu vəzifəyə general-mayor Teymur Bünyadov təyin olunub.

İstinadlar[redaktə | HTML redaktə]

Ədəbiyyat[redaktə | HTML redaktə]

  1. Кулиев Нур-Мамед Гасан-оглы : Орден «Знак Почета» : [arx. 23.07.2021] : [rus.] // Память народа. — Müraciət tarixi: 23.07.2021.
  2. НКВД – МВД Азербайджанской ССР : Заместители начальника УНКВД – министра: : [arx. 7 Mar 2011 - 16 Jul 2020] : [rus.] // История отечественных спецслужб и правоохранительных органов. — Müraciət tarixi: 11.10.2021.
  3. КГБ Азербайджанской ССР : Заместители председателя: : [arx. 24 Oct 2010 - 14 Jan 2021] : [rus.] // История отечественных спецслужб и правоохранительных органов. — Müraciət tarixi: 11.10.2021.
  4. Кулиев Нурмамед : [arx. 6 Aug 2016 - 6 Jul 2020] : [rus.] // Справочник по истории Коммунистической партии и Советского Союза 1898 - 1991. — Müraciət tarixi: 23.01.2022.
  5. Авдиев М. М. (составитель) Несгибаемый, как горы // Чекисты Азербайджана. — Баку: Азернешр, 1981. — С. 249-256. — 294 с. — 5,000 экз. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 17 iyul 2023.
  6. Məmmədov Ə., Xalıqov F. Quliyev Nurməmməd // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 341-342. — 1.000 nüsx.
  7. Məmmədov Ə., Xalıqov F. Quliyev Nurməmməd // Şəki: Alim və ziyalılar. — Bakı: “Elm”, 2007. — 2 cilddə. — II  cild. — Səhifələrin sayı:  428. — Səh.: 242-243. — 600 nüsx. — ISBN 5-8066-1708-4.