"Tofiq Mehdiyev" səhifəsinin versiyaları arasındakı fərqlər
(Eyni redaktor tərəfindən edilmiş 3 dəyişiklik göstərilmir) | |||
Sətir 4: | Sətir 4: | ||
|Adı = Tofiq Mehdiyev | |Adı = Tofiq Mehdiyev | ||
|Tam adı = Mehdiyev Tofiq Vahid oğlu | |Tam adı = Mehdiyev Tofiq Vahid oğlu | ||
− | |Şəkil = Tofiq_Mehdiyev. | + | |Şəkil = Tofiq_Mehdiyev.png |
|Şəklin ölçüsü = | |Şəklin ölçüsü = | ||
|Şəklin izahı = Tofiq Mehdiyev. | |Şəklin izahı = Tofiq Mehdiyev. | ||
Sətir 34: | Sətir 34: | ||
|Mükafatları = {{Azərbaycan Respublikasının əməkdar həkimi|}} | |Mükafatları = {{Azərbaycan Respublikasının əməkdar həkimi|}} | ||
|İmzası = | |İmzası = | ||
− | |Sayt = | + | |Sayt = [https://www.facebook.com/tofik.mehdiyev.54/ facebook səhifəsi] |
|Commons = | |Commons = | ||
}} | }} | ||
Sətir 40: | Sətir 40: | ||
==Haqqında məlumatlar== | ==Haqqında məlumatlar== | ||
− | 27 oktyabr 1953- | + | 27 oktyabr 1953-cü il tarixdə [[Nuxa rayonu|Nuxa (indiki Şəki) rayonunun]] [[Qoxmuq|Qoxmuq kəndində]], ziyalı ailəsində anadan olub. |
===Təhsili=== | ===Təhsili=== |
Səhifəsinin 11:18, 29 dekabr 2023 tarixinə olan son halı
Tofiq Mehdiyev — tibb üzrə elmlər doktoru, Azərbaycan Respublikasının əməkdar həkimi, Şəki Rayon Mərkəzi Xəstəxanasının terapiya şöbəsinin məsləhətçi həkim-endokrinoloqu, Şəkidəki “Alyans” klinikasının endokrinoloqu, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının baş müəllimi.
Tofiq Mehdiyev | |
---|---|
Mehdiyev Tofiq Vahid oğlu | |
Tofiq Mehdiyev. | |
Doğum tarixi | 27 oktyabr 1953 |
Doğum yeri | Qoxmuq, Nuxa (indiki Şəki) rayonunun, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
Elmi dərəcəsi | tibb üzrə elmlər doktoru |
Təhsili |
• Nəriman Nərimanov adına Azərbaycan Tibb İnstitutu, müalicə-profilaktika fakültəsi (1970–1976) • Bakı şəhər 4 saylı Kliniki Xəstəxana, terapiya ixtisası üzrə internatura kursu (1976) |
Atası | Vahid Mehdiyev |
Mükafatları | |
facebook səhifəsi |
Haqqında məlumatlar
27 oktyabr 1953-cü il tarixdə Nuxa (indiki Şəki) rayonunun Qoxmuq kəndində, ziyalı ailəsində anadan olub.
Təhsili
1970-ci ildə Şəki şəhər M.Qorki adına 10 №-li orta məktəbini bitirib.
1970 – 1976-cı illərdə Nəriman Nərimanov adına Azərbaycan Tibb İnstitutunun müalicə-profilaktika fakültəsində təhsil alıb.
1976-cı ildə Bakı şəhər 4 saylı Kliniki Xəstəxanada terapiya ixtisası üzrə internatura kursu keçib.
Əmək fəaliyyəti
1977 – 1980-ci illərdə Bakı şəhər 12 saylı xəstəxanada həkim-terapevt,
1980-cı ildən Şəki Mərkəzi Rayon Xəstəxanasında həkim-terapevt işləyib. Sonra Şəki Rayonlararası Endokrinoloji Dispanserində əvvəlcə həkim-endokrinoloq,
1984 – 2010-cu illərdə baş həkim,
2010 – 2020-ci illərdə isə şöbə müdiri vəzifəsində çalışıb.
2020-ci ildən Şəki Rayon Mərkəzi Xəstəxanasının terapiya şöbəsində məsləhətçi həkim-endokrinoloq, eyni zamanda Alyans klinikada endokrinoloq vəzifəsində çalışır.
Pedaqoji fəaliyyəti
1977 – 1980-ci illərdə Nəriman Nərimanov adına Azərbaycan Tibb İnstitutunun yoluxucu xəstəliklər kafedrasında,
1994 – 2000-ci illərdə M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universitetinin Şəki filialında,
2000 – 2015-ci illərdə Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialında müəllim işləyib.
2015-ci ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialında baş müəllim vəzifəsində çalışır.
Elmi fəaliyyəti
1995-ci ildə “Şəkərli diabetli xəstələrdə trofiki xora və qanqrenanın kompleks müalicəsi” mövzusunda namizədlik,
2015-ci ildə “Şəkərli diabet fonunda inkişaf edən erektil disfunksiyanın ikincili profilaktikası və müalicəsinin müasir prinsipləri” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.
7 monoqrafiya, 5 metodik tövsiyə, 80-dan artıq elmi məqalənin müəllifidir. 20-dən artıq elmi məqaləsi müxtəlif xarici ölkələrdə (Amerika, Almaniya, İngiltərə, Türkiyə, Rusiya və s.) çap olunub.
Kitabları
- Endemik ur və yod problemi/T.V.Mehdiyev; Elmi red: M.Ə.Ələkbərov. B.: Təbib, 1999. 216 s.
Təltif və mükafatları
- “SSRİ Səhiyyə Əlaçısı” döş nişanı (1990);
- “Azərbaycan Respublikasının əməkdar həkimi” fəxri adı (2000).
Digər
Azərbaycanda nəşr olunan “Metabolizm” və “Urologiya və reproduktiv təbabət” jurnallarının və Rusiya Federasiyasında nəşr olunan “Kurotnaya meditsina” (rus.: “Курортная медицина”) jurnalının redaksiya heyətinin üzvüdür.
2014-cü ildə Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən Sertifikasiya Komissiyasında endokrinologiya ixtisası üzrə imtahan verərək maksimal qiymət - 100 bal toplamışdır.
Ədəbiyyat
- Azərbaycan Respublikasının səhiyyə işçilərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin fərmanı : [arx. 5 Sep 2018 - 7 Sep 2018] // E-qanun.az. — 2000. — 2 noyabr. — Müraciət tarixi: 05.02.2022.
- Məmmədov Ə., Xalıqov F. Mehdiyev Tofiq // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 410-412. — 1.000 nüsx.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |