"Telman Həmidov" səhifəsinin versiyaları arasındakı fərqlər
Sətir 23: | Sətir 23: | ||
}} | }} | ||
− | '''Telman Həmidov''' — texnika elmləri namizədi (1975), dosent (1991) | + | '''Telman Həmidov''' — texnika elmləri namizədi (1975), dosent (1991); 1963-cü ildən Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunda, 1975-ci ildən Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda, 1982 – 1986-cı illərdə isə Əlcəzairin Bumerdez şəhərindəki Milli Neft, Qaz və Kimya İnstitutunda dərs deyib. |
==Haqqında məlumatlar== | ==Haqqında məlumatlar== |
15:23, 13 sentyabr 2020 versiyası
Telman Həmidov | |
---|---|
Həmidov Telman Muxtar oğlu | |
Telman Həmidov | |
Doğum tarixi | 1940 |
Doğum yeri |
Nuxa, Nuxa rayonu, ![]() ![]() |
Vəfat tarixi | 1995 |
Elmi dərəcəsi | texnika elmləri namizədi |
Elmi adı | dosent |
Təhsili | Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutu, inşaat fakültəsi (1958 – 1963) |
Elmi rəhbəri | A.Mustafayev |
Telman Həmidov — texnika elmləri namizədi (1975), dosent (1991); 1963-cü ildən Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunda, 1975-ci ildən Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda, 1982 – 1986-cı illərdə isə Əlcəzairin Bumerdez şəhərindəki Milli Neft, Qaz və Kimya İnstitutunda dərs deyib.
Haqqında məlumatlar
1940-cı ildə Nuxada anadan olub.
Təhsili
1948 – 1958-ci illərdə orta məktəbdə oxuyub.
1958 – 1963-cü illərdə Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunun inşaat fakültəsində təhsil alıb.
Əmək fəaliyyəti
1963-cü ildə Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunun mühəndis rəsmxəti kafedrasında assistent vəzifəsinə işə götürülmüş,
1969-cu ildən baş müəllim vəzifəsinə keçirilmişdir.
1975-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutu təşkil olunduqdan sonra pedaqoji fəaliyyətini bu institutun mühəndis qrafikası kafedrasında davam etdirib.
1982 – 1986-cı illərdə Əlcəzairin Bumerdez şəhərindəki Milli Neft, Qaz və Kimya İnstitutunda tərsimi həndəsə, rəsmxət və mühəndis qrafikası fənlərindən dərs deyib.
Bir müddət Türkiyənin Sibas şəhərindəki Texniki Universitetdə də işləyib.
Elmi fəaliyyəti
1975-ci ildə texnika elmləri namizədi elmi dərəcəsi,
1991-ci ildə isə dosent elmi adını alıb.
Dəfələrlə beynəlxalq elmi-metodik konfranslarda məruzə etmiş, 22 elmi-metodik əsər çap etdirmişdir. Əsərlərindən 5-i fransız dilində nəşr olunub. Əlcəzairdə ali məktəbdə dərs dediyi illərdə həmin ölkənin ali təhsil müəssisələri üçün 350 səhifəlik elmi-metodik əsər yazıb.
Vəfatı
1995-ci ildə faciəli şəkildə vəfat edib.
Ədəbiyyat
- Məmmədov Ə., Xalıqov F. Həmidov Telman // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 232 – 233. — 1.000 nüsx.