"İsmayıl Hacıyev" səhifəsinin versiyaları arasındakı fərqlər
(Eyni redaktor tərəfindən edilmiş 6 dəyişiklik göstərilmir) | |||
Sətir 3: | Sətir 3: | ||
|Adı = İsmayıl Hacıyev | |Adı = İsmayıl Hacıyev | ||
|Tam adı = Hacıyev İsmayıl Cövdət oğlu | |Tam adı = Hacıyev İsmayıl Cövdət oğlu | ||
− | |Şəkil = İsmayıl | + | |Şəkil = İsmayıl Hacıyev2.jpg |
− | |Şəklin izahı = | + | |Şəklin izahı = İsmayıl Hacıyev. |
|Şəklin ölçüsü = | |Şəklin ölçüsü = | ||
|Fəaliyyəti = dirijor | |Fəaliyyəti = dirijor | ||
Sətir 18: | Sətir 18: | ||
|Uşağı = | |Uşağı = | ||
|Partnyoru = | |Partnyoru = | ||
− | |Atası = | + | |Atası = [[Cövdət Hacıyev]] |
− | |Anası = | + | |Anası = Əminə Dilbazi |
|Mənşə = | |Mənşə = | ||
|Üslub = | |Üslub = | ||
Sətir 37: | Sətir 37: | ||
|Commons = | |Commons = | ||
}} | }} | ||
− | '''İsmayıl Hacıyev''' — [[Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi]], | + | '''İsmayıl Hacıyev''' — tanınmış bəstəkar və dirijor, [[Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi]], Niaqara Müsiqi Festivalı «İpək yolu» kamera orkestrinin baş dirijoru və «İpək yolu» Komitəsınin sədri, Kanadadakı Heydər Əliyev Mərkəzinin prezidenti. Azərbaycan Dövlət Konservatoriyasının professoru, [[Azərbaycan SSR xalq artisti]] [[Cövdət Hacıyev|Cövdət Hacıyevin]] (1917–2002) oğludur və 1999-cu ildən Kanadada yaşayır. |
==Haqqında məlumatlar== | ==Haqqında məlumatlar== | ||
Sətir 67: | Sətir 67: | ||
* Anası – Əminə Dilbazi, məşhur rəqqasə, baletmeyster və pedaqoq, Azərbaycan SSR xalq artisti. | * Anası – Əminə Dilbazi, məşhur rəqqasə, baletmeyster və pedaqoq, Azərbaycan SSR xalq artisti. | ||
* Bacısı – [[Pərvin Muradova-Dilbazi]], pianoçu, ABŞ Musiqiçiləri Gildiyasının üzvü, Florida Universitetində fortepiano professoru, Florida ştatının “Azərbaycan – Amerika Mədəniyyəti Cəmiyyəti”nin mədəniyyət işləri üzrə direktoru, xeyriyyəçi. | * Bacısı – [[Pərvin Muradova-Dilbazi]], pianoçu, ABŞ Musiqiçiləri Gildiyasının üzvü, Florida Universitetində fortepiano professoru, Florida ştatının “Azərbaycan – Amerika Mədəniyyəti Cəmiyyəti”nin mədəniyyət işləri üzrə direktoru, xeyriyyəçi. | ||
+ | |||
+ | ==Videolar== | ||
+ | <youtube width="300" height="180">660kF1uyKCk</youtube> | ||
+ | <youtube width="300" height="180">hKm9Q9hQvi0</youtube> | ||
{{Yoxlanılmış məqalə}} | {{Yoxlanılmış məqalə}} | ||
− | [[en:Ismayil Hajiyev]] [[az:İsmayıl Hacıyev (bəstəkar)]] | + | [[en:Ismayil Hajiyev]] [[az:İsmayıl Hacıyev (bəstəkar)]][[fa:اسماعیل حاجیاف]] |
Səhifəsinin 21:57, 17 noyabr 2023 tarixinə olan son halı
İsmayıl Hacıyev | |
---|---|
Hacıyev İsmayıl Cövdət oğlu | |
İsmayıl Hacıyev. | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 18 noyabr 1949 |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı | SSRİ→ Azərbaycan və |
Peşələri | kompozitor və bəstəkar |
Atası | Cövdət Hacıyev |
Anası | Əminə Dilbazi |
|
|
Təhsili |
• Azərbaycan Dövlət Konservatoriyası, musiqi nəzəriyyəsi və bəstəkarlıq ixtisası (1969–1973); • Leninqrad Dövlət Konservatoriyası (1975–1981) |
Mükafatları |
İsmayıl Hacıyev — tanınmış bəstəkar və dirijor, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, Niaqara Müsiqi Festivalı «İpək yolu» kamera orkestrinin baş dirijoru və «İpək yolu» Komitəsınin sədri, Kanadadakı Heydər Əliyev Mərkəzinin prezidenti. Azərbaycan Dövlət Konservatoriyasının professoru, Azərbaycan SSR xalq artisti Cövdət Hacıyevin (1917–2002) oğludur və 1999-cu ildən Kanadada yaşayır.
