Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir.

"Məmməd Əfəndiyev (iqtisadçı)" səhifəsinin versiyaları arasındakı fərqlər

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
 
(Eyni redaktor tərəfindən edilmiş bir dəyişiklik göstərilmir)
Sətir 1: Sətir 1:
[[Kateqoriya:{{padleft:|1|{{PAGENAME}}}}]][[Kateqoriya:Şəxslər (familiya sırası ilə)|{{Əvvəlcə familiya|{{PAGENAME}}}}]][[Kateqoriya:Şəkidən çıxmış alimlər]][[Kateqoriya:Şəkidən çıxmış pedaqoqlar]]
+
[[Kateqoriya:{{padleft:|1|{{PAGENAME}}}}]][[Kateqoriya:Şəxslər (familiya sırası ilə)|{{Əvvəlcə familiya|{{PAGENAME}}}}]][[Kateqoriya:Şəkidən çıxmış alimlər]][[Kateqoriya:Şəkidən çıxmış pedaqoqlar]]{{Eyni ad-soyadlı}}
 
{{Alim  
 
{{Alim  
 
  |Piktoqram              = <!--yalnız riyaziyyat, fizika, kimya, biologiya, tibb, tarix, arxeologiya və musiqi variantlarından birini seçin-->
 
  |Piktoqram              = <!--yalnız riyaziyyat, fizika, kimya, biologiya, tibb, tarix, arxeologiya və musiqi variantlarından birini seçin-->
Sətir 16: Sətir 16:
 
  |Milliyyəti              =  
 
  |Milliyyəti              =  
 
  |Həyat yoldaşı          = Babayeva Nailə İdris bəy qızı
 
  |Həyat yoldaşı          = Babayeva Nailə İdris bəy qızı
  |Uşağı                  = Aleksey Əfəndiyev, Şəhla Əfəndiyeva, [[İffət Əfəndiyeva]] və [[İzzət Əfəndiyeva]]
+
  |Uşağı                  = Aleksey Əfəndiyev, [[Şəhla Əfəndiyeva]], [[İffət Əfəndiyeva]] və [[İzzət Əfəndiyeva]]
 
  |Atası                  =
 
  |Atası                  =
 
  |Anası                  =
 
  |Anası                  =
Sətir 97: Sətir 97:
  
 
{{Çapa hazır məqalə}}
 
{{Çapa hazır məqalə}}
 
{{Eyni ad-soyadlı|Məmməd Əfəndiyev}}
 

Səhifəsinin 20:56, 16 noyabr 2024 tarixinə olan son halı

Məmməd Əfəndiyev
Əfəndiyev Məmməd Məmməd oğlu
Məmməd Əfəndiyev
Məmməd Əfəndiyev.
Doğum tarixi 31 dekabr 1907(1907-12-31)
Doğum yeri Nuxa (indiki Şəki), Yelezavetpol quberniyası, Flag of Russia.svg Rusiya İmperiyası
Vəfat tarixi 2 aprel 1987 (79 yaşında)
Vəfat yeri Kirovabad (indiki Gəncə), Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİ
Elm sahəsi kənd təsərrüfatı və iqtisadiyyat
Elmi dərəcəsi kənd təsərrüfatı elmləri namizədi
Elmi adı dosent
Təhsili

 • Zaqafqaziya Kommunist Universiteti (Tiflis (indiki Tbilisi); 1928–1932)

 • K.A.Timiryazev adına Moskva Kənd Təsərrüfatı Akademiyası, aspirantura (1933–1937)
Həyat yoldaşı Babayeva Nailə İdris bəy qızı
Evladları Aleksey Əfəndiyev, Şəhla Əfəndiyeva, İffət Əfəndiyevaİzzət Əfəndiyeva
Mükafatları "Qafqazın müdafiəsinə görə" medalıVladimir İliç Leninin anadan olmasının 100 illiyi ilə əlaqədar yubiley medalı — 1970"1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 40 illiyi" yubiley medalı — 1975
"Azərbaycan SSR əməkdar iqtisadçısı" fəxri adı — 1980

Məmməd Əfəndiyev (1907–1987) — kənd təsərrüfatı sahəsi üzrə tanınmış alim və pedaqoq, kənd təsərrüfatı elmləri namizədi, dosent, Azərbaycan SSR əməkdar iqtisadçısı. Uzun müddət Gəncədəki indiki Azərbaycan Dövlət Aqrar Universitetində kənd təsərrüfatı müəssisələrində istehsalın təşkili kafedrasının rəhbəri olmuş, bir müddət isə kənd təsərrüfatının iqtisadiyyatı fakültəsinin dekanı vəzifəsini tutmuşdur (bu fakültənin yaradıcısı və ilk dekanıdır).

Haqqında məlumatlar[redaktə | HTML redaktə]

31 dekabr 1907-ci il tarixdə Nuxanın (indiki Şəki) Giləhli məhəlləsində anadan olub.

Təhsili[redaktə | HTML redaktə]

1923 – 1926-cı illərdə Bakıda fəhlə fakültəsində,

1928 – 1932-ci illərdə Zaqafqaziya Kommunist Universitetində (Tiflis, indiki Tbilisi),

1933 – 1937-ci illərdə K.A.Timiryazev adına Moskva Kənd Təsərrüfatı Akademiyasının aspiranturasında təhsil alıb.

Əmək fəaliyyəti[redaktə | HTML redaktə]

1926 – 1928-ci illərdə Nuxada,

1932 – 1933-cü illərdə isə əvvəl Lənkəranda, sonra isə Kirovabadda (indiki Gəncə) komsomol və partiya işində çalışıb.

1937 – 1984-cü illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda (Kirovabad) işləyib; o cümlədən,

1937 – 1984-cı illərdə kənd təsərrüfatı müəssisələrində istehsalın təşkili kafedrasında əvvəl baş müəllim, sonra dosent, daha sonra professor,

1937 – 1976-cı illərdə kafedranın rəhbəri,

1959 – 1966-cı illərdə isə kənd təsərrüfatının iqtisadiyyatı fakültəsinin dekanı olub.

İkinci iş yerləri[redaktə | HTML redaktə]

Böyük Vətən müharibəsi dövründə (1941–1945) AKTİ Tədris təsərrüfatına rəhbərlik edib, Kirovabad radiosunda xəbərlərin tərcüməçisi, Ağstafa, Şəmkir kolxozlarında iqtisadçı olaraq çalışıb.

Elmi fəaliyyəti[redaktə | HTML redaktə]

1937-ci ildə kənd təsərrüfatı elmləri namizədi elmi dərəcəsi, sonralar isə dosent elmi adını alıb.

Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda işlədiyi müddət ərzində kənd təsərrüfatının iqtisadiyyatı, təşkili və planlaşdırılması sahəsi üzrə 21 elmlər namizədi yetişdirib. 70-ə yaxın elmi əsərin müəllifidir.

İctimai-siyasi aktivliyi[redaktə | HTML redaktə]

1941-ci ildən kommunist partiyasının üzvü olub. Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda işlədiyi müddət ərzində dəfələrlə fakültə partiya təşkilatının katibi, institut və şəhər partiya komitələrin üzvü, şəhər sovetinin deputatı seçilib.

1970-ci illərdə dəfələrlə Özbəkistanın və Tacikistanın kənd təsərrüfatı institutlarında dövlət imtahan komissiyalarının sədri, Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyi və Təhsil Nazirliyinin iqtisadi şurasının, Azərbaycan SSR Elmlər Akademiyasının koordinasiya şurasının, Lenin adına Ümumittifaq Kənd Təsərrüfatı Elmlər Akademiyasının Zaqafqaziya filialın iqtisadi bölməsinin üzvü olub.

Dəfələrlə Moskva şəhərində Ümumittifaq Kənd Təsərrüfatı Sərgisində iştirak edib.

Təltif və mükafatları[redaktə | HTML redaktə]

Vəfatı[redaktə | HTML redaktə]

2 aprel 1987-ci il tarixdə – 79 yaşında, Kirovabadda vəfat edib. Orada Fəxri xiyabanda dəfn olunub.

Xatirəsi[redaktə | HTML redaktə]

Azərbaycan Dövlət Aqrar Universitetində (Gəncə) bir auditoriyaya adı verilib.

Ədəbiyyat[redaktə | HTML redaktə]

  1. Məmmədov Ə., Xalıqov F. Əfəndiyev Məmməd // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 157-158. — 1.000 nüsx.