Haqqında məlumatlar[redaktə | HTML redaktə]
18 noyabr 1949-cu il tarixdə Bakıda anadan olub.
Təhsili[redaktə | HTML redaktə]
1973-cü üldə Azərbaycan Dövlət Konservatoriyasını musiqi nəzəriyyəsi və bəstəkarlıq ixtisası üzrə bitirib.
1975 – 1981-ci illərdə Leninqrad Dövlət Konservatoriyasında opera və simfonik bəstəkarlıq ixtisası üzrə təhsil alıb.
Əmək və yaradıcılıq fəaliyyəti[redaktə | HTML redaktə]
1975-ci ildə SSRİ Bəstəkarlar İttifaqına üzv olub. Elə bu ildən etibarən orkestr üçün simfoniyalar, simfonik variasiyalar, simli dördlüklər, üç simfonik şeir, fortepiano kompozisiyaları və pasakaliyalar yaratmağa başlayıb.
1981 – 1985-ci illərdə D.D.Şostakoviç adına Leninqrad filarmoniyasında(ru) dirijor köməkçisi vəzifəni tutub; o cümlədən,
1981 – 1983-cü illərdə filarmoniyanın bədii rəhbəri və simfonik orkestrinin baş dirijoru Aleksandr Dmitriyevin(ru) dirijor köməkçisi,
1983 – 1985-ci illərdə isə filarmoniyanın bədii rəhbəri və simfonik orkestrinin baş dirijoru, SSRİ xalq artisti Yevgeni Mravinskinin(ru) dirijor köməkçisi olub.
1985-ci ildə Azərbaycanda «İlham» adlı klassik və müasir musiqi kamera orkestrini yaradıb. Bu orkestr ilə bütün dünyanı gəzib və çoxsaylı uğurlu tamaşalar verib.
2001-ci ildə Kanadada «İpək Yolu» Kamera Orkestrini qurub. Bu orkestrlə Toronto, Ottava və Niaqara-on-te-Leykdə çıxışlar edib.
Təltif və mükafatları[redaktə | HTML redaktə]
- “Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi” fəxri adı (2009).
Ailəsi[redaktə | HTML redaktə]
- Atası – Cövdət Hacıyev, bəstəkar, Azərbaycan Dövlət Konservatoriyasının professoru, Azərbaycan SSR xalq artisti.
- Anası – Əminə Dilbazi, məşhur rəqqasə, baletmeyster və pedaqoq, Azərbaycan SSR xalq artisti.
- Bacısı – Pərvin Muradova-Dilbazi, pianoçu, ABŞ Musiqiçiləri Gildiyasının üzvü, Florida Universitetində fortepiano professoru, Florida ştatının “Azərbaycan – Amerika Mədəniyyəti Cəmiyyəti”nin mədəniyyət işləri üzrə direktoru, xeyriyyəçi.
Videolar[redaktə | HTML redaktə]
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |